Sərnişindaşıma ilə məşğul olan şirkətlərə subsidiya veriləcək - Şərtlər
17-12-2021 [15:25]
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti sərnişindaşıma fəaliyyəti ilə məşğul olan daşıyıcılara istifadə olunmuş dizel yanacağına görə subsidiya verilməsinə başlayır.
Mia.az xəbər verir ki, Nazirlər Kabinetinin 1 dekabr 2021-ci il tarixli qərarı ilə “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili), o cümlədən şəhərətrafı və qəsəbələrarası sərnişin daşımalarını yerinə yetirən daşıyıcılara istifadə olunan dizel yanacağına görə subsidiya verilməsinin müvəqqəti Qaydası” təsdiq edilib. Qərar “Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə” Tarif (Qiymət) Şurasının 4 yanvar 2021-ci il tarixli 1 nömrəli Qərarı ilə dizel yanacağının qiymətində baş vermiş artıma görə tarif dəyişikliyinin sərnişindaşıma tariflərinə və sərnişindaşıma ilə məşğul olan daşıyıcılara təsirinin neytrallaşdırılması, xüsusilə sərnişindaşımada nağdsız ödənişlərin stimullaşdırılması məqsədilə qəbul edilib. Qaydalara əsasən, subsidiya Tarif (qiymət) Şurasının qərarı qüvvəyə mindiyi tarixdən “İctimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə tariflərin tənzimlənməsi barədə” Tarif (Qiymət) Şurasının 30 iyul 2018-ci il tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilmiş tariflərin qüvvədə olduğu müddəti əhatə edən dövr üzrə verilir.
Subsidiya təqvim ayında dizel yanacağına görə (artan yekun nəzərə alınmaqla) nağdsız qaydada ödənilmiş məbləğin 25%-i qədər, lakin müntəzəm şəhərdaxili (rayondaxili) sərnişindaşıma xidmətindən daxil olan vəsaitin 6,7%-dən, müntəzəm şəhərlərarası (rayonlararası) sərnişindaşıma xidmətindən daxil olan vəsaitin 8,3%-dən, müntəzəm şəhərətrafı və qəsəbələrarası sərnişindaşıma xidmətindən daxil olan vəsaitin 7,5%-dən çox olmamaqla hesablanır.
Vergi ödəyiciləri istifadə olunmuş dizel yanacağına görə subsidiyanın verilməsi ilə bağlı dəstək proqramından yararlanmaq üçün qeydiyyatda olduqları vergi orqanlarına müraciət etməlidirlər. Bu zaman vergi ödəyiciləri müvafiq qaydaların 1 nömrəli əlavəsinə əsasən, Hesabat formasını və Qaydaların 4.2-ci bəndində tələb olunan bır sıra sənədləri, o cümlədən subsidiya məbləğinin köçürüləcəyi bank hesabı barədə məlumatları, avtobusların yanacaq sərfi üzrə texniki göstəricilərini (texniki pasportlar), səlahiyyətli orqanlar tərəfindən verilmiş marşrut pasportunun elektron surətini, bank əməliyyatlarına dair məlumatı (bank çıxarışları) vergi orqanına təqdim etməlidirlər.
Daşıyıcıların müraciətinə 20 gün müddətində baxılır. Dövlət Vergi Xidməti təqdim olunmuş elektron məlumatlar əsasında müraciətlərə baxaraq ödəniləcək subsidiyanın məbləğini müəyyən edir. Sənədlərdə aradan qaldırılması mümkün olan çatışmazlıqlar aşkar edildikdə, həmin çatışmazlıqların 5 iş günündən gec olmayaraq müddətdə aradan qaldırılması üçün daşıyıcılara 3 iş günü ərzində məlumat verilir. Çatışmazlıqlar aradan qaldırıldıqdan sonra ödəniləcək subsidiyanın məbləği müəyyən edilir.
Dövlət Vergi Xidməti hər ayın 25-nə qədər icmallaşdırılmış məlumatlar əsasında subsidiyanın ödənilməsi ilə bağlı uyğun ödəniş sifarişini Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyinə təqdim edəcək. Agentlik 2 iş günü müddətində ödəniş sifarişi əsasında subsidiya məbləğlərinin daşıyıçıların bank hesablarına köçürülməsini həyata keçirəcək.
Nazirlər Kabinetinin müvafiq qaydalarına əsasən, subsidiya almaq istəyən daşıyıcılar aşağıdakı şərtlərə cavab verməlidirlər:
- “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na düşməməli;
- Subsidiya verilməsi nəzərdə tutulan dizel yanacağının alışını nağdsız qaydada həyata keçirməli;
- Əməkhaqlarının ödənişini tam həcmdə nağdsız qaydada həyata keçirməli;
- Nağdsız ödəniş sistemləri (ödəniş alətləri) ilə təchiz edilməmiş avtobuslarla sərnişindaşıma xidmətini həyata keçirən daşıyıcılar üzrə aylıq əsasda nağd qaydada qəbul edilən vəsaitlərin 60 faizi həcmində məbləği bank hesabına mədaxil etməlidirlər.
Taksilərlə bağlı daha bir dəyişiklik - Sərəncam imzalandı
Sabahın hava proqnozu açıqalndı
Prezident İlham Əliyevdən daha bir sərəncam - Dəyişiklik
ONLARA PREZİDENT TƏQAÜDÜ VERİLƏCƏK - Fərman + DETALLAR
ÇİN XİN başçısı Pakistan XİN başçısı ilə bir arada: “İrana hücum dərhal dayanmalıdır”
Xocavəndə növbəti köç olub
İran: “BƏƏ, Bəhreyn və Küveytdə ABŞ-ın…” - İsrailə aid gəmi vurulub
CHP sədri Kosovoya səfərini son anda təxirə saldı - Bələdiyyə sədrinin həbsinə görə
Amerikada sorğu: əhali Donald Trampın fəaliyyətindən narazıdır
“Göztepe” komandası dağıldı - 11 oyunçu ilə yol ayrıldı
Türkiyədə FETÖ əməliyyatı: saxlanılanlar var
Zaur Axundov ev dustaqlığında qaldı - Həbs müddəti uzadıldı
İsmayıllıda ağır qəza: iki nəfər ölüb, xəsarət alanlar var
Araz Ağalarov həyat yoldaşından ayrılıb - Yenidən evləndi (FOTO)
Dövlət katibi: “Müctəba Xameneinin hakimiyyətdə qalıb-qalmayacağı qeyri-müəyyəndir"
ABŞ-ın Venesueladakı səfirliyi açıldı - 7 ildən sonra
Türkiyədə daha bir CHP-li bələdiyyə sədri tutulub - FOTO
Jurnalist ADSEA-ya su matoru aldı, icra başçısının rayondan xəbəri olmadığını iddia etdi: "Bu qədər məmur məsuliyyətsizliyi..."
YAP-ın QURULTAYININ VAXTI DƏQİQLƏŞDİ
16.7 MİLYONA BAŞA GƏLƏN 22 KM-lik YOL ELƏ GÜNƏ DÜŞDÜ Kİ... - 5 yaşayış massivinə gediş-gəliş qapadıldı (VİDEO)
Prezident bu fotonu paylaşdı
Xarici İşlər Nazirliyi bəyanat yaydı
Tramp İranda kiminlə təmasda olduqlarını açıqladı, Ali Dini Liderin isə… - “Bir həftə içində çox şeylər bəlli olacaq”
Livan Prezidenti: “Ölkənin cənubdakı vəziyyət faciəlidir”
Montella: “Özümü həqiqətən də türk kimi hiss edirəm”
İsrail parlamentindən şok qərar - Fələstinli məhbuslar edam olunacaq
Pezeşkian yeni şərt irəli sürdü: “Müharibənin bitməsi İran xalqının təhlükəsizliyi və…”
31 mart - Azərbaycanlıların Soyqırımı Günüdür
Tehran yenə bombalanır – Paytaxtda partlayış səsləri artıb
Bakıda qardaş qardaşı güllələyib
"FIFA Series – 2026": millimiz qalib gəldi (YENİLƏNİB)
ANAMA əməkdaşı Xocalıda qəzada ölüb
Xalq artisti Rasim Balayev dəfn edildi - Yenilənib
Ombudsman Səbinə Əliyeva bəyanat yayıb
Sabah yağış yağacaq
Şirvanda mənzildə partlayış olub, yaralı var - VİDEO
Paşinyan Baş nazir postuna yenidən namizəd oldu
Qazaxda 18 yaşlı qız dəm qazından boğulub
Sultan Süleymana Şah Abbas dərsi - TƏHLİL