Mərc oyunları və qumar reklamı... - Bu qanunu pozanlar 5 mindən 50 min manatadək cərimələnəcək + DETALLAR
17-12-2021 [15:44]
“Qumar oyunlarının, onların təşkilatçısının (operatorunun) və satıcısının reklamına görə fiziki şəxslər 5 min manat, vəzifəli şəxslər 10 min manat, hüquqi şəxslər 50 min manat məbləğində cərimə ediləcək”.
Mia.az xəbər veirr ki, bunu Milli Məclis Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Hacı Mirhəşim Seyid parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq, Hüquq siyasəti və dövlət quruculuğu və Gənclər və idman komitələrinin bu gün keçirilən birgə iclasında - İnzibati Xətalar Məcəlləsinə dəyişikliklərin I oxunuşda müzakirəsində deyib.
Bundan başqa, idman-mərc oyunlarının təşkili və keçirilməsi sahəsində idman, mərc oyunlarının operatoru tərəfindən “Bədən tərbiyəsi və idman haqqında” qanunla müəyyənləşdirilmiş vəzifələrin yerinə yetirilməməsinə görə fiziki şəxslər 800 manatdan 900 manata qədər, vəzifəli şəxslər 1 000 manatdan 2 000 manata qədər, hüquqi şəxslər isə 9 000 manata qədər cərimə ediləcək.
Şöbə müdiri bildirib ki, Məcəllənin “Lotereyaların və idman mərc oyunlarının təşkili və ya keçirilməsi qaydalarının pozulması” maddəsi yeni redaksiyada veriləcək: “Dəyişikliklə isə bu maddə “Qumar oyunları” adlandırılacaq. Qumar oyunlarının təşkilinə və keçirilməsinə görə İnzibati Xətalar Məcəlləsində yeni cərimə müəyyənləşdiriləcək.
Qumar oyunlarının təşkilinə və keçirilməsinə görə inzibati xətanın törədilməsinə alət olmuş predmet, habelə qumar oyunlarına qoyulmuş pul vəsaitləri və ya digər əmlak, uduş fondu, həmçinin qumar oyunu nəticəsində əldə edilmiş gəlir müsadirə edilməklə fiziki şəxslər 5 min manat məbləğdə, vəzifəli şəxslər 10 min manat məbləğdə, hüquqi şəxslər 50 min manat məbləğdə cərimə ediləcək.
Azərbaycan ərazisindən qumar oyunlarında iştirak üçün imkanın yaradılması, o cümlədən, qumar oyunlarının oynanıldığı virtual mühitə çıxışın təmin edilməsi fiziki şəxslər 5 min manat məbləğdə, vəzifəli şəxslər 10 min manat məbləğdə, hüquqi şəxslər 50 min manat məbləğdə cərimə ediləcək.
Qumar oyunlarında iştirak üçün biletlərin (və ya biletə bərabər tutulan digər iştirak hüququnun) satışının təşkili və (ya) satışına görə fiziki şəxslər 5 min manat məbləğdə, vəzifəli şəxslər 10 min manat məbləğdə, hüquqi şəxslər 50 min manat məbləğdə cərimə ediləcək.
Qumar oyunlarında iştirak üçün mərclərin qəbul edilməsi, pul vəsaitlərinin, əşyaların və qeyri-maddi əmlak nemətlərinin qəbulu, köçürülməsi, ödənilməsi, uduşların, mükafatların və ya digər gəlirin verilməsi, bunların təşkili və bunlarla əlaqədar xidmətlərin göstərilməsinə görə fiziki şəxslər 5 min manat məbləğdə, vəzifəli şəxslər 10 min manat məbləğdə, hüquqi şəxslər 50 min manat məbləğdə cərimə ediləcək.
Qumar oyunlarının təşkili, keçirilməsi, iştirak üçün biletlərin (və ya biletlə bərabər tutulan digər iştirak hüququnun) satışı, qumar oyunlarında iştirakla bağlı müştərinin ödəniş tapşırıqlarının və ya bank hesabı üzrə digər əməliyyatlarının bank əməliyyatları aparan şəxslər tərəfindən icrasına (aparılmasına) görə fiziki şəxslər 5 min manat məbləğdə, vəzifəli şəxslər 10 min manat məbləğdə, hüquqi şəxslər 50 min manat məbləğdə cərimə ediləcək.
****
Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, Hüquq siyasəti və dövlət quruculuğu və Gənclər və idman komitələrinin birgə iclasında "Reklam haqqında" qanuna dəyişiklik layihəsi I oxunuşda müzakirəyə çıxarılıb.
Mia.az xəbər verir ki, dəyişikliyə əsasən, qumar oyunlarının, belə oyunların təşkilatçısının (operatorunun) və ya satıcısının, həmçinin “Bədən tərbiyəsi və idman haqqında” və “Lotereyalar haqqında” qanunlar ilə müəyyən edilmiş qaydada dayandırılmış, ləğv edilmiş və ya keçirilməsi qadağan edilmiş idman mərc oyunlarının və lotereyaların reklamına yol verilmir.
Qumar oyunları dedikdə lotereya təşkilatçısı tərəfindən “Lotereyalar haqqında” qanuna uyğun olaraq keçirilən lotereyalar (o cümlədən stimullaşdırıcı lotereyalar) və idman mərc oyunları operatoru tərəfindən “Bədən tərbiyəsi və idman haqqında” qanuna uyğun olaraq keçirilən idman mərc oyunları istisna olmaqla, digər şəxslər tərəfindən sahibkarlıq fəaliyyəti çərçivəsində təşkil edilən və ya keçirilən qeyri-müəyyənlikdən və ya təsadüfdən asılı olan uduşların, mükafatların və ya digər gəlirin verilməsini nəzərdə tutan lotereya, idman mərc oyunları və digər mərc oyunları qumar oyunu hesab edilir.
Bununla yanaşı,adıçəkilən komitədə Vergi Məcəlləsinə dəyişiklik layihəsi I oxunuşda müzakirəyə çıxarılıb.
Dəyişikliklə idman mərc oyunlarının (elektron idman mərc oyunlarının) lotereyalarla oxşar hüquqi rejimdə vergi qanunvericiliyi baxımından tənzimləməyə cəlb edilməsi, lotereyalardan və idman mərc oyunlarından pul şəklində əldə edilən 500 manatadək (əvvəl 10 manat idi) uduşların gəlir vergisindən azad edilir
Digər dəyişikliklə isə idman mərc oyunlarının operatoru və idman mərc oyunlarının satıcılarının, habelə lotereya təşkilatçısı və lotereya biletlərinin satıcıları olan şəxslərin sadələşdirilmiş vergi ödəyicisi kimi təsbit olunması, habelə bu sahədə vergitutma obyektinin və vergi dərəcələrinin dəqiqləşdirilir (operatorlar və təşkilatçılar dövriyyədən 6%, satıcılar isə onlara çatacaq komisyon haqqından 4%). Əvvəl gəlir və mənfəət vergisi ödəyirdilər.
Taksilərlə bağlı daha bir dəyişiklik - Sərəncam imzalandı
Sabahın hava proqnozu açıqalndı
Prezident İlham Əliyevdən daha bir sərəncam - Dəyişiklik
ONLARA PREZİDENT TƏQAÜDÜ VERİLƏCƏK - Fərman + DETALLAR
ÇİN XİN başçısı Pakistan XİN başçısı ilə bir arada: “İrana hücum dərhal dayanmalıdır”
Xocavəndə növbəti köç olub
İran: “BƏƏ, Bəhreyn və Küveytdə ABŞ-ın…” - İsrailə aid gəmi vurulub
CHP sədri Kosovoya səfərini son anda təxirə saldı - Bələdiyyə sədrinin həbsinə görə
Amerikada sorğu: əhali Donald Trampın fəaliyyətindən narazıdır
“Göztepe” komandası dağıldı - 11 oyunçu ilə yol ayrıldı
Türkiyədə FETÖ əməliyyatı: saxlanılanlar var
Zaur Axundov ev dustaqlığında qaldı - Həbs müddəti uzadıldı
İsmayıllıda ağır qəza: iki nəfər ölüb, xəsarət alanlar var
Araz Ağalarov həyat yoldaşından ayrılıb - Yenidən evləndi (FOTO)
Dövlət katibi: “Müctəba Xameneinin hakimiyyətdə qalıb-qalmayacağı qeyri-müəyyəndir"
ABŞ-ın Venesueladakı səfirliyi açıldı - 7 ildən sonra
Türkiyədə daha bir CHP-li bələdiyyə sədri tutulub - FOTO
Jurnalist ADSEA-ya su matoru aldı, icra başçısının rayondan xəbəri olmadığını iddia etdi: "Bu qədər məmur məsuliyyətsizliyi..."
YAP-ın QURULTAYININ VAXTI DƏQİQLƏŞDİ
16.7 MİLYONA BAŞA GƏLƏN 22 KM-lik YOL ELƏ GÜNƏ DÜŞDÜ Kİ... - 5 yaşayış massivinə gediş-gəliş qapadıldı (VİDEO)
Prezident bu fotonu paylaşdı
Xarici İşlər Nazirliyi bəyanat yaydı
Tramp İranda kiminlə təmasda olduqlarını açıqladı, Ali Dini Liderin isə… - “Bir həftə içində çox şeylər bəlli olacaq”
Livan Prezidenti: “Ölkənin cənubdakı vəziyyət faciəlidir”
Montella: “Özümü həqiqətən də türk kimi hiss edirəm”
İsrail parlamentindən şok qərar - Fələstinli məhbuslar edam olunacaq
Pezeşkian yeni şərt irəli sürdü: “Müharibənin bitməsi İran xalqının təhlükəsizliyi və…”
31 mart - Azərbaycanlıların Soyqırımı Günüdür
Tehran yenə bombalanır – Paytaxtda partlayış səsləri artıb
Bakıda qardaş qardaşı güllələyib
"FIFA Series – 2026": millimiz qalib gəldi (YENİLƏNİB)
ANAMA əməkdaşı Xocalıda qəzada ölüb
Xalq artisti Rasim Balayev dəfn edildi - Yenilənib
Ombudsman Səbinə Əliyeva bəyanat yayıb
Sabah yağış yağacaq
Şirvanda mənzildə partlayış olub, yaralı var - VİDEO
Paşinyan Baş nazir postuna yenidən namizəd oldu
Qazaxda 18 yaşlı qız dəm qazından boğulub
Sultan Süleymana Şah Abbas dərsi - TƏHLİL