Emin Əmrullayev məktəblərdəki nöqsanlardan danışdı, yeni mesajlar verdi
17-12-2021 [11:54]
"Ali təhsil müəssisələrində bəzi proqramlar həqiqətən də əsaslı şəkildə dəyişdirilməlidir".
Bunu təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, universitetlərdə tədrislə bağlı məzmunda daim dəyişikliklər olur, ali təhsil proqramları yenilənir və təkmilləşir: "Təbii ki, dövr dəyişdikcə həm yeni ixtisaslar, həm ixtisasların proqramları yaranır, həm də mövcud ixtisasların proqramları təkmilləşir. Düşünürəm ki, bu dəyişikliklərin olması da labüddür. Bəzi proqramlar həqiqətən də əsaslı dəyişikliklərə məruz qalmalıdır. Bu da həmin sahədəki mütəxəssislərin işidir. Təhsil Nazirliyi də ekspert komissiyalarının rəyi əsasında həmin proqramları təsdiq edir"/Report
Nazir jurnalistlərə açıqlamasında ölkədə 4000-dən çox məktəbin olduğunu, 150 min müəllimin çalışdığını, 1 milyon 600 min şagirdin təhsil aldığını xatırladaraq bildirib ki, çox milyonluq qrupda mütəmadi olaraq hər hansı bir neqativ hallar olur: "Təbii ki, istəməzdik belə faktlar olsun. Belə hadisələr olduqca da Təhsil Nazirliyi müvafiq araşdırmalar aparıb qanun çərçivəsində həmin hadisələrə qiymət verir. Açıq neqativ hallarla bağlı hər zaman nazirliyin mövqeyi eyni olub. Yəni həmin hadisələr sona qədər araşdırılıb".
Onun sözlərinə görə, sistemin böyük olması səbəbindən hansısa müəllim, direktor və ya valideyn, eləcə də şagirdlər arasında konfliktin yaranması qaçılmazdır: "Bunun qarşısını almaq təbii ki, bizim ideal arzumuzdur. Lakin real dünyada yaşayırıq və cəmiyyət də bizimlə birlikdə çalışmalıdır ki, belə hallar minimallaşsın və olmasın. Olduğu halda da Təhsil Nazirliyi mütəmadi olaraq müvafiq addımlar atır və hər il onlarla direktor işdən ayrılır, təhsil şöbə müdirlərinin müvafiq qaydada əmək müqavilələrinə xitam verilir".
E.Əmrullayev qeyd edib ki, bu davamlı prosesdir: "Burada söhbət 5-10 nəfərdən getmir. Nəzərə alsaq ki, 4 400-dən çox məktəbdən söhbət gedir. Hər direktorun da 3-4 müavini var. Məktəb kifayət qədər mürəkkəb və hər gün insanlar arasındakı ünsiyyətdən danışırıq. Mütləqdir ki, milyonlarla insanın ünsiyyətində müəyyən neqativlər ola bilər. Hər bir məsələ araşdırmalı və nəticəsi barədə də ictimaiyyətə geniş məlumat verilməlidir".
Mia.az
.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi