Əli Kərimlinin həbsdə olan sürücüsü haqda qərar ləğv olundu
16-12-2021 [15:47]
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin 2 il 2 aydır həbsdə olan sürücüsü, eyni zamanda, partiyanın Binəqədi rayon təşkilatının sədri Paşa Umudovun işinə dekabrın 16-da Ali Məhkəmədə baxılıb.
Mia.az xəbər verir ki, hakim İlkin Rəcəbovun sədrliyilə keçirilən məhkəmə prosesinin nəticəsi olaraq, Paşa Umudov haqqında aşağı instansiyanın – Bakı Apelyasiya Məhkəməsinin qərarı ləğv olunub.
Ali Məhkəmə qərar verib ki, Paşa Umudov haqqında cinayət işi bu instansiyaya qaytarılsın və orada təkrar araşdırılsın.
2019-cu il oktyabrın 15-də həbs olunan və Cinayət Məcəlləsinin 234.2 (satış məqsədilə narkotik maddə əldə etmə, saxlama, daşıma) maddəsilə ittiham edilən Paşa Umudov Nərimanov Rayon Məhkəməsinin hökmüylə 4 il 6 ay azadlıqdan məhrum edilib.
Əli Kərimlinin sürücüsü olduğuna görə saxta narkotik ittihamıyla cəzalandırıldığını deyən Paşa Umudovun vəkilinin bu hökmdən verdiyi şikayətə 2020-ci ilin oktyabrında Bakı Apelyasiya Məhkəməsində baxılıb. Lakin şikayət təmin olunmayıb – Elmar Rəhimovun sədrlik etdiyi hakimlər kollegiyası 4 il 6 aylıq həbs hökmünü qüvvədə saxlayıb. Ali Məhkəmə belə nəticəyə gəlib ki, o zaman obyektiv araşdırma aparılmadan hökm qüvvədə saxlanılıb.
58 yaşlı Paşa Umudov özünü təqsirli bilmir. Onun sözlərinə görə, bir çox siyasi fəallar kimi, onu da həbs eləmək üçün narkotikdən vasitə kimi istifadə olunub, əslində isə ona heç bir aidiyyəti yoxdur. Paşa Umudov xatırladıb ki, onu Milli Şuranın 2019-cu il oktyabrın 19-na təyin etdiyi mitinq öncəsi həbs ediblər: “Əvvəlki mitinqlərdə olduğu kimi, onda da artıq cəbhəçilərin həbsi başlamışdı. Mən də həbsimi gözləyirdim. Bunu bilə-bilə kim cibində narkotik saxlayardı? O narkotikin mənimlə yaxından-uzaqdan heç bir əlaqəsi yoxdur. Tamamilə saxta işdir. Mən narkotik satanamsa, niyə evimdə axtarış aparılmayıb? Çünki məni həbs edənlər yaxşı bilirdilər ki, mənim evimdə narkotik ola bilməz”/Meydantv.
Putinlə Paşinyan görüşdü - VİDEO
Eldar Əzizov Ramana qəsəbəsində - FOTO
Özbəkistanın Baş naziri Azərbaycana gəlib
Xalq artisti Zaur Rzayevin səhhəti barədə - AÇIQLAMA
"Mənim ömürlük sədr olmaq fikrim yoxdur" - Anar Rzayev
Sabahkı hava ilə bağlı - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Tramp: “İran atəşkəs istəyir, lakin…”
“Kontakt Home” mağazalar şəbəkəsindən şikayətlər artıb - Açıqlama
İcra başçısı 32 nəfəri vəzifədən azad edib
Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb
Masazırda çökən yolla bağlı rəsmi açıqlama yayıldı
FIFA referisi UEFA-dan təyinat alıb
Masallıda fərdi yaşayış evində yanğın - Ölənlər var (Yenilənib)
Arda Gülər: “Çox xoşbəxtik"
Ağdərədə mina partlayıb, yaralı var - Üç qurum birgə məlumat yaydı
AFFA 3 klubu yarışlardan kənarlaşdırıb - SƏBƏB
Masazırda yeni çəkilən yol çöküb - FOTOLAR
İstanbulda zəlzələ olub
Rusiya kəşfiyyatı: “Ukrayna sülh təkliflərini qəbul etməlidir”
İran Parlamenti: “ABŞ-la danışıqlar aparılmayacaq və…”
Tramp ABŞ-ı NATO-dan çıxarır – "Bunu Putin də bilir”
Vilayət Eyvazov 356 vətəndaşı qəbul etdi, rəislərə tapşırıqlar verdi - Nazir polis olmaq istəyənlərin sıra baxışını da keçirib (VİDEO)
Qərb Sənaye Parkının yaradılacaq - Prezident sərəncam imzaladı
AFFA Vaqif Cavadovu yeni vəzifəyə təyin edib
Sabah hava necə olacaq? - Proqnoz
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı qalmaqal böyüyür - Bir nəfər axtarışa verildi
İraqın Ərbil şəhərinə dron hücumu olub – Evlərdən biri vurulub
Türkiyədə çörəyin qiyməti qalxdı - Açıqlama
İSTİNTAQ İDARƏLƏRİ BİRLƏŞDİRİLİR - Nələr olacaq?
İnstitut direktoru vəzifədən azad olunub
Sumqayıtda 46 yaşlı qadın bıçaqlanıb
Apreldə hava necə olacaq? - AYLIQ PROQNOZ
Magistraturaya qəbul imtahanı: ərizə qəbulu başlayıb
Nökerquli Ataquliyev Bakıda belə qarşılandı - FOTOLAR
BORCLARLA BAĞLI ARTAN MÜBAHİSƏLƏR... - Ali Məhkəmə izahat xarakterli açıqlama yaydı
TRAMPDAN YENİ ANONS: “2-3 həftəyə İrandan çəkiləcəyik” - "Onlar öz başlarına çarə qılsınlar, bizlik deyil"
Aparcı mətbuat katibi təyin edildi
Elmi işçilərin maaşı artırıldı - 50 FAİZ
BƏƏ İran vətəndaşlarına qadağa qoydu - XƏBƏRDARLIQ
İran Küveyt Beynəlxalq Hava Limanına zərbə endirib - Yanacaq anbarı sıradan çıxarılıb
Bakıda kişi və arvadı dəm qazından ölüb