Avropa İnsan Haqları Məhkəməsi Azərbaycanla bağlı 3 qərarı açıqlayıb
16-12-2021 [15:41]
Avropa İnsan Haqları Məhkəməsi (AİHM) dekabrın 16-da Azərbaycandan göndərilmiş 7 şikayət üzrə 3 qərarını elan edib.
Mia.az xəbər verir ki, şikayətlərdən birində hökumət pozuntuları qəbul edib, bu səbəbdən də qərar hökumətin birtərəfli bəyannaməsinə əsasən çıxarılıb.
Belə ki, “Şirinli və Əmrah Azərbaycana qarşı” işində hər iki iş ərizəçi – Tariyel Şirinli və Heybət Əmrahın icazəsiz elan edilmiş kütləvi aksiyada iştirak etmələri əsası ilə saxlanılmaları, inzibati qaydada həbs olunmaları, barələrində töhmət tədbirinin seçilməsi, hüquqi yardımla təmin edilməmələri göstərilib. Ərizəçilər iddia ediblər ki, onların azadlıq və toxunulmazlıq, ədalətli məhkəmə araşdırması hüquqlarına müdaxilə baş verib.
Ərizənin komunikasiyası zamanı hökumət, ərizəçilərin azadlıq və toxunulmazlıq, ədalətli məhkəmə araşdırması hüquqlarına müdaxilənin baş vediyini etiraf edib, buna görə ərizəçilərə təzminat ödəməyə razı olduğunu ifadə edən birtərəfli bəyannamə təqdim edib. Ərizəçilər bəyannamənin şərtləri ilə razılaşmasalar da, AİHM ərizəni bəyannamənin şərtəri əsasında baxılacaq işlərin siyahısından çıxarmağa qərar verib.
Qərara əsasən, hökumət Tariyel Şirinliyə 3500, Heybət Əmraha isə 6500 avro təzminat ödəməlidir.
“Aihmaz.org” yazır ki, “Mirzəbəyov və başqları Azərbaycana qarşı” işi ərizəçilərin mülkiyyət hüququna müdaxilənin baş verməsi iddiaları ilə bağlı idi. Yerli məhkəmələrin çıxardıları qərarlar icra edilməyib.
Ərizəçilər onlara münasibətdə mülkiyyət və ədalətli məhkəmə araşdırması hüququnun pozuntusunun baş verdiyini iddia ediblər.
Kommunikasiya zamanı tərəflər AİHM-ə dostca anlaşma təqdim etdiyindən, məhkəmə ərizələri baxılacaq işlərin siyahısından çıxarmağa qərar verib.
Dostca anlaşmanın şərtlərinə görə, hökumət ərizəçilərə – Fevral Mirzəbəyova 3850, Telman Abbasova 3850, Mehman Məmmədova 1750, Mehman Malikova 1750 avro təzminat ödəməlidir.
“Əsgərov Azərbaycana qarşı” işində isə ərizəçi sahibi olduğu ət kəsimi və email müəssisəsinin yerləşdiyi torpaq sahəsinin özəlləşdirilməsindən imtina olunmasından, yerli məhkəmələrin bunu qanuni saymasından şikayət edib. Ərizəçi AİHM qarşısında iddia edib ki, onun mülkiyyət hüququna müdaxilə baş verib.
AİHM bu şikayəti əsaslı saymayaraq rədd edib. Məhkəmə həmçinin, hesab edib ki, bu işdə hökumət fərdi şikayət hüququnun təmin edilməsi ilə bağlı öhdəliklərinə əməl etməyib, ərizəçinin nümayəndəsinin ofisində axtarış aparılıb və sənədlər götürülüb.
Paşinyanın Putinlə görüşdə: "İrəvan Qarabağı Azərbaycanın tərkibində tanıyıb, üstəlik..."
Putinlə Paşinyan görüşdü - VİDEO
Eldar Əzizov Ramana qəsəbəsində - FOTO
Özbəkistanın Baş naziri Azərbaycana gəlib
Xalq artisti Zaur Rzayevin səhhəti barədə - AÇIQLAMA
"Mənim ömürlük sədr olmaq fikrim yoxdur" - Anar Rzayev
Sabahkı hava ilə bağlı - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Tramp: “İran atəşkəs istəyir, lakin…”
“Kontakt Home” mağazalar şəbəkəsindən şikayətlər artıb - Açıqlama
İcra başçısı 32 nəfəri vəzifədən azad edib
Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb
Masazırda çökən yolla bağlı rəsmi açıqlama yayıldı
FIFA referisi UEFA-dan təyinat alıb
Masallıda fərdi yaşayış evində yanğın - Ölənlər var (Yenilənib)
Arda Gülər: “Çox xoşbəxtik"
Ağdərədə mina partlayıb, yaralı var - Üç qurum birgə məlumat yaydı
AFFA 3 klubu yarışlardan kənarlaşdırıb - SƏBƏB
Masazırda yeni çəkilən yol çöküb - FOTOLAR
İstanbulda zəlzələ olub
Rusiya kəşfiyyatı: “Ukrayna sülh təkliflərini qəbul etməlidir”
İran Parlamenti: “ABŞ-la danışıqlar aparılmayacaq və…”
Tramp ABŞ-ı NATO-dan çıxarır – "Bunu Putin də bilir”
Vilayət Eyvazov 356 vətəndaşı qəbul etdi, rəislərə tapşırıqlar verdi - Nazir polis olmaq istəyənlərin sıra baxışını da keçirib (VİDEO)
Qərb Sənaye Parkının yaradılacaq - Prezident sərəncam imzaladı
AFFA Vaqif Cavadovu yeni vəzifəyə təyin edib
Sabah hava necə olacaq? - Proqnoz
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı qalmaqal böyüyür - Bir nəfər axtarışa verildi
İraqın Ərbil şəhərinə dron hücumu olub – Evlərdən biri vurulub
Türkiyədə çörəyin qiyməti qalxdı - Açıqlama
İSTİNTAQ İDARƏLƏRİ BİRLƏŞDİRİLİR - Nələr olacaq?
İnstitut direktoru vəzifədən azad olunub
Sumqayıtda 46 yaşlı qadın bıçaqlanıb
Apreldə hava necə olacaq? - AYLIQ PROQNOZ
Magistraturaya qəbul imtahanı: ərizə qəbulu başlayıb
Nökerquli Ataquliyev Bakıda belə qarşılandı - FOTOLAR
BORCLARLA BAĞLI ARTAN MÜBAHİSƏLƏR... - Ali Məhkəmə izahat xarakterli açıqlama yaydı
TRAMPDAN YENİ ANONS: “2-3 həftəyə İrandan çəkiləcəyik” - "Onlar öz başlarına çarə qılsınlar, bizlik deyil"
Aparcı mətbuat katibi təyin edildi
Elmi işçilərin maaşı artırıldı - 50 FAİZ
BƏƏ İran vətəndaşlarına qadağa qoydu - XƏBƏRDARLIQ