Uşaqların xüsusi inkişafı üçün cədvəllər hazırlanıb
16-12-2021 [12:14]
"Hər ölkənin milli genofondu, yəni genetikası, yaşama mühitləri fərqlidir. Ona görə də ümumən baxdığınız zaman hər ölkədə uşaqların böyümə trendi bir az da olsa bir-birindən fərqlənə bilər".
Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, pediatr Erkin Rəhimov deyib.
O qeyd edib ki, bu günə qədər Azərbaycanda istifadə edilən başqa ölkələrin cədvəlləri idi: "Məsələn, bir çox dövlət və özəl klinikalarımızda qardaş Türkiyənin tərtib etdiyi cədvəllər istifadə edilirdi. İstifadə olunan cədvəllər 2008-ci ilə aid idi. Heç kimə yad deyil ki, bu gün bütün dünyada piylənmə uşaq yaşlarında artıq başlayır. Bunları nəzərə aldıqda yeni cədvəlin tərtib edilməsinə ehtiyac var idi və biz öz cədvəlimiz hazır olduğu zaman aradaki fərqi gördük. Aparılan elmi tədqiqat bir neçə ilə qədər davam etdi, hər yaş qrupundan uşaqları seçdik, onların çəki, boy, baş dairəsinə baxdıq və göstəricilər əsasında cədvəllər tərtib etdik. Artıq rahatlıqla ölkəmizə aid cədvəli istifadə edə bilərik. Yəni cədvə bizim uşaqlara aid olduğu üçün onların çəkisi, ya da boyu nisbətən az, ya çox olmasını bu cədvəl vasitəsilə müəyyən edə bilərik".
E.Rəhimov qeyd edib ki, 2016-2020-ci illərdə aparılan elmi tədqiqatda uşaqları Türkiyənin 2008-ci il və ÜST-nin 2012-2013-cü illərinə aid olan cədvəlləri ilə müqayisə edilib: “Elmi tədqiqatlarımızın nəticələrinə görə, xüsusən 5-6 yaşa qədər olan uşaqlarda həm çəki nisbətən artıq idi, həm də bədən kütlə indeksi daha yüksək idi. Burada çox faktorlar ola bilər, məsələn düzgün olmayan qidalanma, oturaq həyat tərzi və s. Əlbəttə ki, elmi tədqiqatın nəticələri bizi narahat edir, çünki piylənmə son illərdə dünyada davam edən ən böyük problemlərdən biridir”.
Onun sözlərinə görə, cədvəllərdə ən alt və ən üst norma var və bu göstəricilərin daxilində olan uşaqlar normal hesab olunur: “Eyni zamanda, uşaqlarda biz standart çəki vahidi qəbul etmirik, çünki uşaq ola bilər ki, alt normasının göstəricisinə yaxındır, amma davamlı inkişafı eyni tendesiyada gedir. O zaman bu çəki onun üçün normal qəbul edilir. Eyni şəkildə biz uşağın ata-anasının boyunu bildiyimiz zaman onun yaşına uyğun inkişafını qiymətləndirə bilirik. Belə ki, qız uşağının sağlam şəkildə böyüməsini müyyənləşdirmək üçün biz onun valideynlərinin boylarını toplayırıq, alınan rəqəmdən 13 santimetr çıxırıq və ikiyə bölürük. Oğlan uşağı üçün isə bu göstəricinin üstünə 13 santimetr gəlirik və ikiyə bölürük. Beləliklə, uşağın genetik potensialına görə hədəf boyunu hesablayırıq. Əgər indiki boy göstəricisi ilə gözlənilən boy bir-birinə uyğun gəlmirsə, o zaman boy inkişafının geridə qaldığı söylənilə bilər.
Boy artımı ən çox ana bətnində baş verir. Daha sonra boyun sürətlə artması iki yaşa qədər, xüsusən ilk 6 ayda baş verir. Və nəhayət, yeniyetmə dövründə boy artımı çox sürətlə gedir. Sümüklərin uzunluğu böyümə plastinalari – sümüyün epifiz adlanan sahələri hesabına böyüyür. Böyümə zonaları yoxa çıxdıqdan sonra insanın boyu daha artmır. Qızlarda boy artımı 14-15 yaşına, oğlanlarda isə 15-16 yaşına qədər davam edir. Nadir hallarda boy uzanması 23-25 yaşa qədər davam edir.
Uşağın sağlam həyat sürməsi üçün böyümə və inkişafını izləmək çox vacibdir. Uşaqlarda böyümə və inkişafın monitorinqində ən çox istifadə edilən ölçmələr bunlardır: yaşa görə boy; yaşa görə çəki; boy üçün bədən çəkisi; bədən kütləsi indeksi. Uşaqların böyümə və inkişafını izləmək, mövcud sağlamlıq vəziyyəti, uşağın rasional və balanslı qidalanıb-qidalanmaması kimi bir çox mövzuda göstərici ola bilər. Valideynlərə tövsiyəm uşaqları 6-7 aya qədər ayda bir dəfə, sonra isə 2-3 aydan bir rutin müayinəyə aparmaları istiqamətindədir. Yəni bu şəkildə mütəmadi olaraq uşaqların izlənməsi əhəmiyyətlidir”/Report.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi