Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
16-12-2021 [00:03]
Qoç - günün ilk yarısı məhsuldar keçəcək. Səfər və ya ezamiyyət uğurlu alınacaq. Təşəbbüskar olun, məsuliyyət tələb edən qərarlarda vasvasılıq etməyin. Emosiyaların asanlıqla nəzarətdən çıxdığını unutmayın.
Günün ikinci yarısında peşəkar müstəvidəki fəaliyyətinizi aktivləşdirin.
Yaxınlarınız sizi mübahisələrə cəlb edəcəklər. Onlar kiminsə tərəfini tutmağınızı istəyirlər. Belə fellərə uymayın. İncikliyi unudun, ötənlərin yükündən qurtulun.
Axşam saatlarında dostlar qəflətən qonaq gələ bilərlər.
Buğa - kiçik problemlər və uyarsızlıqlar sizi uzaqlara yollanmağa, tənha qalmağa vadar etməsin. Bəzi adamların yaramaz hərəkətləri ilə qarşılaşanda hamıdan və hər kəsdən narazı qaldığınızı göstərməyə dəyməz.
Günün ikinci yarısında yaxınlarınızla ünsiyyətdə çətinliklər yarana bilər. Münasibətləri yalnız səmimi söhbət, müzakirə, əməkdaşlıq cəhdləri yaxşılaşdıra bilər. Axşam saatlarında ailə üzvlərindən birinin problemlərini həll etmək gərəkdir.
Çətinlikləri aradan qaldırın.
Əkizlər - cari məsələlərin həlli və qayğıların çözülməsi aktiv fəaliyyət tələb edir. Ən adi məsələlərdə müşkül durum yarana bilər. Təmkinli olun, soyuqqanlı davranın. Bələd olmadığınız insanla söhbətdə emosional fərd təsiri bağışlamayın.
Günün ikinci yarısında ailə qayğıları əlavə zaman və qüvvə tələb edir. Axşam saatlarını evdən kənarda, dostlar və yaxınlarınızla keçirin. Romantik şam yeməyi sizdə məmnunluq hissi yaratmayacaq. İllüziyalara qapılmayın.
Xərçəng - çoxsaylı imkanlara və cazibədar şanslara rəğmən bir işi seçin. Bütün diqqəti həmin işin başa çatdırılmasına, effektiv görülməsinə yönəldin. Diqqətli olun. Adi günlərdə səbrinizin çatmayacağı mürəkkəb, intellektual prosesi tamamlandırın.
Günün ikinci yarısında yaşamdakı situasiyalarla bağlı yaxınlarınızın mövqeləri fərqli ola bilər. Bu səbəbdən də haqlı olduğunuzu hər vəchlə sübuta yetirməyə çalışmayın. Belə davranış gərəksiz qarşıdurmalara və ruhi müvazinətin pozulmasına səbəb ola bilər.
Şir - düşünülmüş, səbatlı qərarların reallaşdırılması üçün yaxşı zamandır. İşlərdə ləngimələr və gecikmələr ola bilər. Gəlirlərdə azalma müşahidə olunacaq. Enerji və həddən artıq vaxt tələb edən layihəyə başlamaq üçün münasib zaman deyil.
Ticarət, kommersiya, sahibkarlıq müstəvilərində sayıq olun.
Günün ikinci yarısında mənasız və səbəbsiz inadkarlıq münasibətlərdə problemlər yarada bilər. Ən yaxın bildiyiniz insandan laqeyd, başdansovdu cavablar eşidəndə sinirlənə bilərsiniz. Halbuki, dediklərinizi normal kəlmələr sanırsınız.
Qız - yaşam ritmini köklü şəyildə dəyişməyin. Mütləq şəkildə uğur əldə etmək üçün sizə xas olmayan hərəkətlər etməyin. Özünüzə sadiq qalın, amma mümkün problemi qulaqardına vurmayın. Yaxşı hazırlaşın, yalnız düşünülmüş qərarlar verin. Yaşam arealında qayda yaradın, diqqətinizi cəmləyin.
Günün ikinci yarısında sərvaxt davranın. Bu gün ailə qayğılarını yaxınlarınıza həvalə edə bilməyəcəksiniz. Məişət problemini özünüz həll edin. Qətiyyətli olun, təmkinli və əzmli davranın.
Tərəzi - danışıqlar və müzakirələr aparmaq üçün yaxşı zamandır. Planlarınız barədə addımbaşı danışmayın. Bununla belə, etibarlı yardımçı və köməkçi aramalısınız.
Planları dəyişməyin. Görüləsi işlərin siyahısını hazırlayın, həmin siyahıya bənd-bənd riayət edin.
Günün ikinci yarısında diqqətli olun. Önəmli məqamları nəzərdən qaçırmayın.
Yaxın perspektivə hesablanmış işlərdə yaxınlarınız sizi dəstəkləyəcəklər. Yaşam arealında təmir və rekonstruksiya aparmaq olar.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi