28-02-2014 [14:50]
Facebook sosial şəbəkəsində, "inciazeri" adlı profildə maraqlı bir yazı yayımlanıb. Orada yayımlanan faktlar diqqətimizi cəlb etdi və onu dərc etmək qərarına gəldik. MIA "müsavat.com” saytına istinadən həmin materialı təqdim edir:
* * * *
Türkiyədə nəşr olunan ingilisdilli "Todays Zaman” qəzetinin əməkdaşı Mahir Zeynalovun deportasiyası həm Türkiyə, həm də Azərbaycan mediasında geniş işıqlandırıldı. Rəsmi Ankaranı bu məsələdə qınayan da oldu, haqq qazandıran da. Ancaq heç kim "nurçu”ların qəzetində rəsmi Ankaranı yıxıb sürüyən Azərbaycan vətəndaşlarının Türkiyədə necə yaşamaq izni almasını araşdırmağa maraq göstərmədi.

Rəsmi prosedurlara əsasən hər hansı ölkədə akkreditasiya olunmaq istəyən jurnalist ya Azərbaycanın həmin ölkədəki diplomatik nümayəndəliyinə, ya da Azərbaycan XİN-ə müraciət etməlidir. Həmin instansiyaların rəsmi razılıq məktubunu Türkiyənin aidiyyəti orqanına təqdim etdikdən sonra yaşamaq hüququ əldə etmək mümkündür. O da bəllidir ki, hər hansı xarici ölkədəki diplomatik nümayəndəliyimiz bu məsələ ilə bağlı müstəqil qərar qəbul etmir, mütləq rəy üçün Azərbaycan XİN-ə müraciət olunur. Maraqlısı da budur ki, Mahir Zeynalov 2011-ci ildə İstanbuldakı Baş Konsulluğumuza müraciət edib və mənfi cavab alıb. Sonradan isə həm Mahir Zeynalov, həm də daha bir neçə nəfər bu hüququ əldə edə bilib. Necə? Bu hələlik qaranlıqdır.
Əldə etdiyimiz məlumata görə, "Tudeys Zaman"da çalışan Mahir Zeynalov və Lamiyə Adilqızı Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin əməkdaşlarıdır. Mahir Zeynalov həm də SAM-ın jurnalı olan "Caucasus International"in redaktorudur.
2011-ci ildə Mahir Zeynalovun akkreditasiya almaq cəhdi uğursuzluqla nəticələndikdən sonra "Todays Zaman" qəzeti və Strateji Araşdırmalar Mərkəzi Mahir Zeynalovun və Lamiyə Adilqızının Türkiyədə akkreditasiya olunması ilə bağlı Azərbaycanın İstanbuldakı Bas Konsulluğuna müraciət ediblər. Konsulluq həmin şəxslərlə bağlı araşdırma aparıb və onların "nurçu” olduğunu müəyyən edib. Sonra konsulluq Azərbaycan XIN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayevlə bir neçə dəfə əlaqə saxlayıb və məsələnin araşdırıldığını bildirib. Bu da onunla əlaqədar olub ki, "Todeys Zaman", SAM və Elman Abdullayev İstanbuldakı Azərbaycan konsulluğuna həmin şəxslərə akkreditasiya verilməsi ilə bağlı ardıcıl təzyiqlər göstəriblər.

Konsulluq araşdırmanı başa çatdırmamış Azərbaycanın Ankaradakı səfirliyi həmin şəxslərə akkreditasiya verib və 2012-2013-cü illərdə iki dəfə akkreditasiyanın müddətini uzadıb.
Məlumata görə, Mahir Zeynalov və Lamiyə Adilqızının akkreditasiya olunması ilə bağlı Azərbaycanın Ankaradakı səfirliyinə təlimatı Elman Abdullayev verib. Ancaq onun bu göstərişi özbaşına verməsi də inandırıcı görünmür. Burada maraq doğuran məqam odur ki, E.Abdullayev Prezident Administrasiyasının şöbə müdiri Elnur Aslanovun yaxın qohumudur, onların xala oğlu olduğu deyilir və tapşırığın da məhz Aslanovdan gəldiyi bildirilir.

E.Abdullayevin öz rəhbərliyinin deyil, bu məsələyə aidiyyəti olmayan vəzifəli şəxsin tapşırığına əsasən xaricdəki səfirliklərimizə təlimatlar verməsi ən azından səriştəsizlik və ya öz səlahiyyətlərindən sui-istifadə deməkdir.
Digər məlumata görə, "AN" hərəkatının başqanı Ural Aküzüm "Caucasus Internetional" jurnalının məsul katibidir. Kadir Has Universitetinin rektoru Mustafa Aydın isə "AN”-ın Məsləhət Şurasının üzvüdür. SAM həmin şəxslərlə birlikdə Kadir Has Universitetində Azərbaycanla bağlı bir konfrans təşkil edib.
Həmin konfransa Azərbaycandan müxalifət fəalları, Türkiyədə mühacirətdə yaşayan müxalifət nümayəndələri də qatılıblar. Tədbirdə Azərbaycan iqtidarı və prezidenti kəskin tənqid olunub, ərəb baharının Azərbaycana gətirilməsi mövzusu ətrafında müzakirələr təşkil olunub, bu işdə Azərbaycan müxalifətinə yardım etmək məqsədilə Avropa və Qərbə çağırışlar edilib. Həmin vaxt Azərbaycan hakimiyyətinin bu məsələdən xəbər tutmaması və ya ona göz yumması qəribə görünür.
Ən son bilgiyə görə, Türkiyə hakimiyyəti Azərbaycanda "nurcu”ların əl-qol açması, geniş təhsil, biznes şəbəkəsi yaratmaqla yanaşı, həm də öz nümayəndələrini yüksək dövlət postlarında yerləşdirməsindən narahatdır. Bununla bağlı Türkiyənin hökumət dairələrinin Azərbaycan iqtidarına böyük siyahı təqdim etdiyi də bildirilir. Siyahıda Prezident Administrasiyasının şöbə müdiri Elnur Aslanovun, ARDNŞ-in vitse-prezidenti Xaliq Məmmədovun, dini komitənin sədri Elşad İsgəndərovun, onun müavini Gündüz İsmayılovun, gənclər və idman nazirinin müavini İntiqam Babayevin, millət vəkili Ceyhun Osmanlının, Strateji Araşdırmalar Mərkəzinin sədri Fərhad Məmmədovun, Gənclər Fondunun sədri Fərhad Hacıyevin və digərlərinin adları hallanır.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi