Zahid Oruc: "Qəza ilə bağlı "26 sentyabr beyni" ilə hərəkət edənlər..."
14-12-2021 [14:59]
"Millətimiz üçün çətin sınaq olan 30 noyabr tarixli vertolyot qəzası ilə bağlı hadisədən dərhal sonra yaranan 5 saatlıq informasiya vakuumunda dövriyyəyə atılan müxtəlif təxribatçı versiyalar təəssüf ki, bu gün də davam edir".
Mia.az xəbər verir ki, bu sözləri Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri, deputat Zahid Oruc deyib.
O bildirİb ki, birincisi, heç bir əsas olmadan xarici dövlətlərə qarşı hücum edən, hadisəni sübutsuz terror adlandırıb, yanlış hədəflər göstərən qüvvələr bizə düşmənlər qazandırmaqla millətimizin təhlükəsizliyinə xidmət etmirlər:
"Çünki hərbi Zəfərimiz Britaniya, Rusiya, İran və bir çox dövlətlər tərəfindən qəbul olunub, Soçi və Aşqabad görüşü, Türkmən qazının İran vasitəsilə alınaraq dünyaya çatdırılması mühüm regional-beynəlxalq hadisələr olsa da, vertolyot qəzasının səbəbləri kimi göstərilə bilməz.
İkincisi, Vətən müharibəsində və ötən bir ildə, eləcə də 16 noyabr tarixli sərhəd toqquşmasında əsir düşən erməniləri Azərbaycana terror zərbələri ilə geri almaq mümkün deyil. Min kvadrat kilometrlərlə əraziləri qəhrəmanlıqla azad edən dövləti terror və təxribatlarla siyasi-hərbi güzəştlərə vadar edə bilməzlər.
Üçüncüsü, Vətən müharibəsindəki Qələbəmizə hücum məqsədilə “3000 şəhidin ölüm səbəbini sorğulamadınız, ona görə qəzada həlak olanların da haqlarını tələb etməyəcəksiniz” deyən əqidə sahibləri 44 günlük savaşda Ermənistanla birgə məğlub olanlardır. Bəli, düşmənçilikdən qazananlara böyük zərbə dəyib. Lakin Qələbəmizi möhkəmləndirməkdən bizi heç kəs çəkindirə bilməz.
Dördüncüsü, Silahlı qüvvələrimiz vahiddir. Onların rəhbərləri və bütün zabitləri, əsgərləri və bütün şəxsi heyəti, texnikası, texnologiyası vahid bir səngərdədir. Qəzasonrası Müdafiə Nazirliyi və Sərhəd Qüvvələri, o cümlədən bütün güc strukturları koordinasiyalı hərəkət ediblər, 44 gündə olduğu kimi, bir düşmənə qarşı eyni amalı daşıyırlar.
Nəhayət, 1991-ci ilin Qarakənd terroru, Xocalı və Daşaltı əməliyyatları qanlı hadisələr olsa da, 30 noyabr tarixli qəza ilə eyniləşdirilə bilməz. Çünki 30 noyabrda şəhid olanlar bir il əvvəl məhz həmin texnikalarla düşmənə öldürücü zərbələr vurublar və vertolyot sindromu, noyabr, Qarakənd, Qaraheybət faciə zənciri düzəltməyə ehtiyac yoxdur. 8 noyabr Səlnaməsi bütün tarixlərdə Zəfər ayı olaraq qalacaq və millətimizin taleyində nə baş versə də, onun tarixi əhəmiyyəti dəyişməyəcək.
Nəhayət, qəzadan sağ-salamat çıxan hərbçilərin yarğılanması, onların şok altında müsahibələrini şübhə ilə qarşılayanların halına acıyırıq.Ona görə də 10 noyabrla, 20 və 30 noyabrı paralelləşdirənlərin məqsədləri bəllidir. Belələrinin beyni "26 sentyabr”da qalıb".
Zahid Oruc sonda qeyd edib ki, açıq informasiya siyasətinin, ədalətli məhkəmənin bütün təxribatçı rəy və ehtimallara aydınlıq gətirəcəyinə, hərbi vertolyotlarımızın isə daim qələbə uçuşlarını davam etdirəcəyinə inanır.
Mia.az
İranin yeni lideri Trampa meydan oxudu, dirəniş mesajı verdi: “Qəti şəkildə elan edirəm ki…”
Aralıq dənizində zəlzələ olub - 4.7 bal gücündə
Küveyt MN: “Son 24 saat ərzində İranın 3 kruiz raketi və…”
İrandan İsrailə növbəti hücumu olub
Paşinyan Putinlə görüşdə: "İrəvan Qarabağı Azərbaycanın tərkibində tanıyıb, üstəlik..."
Putinlə Paşinyan görüşdü - VİDEO
Eldar Əzizov Ramana qəsəbəsində - FOTO
Özbəkistanın Baş naziri Azərbaycana gəlib
Xalq artisti Zaur Rzayevin səhhəti barədə - AÇIQLAMA
"Mənim ömürlük sədr olmaq fikrim yoxdur" - Anar Rzayev
Sabahkı hava ilə bağlı - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Tramp: “İran atəşkəs istəyir, lakin…”
“Kontakt Home” mağazalar şəbəkəsindən şikayətlər artıb - Açıqlama
İcra başçısı 32 nəfəri vəzifədən azad edib
Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb
Masazırda çökən yolla bağlı rəsmi açıqlama yayıldı
FIFA referisi UEFA-dan təyinat alıb
Masallıda fərdi yaşayış evində yanğın - Ölənlər var (Yenilənib)
Arda Gülər: “Çox xoşbəxtik"
Ağdərədə mina partlayıb, yaralı var - Üç qurum birgə məlumat yaydı
AFFA 3 klubu yarışlardan kənarlaşdırıb - SƏBƏB
Masazırda yeni çəkilən yol çöküb - FOTOLAR
İstanbulda zəlzələ olub
Rusiya kəşfiyyatı: “Ukrayna sülh təkliflərini qəbul etməlidir”
İran Parlamenti: “ABŞ-la danışıqlar aparılmayacaq və…”
Tramp ABŞ-ı NATO-dan çıxarır – "Bunu Putin də bilir”
Vilayət Eyvazov 356 vətəndaşı qəbul etdi, rəislərə tapşırıqlar verdi - Nazir polis olmaq istəyənlərin sıra baxışını da keçirib (VİDEO)
Qərb Sənaye Parkının yaradılacaq - Prezident sərəncam imzaladı
AFFA Vaqif Cavadovu yeni vəzifəyə təyin edib
Sabah hava necə olacaq? - Proqnoz
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı qalmaqal böyüyür - Bir nəfər axtarışa verildi
İraqın Ərbil şəhərinə dron hücumu olub – Evlərdən biri vurulub
Türkiyədə çörəyin qiyməti qalxdı - Açıqlama
İSTİNTAQ İDARƏLƏRİ BİRLƏŞDİRİLİR - Nələr olacaq?
İnstitut direktoru vəzifədən azad olunub
Sumqayıtda 46 yaşlı qadın bıçaqlanıb
Apreldə hava necə olacaq? - AYLIQ PROQNOZ
Magistraturaya qəbul imtahanı: ərizə qəbulu başlayıb
Nökerquli Ataquliyev Bakıda belə qarşılandı - FOTOLAR
BORCLARLA BAĞLI ARTAN MÜBAHİSƏLƏR... - Ali Məhkəmə izahat xarakterli açıqlama yaydı
TRAMPDAN YENİ ANONS: “2-3 həftəyə İrandan çəkiləcəyik” - "Onlar öz başlarına çarə qılsınlar, bizlik deyil"
Aparcı mətbuat katibi təyin edildi