"Azercell Biznes" tam yeni Nəqliyyatın İdarəolunması sistemini təqdim edib
14-12-2021 [12:30]
Aparıcı mobil operator korporativ müştəriləri üçün Əşyaların İnterneti (IoT) istiqamətində yenibiznes həlli təqdim edir.
Mia.az xəbər verir ki, Azərbaycanın qabaqcıl rəqəmsal həllər təchizatçısı “Azercell Telekom” avtoparka sahib korporativ strukturlar üçün ölkənin mobil rabitə bazarında ilk dəfə olaraq kompleks şəkilində Əşyaların İnternetinə (IoT) əsaslanan xidmətlər təqdim edən “Biznesim Nəqliyyat” həllini istifadəyə verir.
Müasir zamanda IoT həlləri avtoparkın idarə olunması və iş effektivliyini dəyişməklə şirkətlərə öz vəsaitləri və fəaliyyətləri üzərində daha optimal nəzarət imkanı verir. Real zaman rejimində çalışan “Biznesim Nəqliyyat” həlli əsaslı biznes qərarlarının verilməsinə və nəqliyyat avtoparkının daha səmərəli şəkildə idarə olunmasına şərait yaradır.
Azercell-in “Biznesim Nəqliyyat” həllinin əsas üstünlükləri:
Əməliyyat məsrəflərini azaldır və nəqliyyat vasitələrinin faydalılıq dövrünü uzadır
Yanacaq sərfiyyatını azaldır və real vaxt rejimində məlumat əldə etməklə marşrut planlamasını təkmilləşdirməyə imkan verir
Müştəri xidmətini genişləndirir
Yeni mobil xidmətlərin göstərilməsinə imkan verir
İşçilərin təhlükəsizliyini və mühafizəsini artırır
Ekoloji məsələləri diqqətdə saxlayır
Kompleks şəklində rabitə ximətlərinin vahid etibarlı tərəfdaş tərəfindən təmin edilməsi
Hazırda şirkətlərin avtoparkında fəaliyyətin səmərəliliyi, sürücülərin təhlükəsizliyi və mühafizəsi, habelə əməliyyat məsrəflərinin artması kimi məqamlar sual yaradan əsas məsələlərdəndir. Bu səbəbdən avtoparkı olan istənilən biznes üçün diaqnostika, texniki xidmət, məlumatın real vaxt rejimində əldə olunması və marşrutun idarə olunması uğurlu fəaliyyətin əsas meyarlarıdır. Bütün bunları nəzərə aldıqda “Biznesim Nəqliyyat” həlli xüsusi əhəmiyyət daşıyır. Bu həll logistika, enerji, kənd təsərrüfatı, yüngül sənaye sahələri və s. kimi nəqliyyatdan asılı olan sahələrdə fəaliyyət göstərən şirkətlər üçün xüsusilə faydalı olacaq.
Azercell Biznes öz abunəçilərinə ən yaxşı müştəri təcrübəsi təqdim etmək üçün öz peşəkar texniki məsləhətçi komandası ilə həllin quraşdırılması, texniki xidmət və müvafiq təlimlərin keçirilməsi, həmçinin sonrakı dövrdə texniki dəstəyin göstərilməsini də öz üzərinə götürür.
Azercell-in yeni “Biznesim Nəqliyyat” həlli şirkətlərə Azərbaycanda və ölkə sərhədlərindən kənarda onlara məxsus nəqliyyat vasitələrinin marşrutuna, qət olunan yolun müddətinə, yanacaq sərfinə və mövqeyinə real vaxt rejimində nəzarət etmək imkanı verir. Bundan əlavə, həll mühərrikin işi, mexaniki hissələrin vəziyyəti, hətta akkumulyatorun gərginliyi barədə məlumat verir. “Biznesim Nəqliyyat”, həmçinin, sürət həddi, sərt əyləc istifadəsi, və ya qısa zamanda sürət artırma kimi sürücü davranışlarını qeydə alaraq nəqliyyat vasitəsinin ətraf mühitə minimal mənfi təsirlə çalışmasını təmin edir.
Azercell-in korporativ müştəriləri “Biznesim Nəqliyyat” həllinin köməyilə dəqiq məlumatlara əsaslanaraq bütün nəqliyyat vasitələrinə nəzarətdə yeni səviyyəyə nail olmaqla, sözün əsl mənasında səmərəli, təhlükəsiz, müştəri yönümlü və ətraf mühitə faydalı şirkətə çevrilə bilər.
Daha ətraflı məlumat üçün bu linkə keçid ala bilərsiniz: https://www.azercell.com/az/corporate.html
Korporativ Telefon Mərkəzi -*6050
Taksilərlə bağlı daha bir dəyişiklik - Sərəncam imzalandı
Sabahın hava proqnozu açıqalndı
Prezident İlham Əliyevdən daha bir sərəncam - Dəyişiklik
ONLARA PREZİDENT TƏQAÜDÜ VERİLƏCƏK - Fərman + DETALLAR
ÇİN XİN başçısı Pakistan XİN başçısı ilə bir arada: “İrana hücum dərhal dayanmalıdır”
Xocavəndə növbəti köç olub
İran: “BƏƏ, Bəhreyn və Küveytdə ABŞ-ın…” - İsrailə aid gəmi vurulub
CHP sədri Kosovoya səfərini son anda təxirə saldı - Bələdiyyə sədrinin həbsinə görə
Amerikada sorğu: əhali Donald Trampın fəaliyyətindən narazıdır
“Göztepe” komandası dağıldı - 11 oyunçu ilə yol ayrıldı
Türkiyədə FETÖ əməliyyatı: saxlanılanlar var
Zaur Axundov ev dustaqlığında qaldı - Həbs müddəti uzadıldı
İsmayıllıda ağır qəza: iki nəfər ölüb, xəsarət alanlar var
Araz Ağalarov həyat yoldaşından ayrılıb - Yenidən evləndi (FOTO)
Dövlət katibi: “Müctəba Xameneinin hakimiyyətdə qalıb-qalmayacağı qeyri-müəyyəndir"
ABŞ-ın Venesueladakı səfirliyi açıldı - 7 ildən sonra
Türkiyədə daha bir CHP-li bələdiyyə sədri tutulub - FOTO
Jurnalist ADSEA-ya su matoru aldı, icra başçısının rayondan xəbəri olmadığını iddia etdi: "Bu qədər məmur məsuliyyətsizliyi..."
YAP-ın QURULTAYININ VAXTI DƏQİQLƏŞDİ
16.7 MİLYONA BAŞA GƏLƏN 22 KM-lik YOL ELƏ GÜNƏ DÜŞDÜ Kİ... - 5 yaşayış massivinə gediş-gəliş qapadıldı (VİDEO)
Prezident bu fotonu paylaşdı
Xarici İşlər Nazirliyi bəyanat yaydı
Tramp İranda kiminlə təmasda olduqlarını açıqladı, Ali Dini Liderin isə… - “Bir həftə içində çox şeylər bəlli olacaq”
Livan Prezidenti: “Ölkənin cənubdakı vəziyyət faciəlidir”
Montella: “Özümü həqiqətən də türk kimi hiss edirəm”
İsrail parlamentindən şok qərar - Fələstinli məhbuslar edam olunacaq
Pezeşkian yeni şərt irəli sürdü: “Müharibənin bitməsi İran xalqının təhlükəsizliyi və…”
31 mart - Azərbaycanlıların Soyqırımı Günüdür
Tehran yenə bombalanır – Paytaxtda partlayış səsləri artıb
Bakıda qardaş qardaşı güllələyib
"FIFA Series – 2026": millimiz qalib gəldi (YENİLƏNİB)
ANAMA əməkdaşı Xocalıda qəzada ölüb
Xalq artisti Rasim Balayev dəfn edildi - Yenilənib
Ombudsman Səbinə Əliyeva bəyanat yayıb
Sabah yağış yağacaq
Şirvanda mənzildə partlayış olub, yaralı var - VİDEO
Paşinyan Baş nazir postuna yenidən namizəd oldu
Qazaxda 18 yaşlı qız dəm qazından boğulub
Sultan Süleymana Şah Abbas dərsi - TƏHLİL