Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
14-12-2021 [00:03]
Qoç - günün ilk yarısında səs-küy və yaxın ətrafınızdakı insanların nevroz davranışları sizi qıcıqlandıracaq. Belə əsəbi vəziyyətdən qaçıb qurtulmaq istəyəcəksiniz. Daşınmaz əmlakla bağlı əməliyyatları planlaşdırmayın, həyata keçirməyə cəhd göstərməyin.
Günün ikinci yarısında bir çox problemlər həllini avtomatik tapacaq.
Ətrafınızdakı insanlar sizə irad tutacaqlar, tənqidləri səngitməyəcəklər. Axşam saatlarında səmimi söhbət və birgə məşğuliyyət ailə münasibətlərini yaxşılaşdıracaq.
Buğa - səhər saatlarında işgüzar aktivliyiniz yüksək səviyyədə olsun. Fiziki və ya emosional diskomfort hiss edə bilərsiniz. İşdə rəhbərliklə görüşmək, danışıqlar və müzakirələr aparmaq olar.
Anlaşmanın şərtlərini nəzərdən keçirəndə diqqətli olun.
Günün ikinci yarısında aram ritmlə çalışın. Belədə tapşırıq və işlərin öhdəsindən uğurla gələcəksiniz.
Ailədə uşaqlarla bağlı problemlər yarana bilər. Şəxsi münasibətlərdə hisslərə əsaslanan problemləri çözməyə başlayın. Axşam saatları sakit keçəcək.
Əkizlər - səhər saatlarındakı müşküllər və çətinliklər sizi təbdən çıxarmasın. Bədbinliyə qapılmayın. Situasiya az sonra dəyişəcək.
Gecikmələr, təxirəsalmalar olacaq.
Uğursuzluqlar və ya imtinalara görə özünüzü suçlamayın. İş ondadır ki, situsiya sizin üçün məqbul, əlverişli deyil.
Günün ikinci yarısında bədxərclik etməyin, məntiqli davranın.
Saatlar keçdikcə mənfi təmayüllərin təsiri azalacaq. Yaxınlarınızla emosional müzakirələrə başlamayın. Belə ünsiyyət münaqişə ilə sonuclana bilər.
Axşam saatlarında situasiya normallaşacaq.
Xərçəng - səhər saatlarından etibarən işlərin görülməsində və yerinə yetirilməsində problemlər yarana bilər. Sizin üçün prinsipial məsələlərdə kiməsə nəyisə sübut etməyə çalışmayın. Fikirlərinizi yaxşı tanımadığınız insanlara açıqlamayın.
Günün ikinci yarısında bir sıra məsələlər aktuallığını itirəcək. Əhvalınız və münasibətləriniz korlana bilər.
Yaxınlarınızla mübahisə etməyin. Sevdiyiniz insanın ifrat iradları ilə qarşılaşacaqsınız. Amma elə sizin özünüzü eqoizmdə suçlayacaqlar.
Sadə, təvazökar olun.
Şir - günün ilk yarısında uzunmüddətli səfərə çıxmayın. Yaxşı bələd olduğunuz marşrutlarla hərəkət edin.
Alış-verişdə çox pul xərcləməyin.
Saatlar keçdikcə müsbət təmayüllərin təsiri güclənəcək. Bacarıq və intellektinizi nümayiş etdirin.
Yaxınlarınızla təmaslarda soyuqqanlı, təmkinli olun. Problemləriniz və qayğılarınız barədə sevdiyiniz insanla danışa bilərsiniz. Səmimiyyət münasibətləri möhkəmləndirəcək. Aktiv fiziki təmrinlər yeni güc verəcək.
Qız - əhvalınızdakı dəyişikliklər, emosionallıq işinizdə çətinliklər yaradacaq. Əlavə məsuliyyət və öhdəliklər olacaq. Planlarda dəyişikliklər, yaşamda yeniliklər istisna deyil.
Səbrli olun, əlverişli anı gözləyin.
Günün ikinci yarısında situasiyanın kəskinləşməsi sizi aqressiv davranmağa, düşünülməmiş addımlar atmağa vadar etməsin. Qayğıkeş olun, ailə üzvlərinin problemlərini həll edin.
Axşam saatlarında romantik əhval istirahət istəyi ilə əvəzlənəcək.
Tərəzi - səhər saatlarından etibarən birmənalı olmayan situasiya formalaşacaq. Başa vurduğunuz və ya yaxşı yerinə yetirdiyinizi düşündüyünüz işdə əhəmiyyətli səhv aşkarlana bilər. Mövqeyinizi tərəfdaş və həmkarların nəzərinə çatdırın.
Günün ikinci yarısında nikbin davranın, süstlüyə qapılmayın.
Axşam saatlarında qonaq gelə bilərsiniz. Rəğbət bəslədiyiniz insanlarla ünsiyyət xoş olacaq. Maraqlı insanla qarşılaşa bilərsiniz.
Əqrəb - günün ilk yarısında yolda və sükan arxasında çox ehtiyatlı davranın. Cəzalana, cərimələnə bilərsiniz. Yaxın ətrafınızdakı insanlar bilikləriniz və bacarıqlarınızı yetərincə dəyərləndirmirlər. Təəssüf, pərişanlıq hissi yarana bilər.
Günün ikinci yarısında situasiyada dəyişikliklər başlanacaq. Başladığınız işi uğurla başa vurmaq, əlavə gəlir mənbəyi əldə etmək imkanları var.
Axşam saatlarına yaxın müstəqil və təkbaşına çalışın. Aktiv ünsiyyətə, fəal təmaslara can atmayın. Sevdiyiniz insanın sizə sualları var.
Normal istirahət etməyə çalışın.
Oxatan - işlər planlar çərçivəsindən kənara çıxırsa, qıcıqlanmayın. Yol verdiyiniz səhvlərin səbəblərini arayın. Situasiyanı obyektiv dəyərləndirin. Saatlar keçdikcə enerjiniz artacaq. Məqsədə doğru qətiyyətlə irəliləyin. Mənasız məsləhətlərə, boş sözlərə qulaq asmayın.
Günün ikinci yarısında çətinlikləri sürətlə dəf etməyə daşlayın. Əhvalınızda dəyişikliklər istisna deyil. Səhhətinizə fikir verin.
Axşam saatlarında dostlarla sabahkı günü planlaşdıra bilərsiniz.
Oğlaq - yeni anlaşma və sövdələşməyə nail olmaq istəyirsinizsə, bir qədər gözləyin. Sənədləri yeniləməyə tələsməyin. Çünki az sonra vəziyyət dəyişəcək və bir sıra məsələlər aktuallığını itirəcək.
Günün ikinci yarısında riskli qərarlar qəbul etmək olar. Enerjiniz az deyil. Amma hansısa addımı atmazdan əvvəl yaxşıca düşünüb-daşının.
Axşam saatları ailədəki mühiti yaxşılaşdırmaq üçün yaxşıdır. Birgə səylərlə münasibətləri normallaşdırmaq mümkündür. Sevdiyiniz insan sizi anlayacaq.
Dolça - bəzi hallarda məqsədə çatmaq üçün nəyisə qurban vermək gərəkdir. Problemlərə həddən artıq fikir verməyin. Bununla yanaşı, mövqelərinizdən geri çəkilməyin. Ətrafınızdakı insanlar sizi iradəsiz altruist kimi tanımamalıdır.
Maraqlarınızı başqalarının mənafelərinə qurban verməyin.
Günün ikinci yarısında məişət problemlərinin sayı artacaq. Yaxın ətrafınızdakı insanlardan biri sizinlə rəqabətə başlayacaq, sizə meydan oxuyacaq. Ona fikir verməyin, emosiyalarınızın əsiri olmayın.
Balıqlar - uğursuzluqlar sizi bədbinləşdirməsin. Baş verənlərlə yalnız neqativ məqamları görməyin. Pozitiv olun, çətinliklərə sinə gərin. Süstlük və ətalət, astagəllik yaşam tonusunuzun səviyyəsini aşağı sala bilər.
Saatlar keçdikcə vəziyyət nisbətən normallaşmağa başlayacaq.
Günün ikinci yarısında planlara yenidən baxmaq gərəkdir. İstirahət və əyləncəni təxirə salın. Aktiv işləyin, məqsədə doğru sürətlə irəliləyin.
Axşam saatlarını sevdiyiniz insanla keçirə bilərsiniz.
Milli.Az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi