Nəsimi rayonunda Ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib - FOTOLAR
12-12-2021 [17:18]
Dekabrın 10-da Azərbaycan Dillər Universitetində Ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib.
Mia.az xəbər verir ki, Nəsimi rayon İcra Hakimiyyətinin və ADU-nun birgə təşkilatçılığı ilə keçirilən tədbirdə professor-müəllim heyəti, icra nümayəndələri və respublikanın digər universitetlərindən olan qonaqlar iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları Ulu öndər Heydər Əliyevin abidəsi qarşısına gül dəstələri düzüblər. Ümummilli liderin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
ADU-nun rektoru, akademik Kamal Abdulla bildirib ki, Ulu öndər Heydər Əliyev Azərbaycan xalqının ürəyində, əməllərində yaşayır və hər zaman yaşayacaq: “Onun əməllərinin sayəsində biz işğal altında olan Qarabağı azad etdik. Onun əməllərinin sayəsində biz Azərbaycanı geri dönməz inkişaf yoluna qoyduq. Ulu öndərin həyatı, siyasi fəaliyyəti, atdığı hər bir addım bu gün Azərbaycanın xeyrinə hesablanmış bir tarixdir. Bu gün bizim gəncliyimiz Ulu öndərin vəsiyyətinə əməl edir. Ulu öndər gəncləri bizlərə əmanət edib. O, öz çıxışında bunu xüsusi olaraq vurğulayırdı: “Gənclər, tələbələr mənim sizə əmanətimdir”. Bu sözlər daima mənim yaddaşımda silinməz izlər buraxıb”.
Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov ulu öndərin həyat təcrübəsindən, Azərbaycan üçün etdiyi böyük işlərdən, millətimizin daha gözəl yaşaması üçün xilaskar missiyasından söhbət açıb: “Ulu öndər gənclərin düşüncələrini, ideyalarını daima dəstəkləyirdi. Gənclərin daha sağlam, daha savadlı və xoşbəxt olması üçün yorulmadan çalışırdı. Ulu öndər ancaq Azərbaycanın parlaq gələcəyini, millətin xoşbəxtliyini düşünürdü, müstəqilliyimizin əbədi olması üçün əlindən gələni edirdi. Bu gün biz qalib bir xalqıq, bu qalibiyyətin anlamını dərk etmək üçün ulu öndərin həyat fəaliyyətinə bir daha nəzər salmalıyıq”.
ADU-nun Pakistan Mədəniyyət Mərkəzinin müdiri Mahmud Athar, Rumın dili və Mədəniyyəti Mərkəzinin rəhbəri Jozefina Batto Ulu öndər Heydər Əliyevin müdrik siyasətindən və misilsiz idarəçiliyindən danışıb. Qeyd olunub ki, ulu öndər Heydər Əliyev Azərbaycanın haqq səsini dünyanın ən nüfuzlu tribunalarından dünya ölkələrinə çatdırıb. Onun xalqına, dövlətinə olan sevgisi hər addımında, hər qərarında hiss olunurdu. Bütün bunlar bu gün Azərbaycanın daha qüdrətli, daha müasir və azad bir ölkə kimi fəaliyyət göstərməsində əsas meyar hesab olunur.
Anım mərasimində ADU-nun tələbələri Ulu öndər Heydər Əliyevin “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam” şüarını video-rolik şəklində bir neçə xarici dildə səsləndiriblər.
Tədbir ADU tələbələrinin ifasında bədii hissə ilə davam edib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi