Ceyhun Bayramov Koreya səfiri ilə görüşüb
10-12-2021 [19:51]
Xarici işlər naziri Ceyhun Bayramov Koreya Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Kim Tong Opu ölkəmizdəki diplomatik fəaliyyətinin bitməsi münasibətilə qəbul edib.
Mia.az Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, nazir Ceyhun Bayramov Azərbaycan və Koreya arasında münasibətlərin siyasi, iqtisadi, humanitar istiqamətlərdə inkişafından məmnunluqla bəhs edib və səfirin bu xüsusda səylərini yüksək qiymətləndirib. Pandemiyaya rəğmən son illərdə ikitərəfli münasibətlərin inkişafının davam etdiyini, səfərlərin həyata keçirildiyini, o cümlədən Koreya Respublikasının Prezidenti yanında Şimali İqtisadi Əməkdaşlıq Komitəsinin sədrinin ölkəmizə səfərini vurğulayan nazir, əməkdaşlığın genişlənməsi üçün potensialın mövcud olduğunu qeyd edib.
Səfir Kim Tong Op Azərbaycanda diplomatik fəaliyyətdə olduğu 3 il ərzində ölkələrimiz arasındakı münasibətlərin məhsuldar şəkildə inkişaf etdiyini ifadə edib və bu müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib. O, Azərbaycana və bütün bölgəyə sülh, əmin-amanlıq və tərəqqi arzulayıb.
Gələn il Azərbaycan və Koreya arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünün qeyd ediləcəyinə istinad edən tərəflər, bununla əlaqədar müxtəlif tədbirlərin təşkilinin əlaqələrin daha da möhkəmlənməsinə töhfə verəcəyindən əminlik ifadə ediblər.
Görüşdə tərəflər, həmçinin çoxtərəfli platformalarda əməkdaşlıq və digər qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.
Nazir Ceyhun Bayramov səfir Kim Tong Opa gələcək fəaliyyətində uğurlar arzulayıb.
Aralıq dənizində zəlzələ olub - 4.7 bal gücündə
Küveyt MN: “Son 24 saat ərzində İranın 3 kruiz raketi və…”
İrandan İsrailə növbəti hücumu olub
Paşinyan Putinlə görüşdə: "İrəvan Qarabağı Azərbaycanın tərkibində tanıyıb, üstəlik..."
Putinlə Paşinyan görüşdü - VİDEO
Eldar Əzizov Ramana qəsəbəsində - FOTO
Özbəkistanın Baş naziri Azərbaycana gəlib
Xalq artisti Zaur Rzayevin səhhəti barədə - AÇIQLAMA
"Mənim ömürlük sədr olmaq fikrim yoxdur" - Anar Rzayev
Sabahkı hava ilə bağlı - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Tramp: “İran atəşkəs istəyir, lakin…”
“Kontakt Home” mağazalar şəbəkəsindən şikayətlər artıb - Açıqlama
İcra başçısı 32 nəfəri vəzifədən azad edib
Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb
Masazırda çökən yolla bağlı rəsmi açıqlama yayıldı
FIFA referisi UEFA-dan təyinat alıb
Masallıda fərdi yaşayış evində yanğın - Ölənlər var (Yenilənib)
Arda Gülər: “Çox xoşbəxtik"
Ağdərədə mina partlayıb, yaralı var - Üç qurum birgə məlumat yaydı
AFFA 3 klubu yarışlardan kənarlaşdırıb - SƏBƏB
Masazırda yeni çəkilən yol çöküb - FOTOLAR
İstanbulda zəlzələ olub
Rusiya kəşfiyyatı: “Ukrayna sülh təkliflərini qəbul etməlidir”
İran Parlamenti: “ABŞ-la danışıqlar aparılmayacaq və…”
Tramp ABŞ-ı NATO-dan çıxarır – "Bunu Putin də bilir”
Vilayət Eyvazov 356 vətəndaşı qəbul etdi, rəislərə tapşırıqlar verdi - Nazir polis olmaq istəyənlərin sıra baxışını da keçirib (VİDEO)
Qərb Sənaye Parkının yaradılacaq - Prezident sərəncam imzaladı
AFFA Vaqif Cavadovu yeni vəzifəyə təyin edib
Sabah hava necə olacaq? - Proqnoz
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı qalmaqal böyüyür - Bir nəfər axtarışa verildi
İraqın Ərbil şəhərinə dron hücumu olub – Evlərdən biri vurulub
Türkiyədə çörəyin qiyməti qalxdı - Açıqlama
İSTİNTAQ İDARƏLƏRİ BİRLƏŞDİRİLİR - Nələr olacaq?
İnstitut direktoru vəzifədən azad olunub
Sumqayıtda 46 yaşlı qadın bıçaqlanıb
Apreldə hava necə olacaq? - AYLIQ PROQNOZ
Magistraturaya qəbul imtahanı: ərizə qəbulu başlayıb
Nökerquli Ataquliyev Bakıda belə qarşılandı - FOTOLAR
BORCLARLA BAĞLI ARTAN MÜBAHİSƏLƏR... - Ali Məhkəmə izahat xarakterli açıqlama yaydı
TRAMPDAN YENİ ANONS: “2-3 həftəyə İrandan çəkiləcəyik” - "Onlar öz başlarına çarə qılsınlar, bizlik deyil"
Aparcı mətbuat katibi təyin edildi