Rövşən Rzayev Britaniyanın Münaqişənin və Sabitliyin Birgə Təhlili Qrupunun mütəxəssisləri ilə görüşüb
09-12-2021 [14:11]
Dekabrın 8-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Böyük Britaniyanın Münaqişənin və Sabitliyin Birgə Təhlili Qrupunun mütəxəssisləri Ryan Qrist və Helen Kriger-Elis Makkenzi ilə görüşüb.
Dövlət Komitəsindən Mia.az-a verilən məlumata görə, Azərbaycanda qaçqınlıq və məcburi köçkünlük probleminin yaranmasının səbəbləri, bu problemin həlli istiqamətində aparılan dövlət siyasəti, həmçinin komitənin fəaliyyəti barədə qonaqlara ətraflı məlumat verilib.
Prezident İlham Əliyevin məcburi köçkünlərin sosial müdafiəsinin təşkilinə, yaşayış şəraitinin yaxşılaşdırılmasına, məşğulluğunun artırılmasına xüsusi diqqət yetirdiyi, Birinci vitse-prezident xanım Mehriban Əliyevanın bu sahədəki təşəbbüslərinin böyük əhəmiyyət daşıdığı bildirilib. Qeyd edilib ki, Ermənistanın otuz ilə yaxın müddətdə işğalda saxladığı, ötən il 44 günlük müharibə nəticəsində azad edilmiş ərazilərdə Azərbaycan dövləti geniş bərpa-quruculuq işlərinə başlayıb, məcburi köçkünlərin təhlükəsiz şəraitdə, könüllülük prinsipi əsasında və ləyaqətlə öz tarixi torpaqlarına qayıdışına hazırlıq görülür.
İşğaldan azad edilmiş ərazilərdə təhlükəsizliyin təmin olunması və minatəmizləmə işlərinə Böyük Britaniyanın verdiyi dəstək minnətdarlıq hissi ilə qeyd olunub, bunun ölkələrimiz arasında qarşılıqlı etimada əsaslanan əlaqələrin daha da möhkəmləndirilməsinə xidmət etdiyi bildirilib.
Britaniyalı analitik Ryan Qrist Azərbaycana səfərdən məmnunluq duyduqlarını vurğulayıb, münaqişənin başa çatmasını, işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin aparılmasını yüksək dəyərləndirib. Postmünaqişə dövründə qarşıya qoyulan məqsədlər, keçmiş münaqişə zonasında dinc birgəyaşayışla bağlı qonaqların sualları cavablandırılıb. Həmçinin bu sahədə əməkdaşlıq imkanlarına toxunulub, fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi