Sabiq spikerin iddiası yeni müzakirəyə yol açdı - “Rəsul Quliyevin barəsindəki cinayət işinə xitam verilməyib”
09-12-2021 [11:55]
Amerikada mühacir həyatı yaşayan Milli Məclisin sabiq spikeri Rəsul Quliyev son günlərdə yenidən gündəmə gəlib. O deyib ki, istədiyi vaxt Azərbaycana gələ bilər. Eks-spiker bu barədə LAF.TV-də çıxışı zamanı fikirlər səsləndirib.
Sitat: “Hesab edirəm ki, nə vaxt istəsəm, Azərbaycana gələ bilərəm… Hələ fikirləşirəm. Tutaq ki, Azərbaycana gəlmişəm, nə işlə məşğul olacağam?! Elə adam deyiləm ki, boş-boş danışam, yalançı şüarlar səsləndirəm… Belə adamlardan da zəhləm gedir. Nə vaxt mənə ehtiyac olarsa, gələcəyəm. Ola bilər, 15 günlük gəlim… Vətəni sevməyin vətəndə olmaqla heç bir əlaqəsi yoxdur. Mən burada ola-ola vətəni vətəndə olanların 90 faizindən daha çox sevirəm”.
Sabiq spikerin qayıdışı ilə bağlı bu açıqlamaları hər zaman olduğu kimi yenə də ciddi müzakirələrə səbəb olub. Bu da səbəbsiz deyil. Çünki onun barəsində parlamentin spikerliyindən istefa verib ABŞ-a getdikdən sonra Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb. 1998-ci ildən İnterpolun axtarışındadır.
Bu da haqlı olaraq suallar yaradır:
R.Quliyev barəsində qaldırılmış cinayət işinə xitam verilib? Verilibsə, bu, niyə ictimaiyyətdən gizlədilib? Yox, xitam verilməyibsə, o zaman Azərbaycana necə gələcək?

Qulamhüseyn Əlibəyli: “Onun barəsində məsuliyyətə cəlb etmə qərarının müddəti keçib”
Aydınlar Partiyasının sədri, hüquqşünas Qulamhüseyn Əlibəyli hesab edir ki, Rəsul Quliyevin Azərbaycana gəlişi təmin olunmalıdır: “Hər bir şəxsin ölkəsində normal yaşamaq hüquqi var. Onun barəsində cinayət işinə xitam verilib-verilmədiyi barədə məlumatsızam. Rəsul Quliyev barəsindəki axtarış qərarı ləğv oluna da, saxlanıla da bilər. Hökumətlə istər şifahi, istərsə də yazılı formada razılıq əldə edib, ölkəyə qayıtması mümkündür. Onu da qeyd edim ki, Rəsul Quliyev barəsində məsuliyyətə cəlb etmə qərarının müddəti keçib. Onun işinə xitam verilə və o ölkəsinə qayıda bilər. Düşünürəm ki, indiki vaxtda sabiq spikerin Azərbaycana qayıdışına icazə verilməlidir”.

Əsabəli Mustafayev: “Quliyevin barəsindəki cinayət işinin icraatı dayandırılıb, yəni xitam verilməyib”
Tanınmış vəkil Əsabəli Mustafayev R.Quliyevin ölkəsinə qayıdacağı təqdirdə Gürcüstanın sabiq prezidenti, hazırda məhkəməsi gedən Mixail Saakaşvilinin taleyini yaşaya biləcəyini zənn edir: “Məndə olan məlumata görə, Rəsul Quliyev barəsindəki cinayət işinin icraatı dayandırılıb, yəni xitam verilməyib. Bəlkə də sonradan gizlikcə cinayət işinə xitam verilib və ona görə də, o, israrla Azərbaycana qayıdacağını deyir. Ancaq mən bilən hələ xitam verilməyib. Əgər xitam verilməyibsə, Azərbaycana gələn kimi həbs olunacaq və cinayət işinin icraatı bərpa ediləcək. Nəticədə Rəsul Quliyev həbs olunacaq, cinayət işinin istintaqı davam etdiriləcək. Əks təqdirdə, xitam verilibsə, ölkəsinə gələcək, Azərbaycanda yaşayacaq, istədiyi peşə ilə məşğul olacaq, hər bir ölkə vətəndaşı kimi. Bu məsələ şəffaf deyil. Açıqlanmayan çox məqamlar var. Rəsul Quliyevin israrla qayıdışı barədə açıqlamalar verməsi adamda belə təəssürat yaradır ki, o işə xitam verilib. Lakin burada Mixail Saakaşvili nümunəsi də ola bilər. Yəni mən qayıdım, bir az imicimi qaldırım, beynəlxalq aləm müdafiəmə qalxsın. Bu istəyin də olması mümkündür. Lakin bu istəyin olduğuna açığı inanmıram. Çünki Rəsul Quliyev gördü ki, beynəlxalq aləmdə çox böyük nüfuzu olan Mixail Saakaşvili hələ də həbsdədir. Heç bir dövlət onun dərhal azad olunmasına nail ola bilmədi. Bu da Rəsul Quliyev üçün çəkindirici faktor ola bilər. Xüsusilə nəzərə onu da alaq ki, onun ölkə daxilində və xaricində Mixail Saakaşvili kimi imici yoxdur”.
R.Quliyev barəsindəki cinayət işinə xitam verilib-verilmədiyi barədə Azərbaycan Respublikası Baş Prokurorluğuna sorğu göndərmişik. Cavab gələcəyi təqdirdə onu dərc edəcəyik.
Xatırladaq ki, Rəsul Quliyev bir zamanlar hakimiyyətin mühüm simalardan sayılıb. Ancaq 1996-cı ildə təmsil olunduğu hakim komandası ilə ixtilaf yaşaması səbəbindən o vaxt Konstitusiyayla hakimiyyətdə ikinci önəmli vəzifə sayılan postundan, yəni qanunverici orqanın rəhbəri postundan istefa verərək, “müalicə olunmaq” adı ilə ABŞ-a gedib.
Daha sonra ona cinayət işi qaldırılıb və barəsində axtarış qərarı çıxarılıb.
1998-ci ilin prezident seçkilərini boykot qərarı verən 5 əsas iddiaçıdan olub.
2005-ci ilin parlament seçkiləri ərəfəsində – 17 oktyabrda Rəsul Quliyevin xüsusi reyslə Bakıya qayıdacağı gözlənsə də, o, son anda bundan imtina edib və yanacaq üçün Ukraynaya enən təyyarəsində yerli hüquq-mühafizə orqanları tərəfindən saxlanıb.
Ancaq bir neçə saat sonra sərbəst buraxılıb və təkrar ABŞ-a dönüb.
Son 15 il ərzində dəfələrlə Rəsul Quliyevin hakimiyyətlə barışdığı və ölkəyə qayıdacağı xəbərləri yayılsa da, bunlar şayiədən o tərəfə keçməyib/Musavat.com
İranin yeni lideri Trampa meydan oxudu, dirəniş mesajı verdi: “Qəti şəkildə elan edirəm ki…”
Aralıq dənizində zəlzələ olub - 4.7 bal gücündə
Küveyt MN: “Son 24 saat ərzində İranın 3 kruiz raketi və…”
İrandan İsrailə növbəti hücum olub
Paşinyan Putinlə görüşdə: "İrəvan Qarabağı Azərbaycanın tərkibində tanıyıb, üstəlik..."
Putinlə Paşinyan görüşdü - VİDEO
Eldar Əzizov Ramana qəsəbəsində - FOTO
Özbəkistanın Baş naziri Azərbaycana gəlib
Xalq artisti Zaur Rzayevin səhhəti barədə - AÇIQLAMA
"Mənim ömürlük sədr olmaq fikrim yoxdur" - Anar Rzayev
Sabahkı hava ilə bağlı - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Tramp: “İran atəşkəs istəyir, lakin…”
“Kontakt Home” mağazalar şəbəkəsindən şikayətlər artıb - Açıqlama
İcra başçısı 32 nəfəri vəzifədən azad edib
Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb
Masazırda çökən yolla bağlı rəsmi açıqlama yayıldı
FIFA referisi UEFA-dan təyinat alıb
Masallıda fərdi yaşayış evində yanğın - Ölənlər var (Yenilənib)
Arda Gülər: “Çox xoşbəxtik"
Ağdərədə mina partlayıb, yaralı var - Üç qurum birgə məlumat yaydı
AFFA 3 klubu yarışlardan kənarlaşdırıb - SƏBƏB
Masazırda yeni çəkilən yol çöküb - FOTOLAR
İstanbulda zəlzələ olub
Rusiya kəşfiyyatı: “Ukrayna sülh təkliflərini qəbul etməlidir”
İran Parlamenti: “ABŞ-la danışıqlar aparılmayacaq və…”
Tramp ABŞ-ı NATO-dan çıxarır – "Bunu Putin də bilir”
Vilayət Eyvazov 356 vətəndaşı qəbul etdi, rəislərə tapşırıqlar verdi - Nazir polis olmaq istəyənlərin sıra baxışını da keçirib (VİDEO)
Qərb Sənaye Parkının yaradılacaq - Prezident sərəncam imzaladı
AFFA Vaqif Cavadovu yeni vəzifəyə təyin edib
Sabah hava necə olacaq? - Proqnoz
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı qalmaqal böyüyür - Bir nəfər axtarışa verildi
İraqın Ərbil şəhərinə dron hücumu olub – Evlərdən biri vurulub
Türkiyədə çörəyin qiyməti qalxdı - Açıqlama
İSTİNTAQ İDARƏLƏRİ BİRLƏŞDİRİLİR - Nələr olacaq?
İnstitut direktoru vəzifədən azad olunub
Sumqayıtda 46 yaşlı qadın bıçaqlanıb
Apreldə hava necə olacaq? - AYLIQ PROQNOZ
Magistraturaya qəbul imtahanı: ərizə qəbulu başlayıb
Nökerquli Ataquliyev Bakıda belə qarşılandı - FOTOLAR
BORCLARLA BAĞLI ARTAN MÜBAHİSƏLƏR... - Ali Məhkəmə izahat xarakterli açıqlama yaydı
TRAMPDAN YENİ ANONS: “2-3 həftəyə İrandan çəkiləcəyik” - "Onlar öz başlarına çarə qılsınlar, bizlik deyil"
Aparcı mətbuat katibi təyin edildi