Deputatın oğlu ilə bağlı yeni iddialar: Londonda gözəllik yarışması, qapanan şirkət və satışa çıxarılan 5 bahalı mənzil (YENİLƏNİB)
05-12-2021 [23:55]
Milli Məclisin deputatı Ülvi Quliyevin xaricdə yaşayan və bizneslə məşğul olan oğlu Orxan Quluzadə Londonda keçirilən gözəllik yarışmasına böyük məbləğdə vəsait xərcləyib.
Mia.az Reyting.az-a istinadla xəbər verir ki, bu barədə Avropada yaşayan araşdırmaçı jurnalist Cavanşir Həsənli yazıb.
C. Həsənli iddia edir ki, O. Quluzadə bir neçə il əvvəl Londonda “Miss USSR” (“SSRİ gözəli”) müsabiqəsinə böyük məbləğdə vəsait sərf edib: “O, 2017-ci ildə “Rubicon Production” studiyasının və Litva əsilli rus prodüser Valentina Gordeevanın prodüserliyi ilə London, Mayfairdakı bahalı və dəbdəbəli Hilton otelində keçirilən konkursun çəkilişlərinə sponsorluq edib”.
Araşdırmaçı qeyd edir ki, müstəqil Azərbaycanın deputatının oğlu 30 il əvvəl qəbrə qoyulmuş SSRİ-nin hansısa səbəbdən Londonda xiffətini çəkib. Hansı ki, SSRİ dağılanda Orxanın 2 yaşı olub.
Jurnalistin yazdığına görə, İngiltərənin məşhur “İndependent” qəzeti də bu müsabiqə haqqında xəbəri “High heels, tiny bikinis and Soviet nostalgia: Why is Miss USSR happening in London?” başlığı ilə təqdim edib.
O vaxt Britaniyanın Latviyadakı keçmiş səfiri, Avropa İslahatları Mərkəzinin hazırda xarici siyasət direktoru olan Yan Bond “The Independent”ə bildirib ki, bu tədbir ciddi zövqün və tarixi şüurun çatışmazlığını göstərir.
“Britaniya mətbuatı yazırdı ki, müsabiqə güclü sponsorların hesabına keçirilib, sponsorlar sırasında mənşəcə keçmiş Sovet respublikalarından olan şəxslərə məxsus şirkətlərin, o cümlədən Londondakı “Caviar House”nin adı çəkilib”,- deyə C. Həsənli qeyd edib.
***
Jurnalist Cavanşir Həsənli özünün “Feysbuk” səhifəsində Milli Məclisin deputatı Ülvi Quliyevin oğlu Orxan Quluzadə Britaniyadakı iki şirkətindən birini bağlamasından yazıb:
“Onun təxminən iki il əvvəl Londonda təsis etdiyi MARKETING SOLE PROJECT LTD şirkəti bu il avqustun 24-də qapadılıb.
Bundan əvvəl sənədlər əsasında təqdim etdiyim materiallarda Orxan Quluzadənin sahib olduğu digər şirkəti – GUANO LTD üzərindən Londonda 5 bahalı mənzil alması haqqında yazmışdım.
Mənə çatan məlumata görə, “profilaktik söhbətlərdə” deputatın oğluna İngiltərənin daşınmaz əmlak bazarından geri çəkilmək, mənzilləri satmaq və pulu ölkəyə geri gətirmək məsləhət görülüb”/Azinforum.az
Xatırladaq ki, bu günlərdə digər deputat Cavanşir Feyziyevin Britaniyadakı 27 milyon dollarlıq biznes layihəsi ciddi araşdırma mövzusu olub. Həttəa Britaniyanın həmin vəsaitə sanksiya qoyacağı da gələn xəbərlər arasında olub. Görəsən, Ü.Quliyevi bu məqam narahat etməyib ki?
Mia.az bu iddialarla bağlı deputat və ya onun oğlunun mövqeyini də yaymağa hazırdır.
Mia.az
İranın yeni lideri Trampa meydan oxudu, dirəniş mesajı verdi: “Qəti şəkildə elan edirəm ki…”
Aralıq dənizində zəlzələ olub - 4.7 bal gücündə
Küveyt MN: “Son 24 saat ərzində İranın 3 kruiz raketi və…”
İrandan İsrailə növbəti hücum olub
Paşinyan Putinlə görüşdə: "İrəvan Qarabağı Azərbaycanın tərkibində tanıyıb, üstəlik..."
Putinlə Paşinyan görüşdü - VİDEO
Eldar Əzizov Ramana qəsəbəsində - FOTO
Özbəkistanın Baş naziri Azərbaycana gəlib
Xalq artisti Zaur Rzayevin səhhəti barədə - AÇIQLAMA
"Mənim ömürlük sədr olmaq fikrim yoxdur" - Anar Rzayev
Sabahkı hava ilə bağlı - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Tramp: “İran atəşkəs istəyir, lakin…”
“Kontakt Home” mağazalar şəbəkəsindən şikayətlər artıb - Açıqlama
İcra başçısı 32 nəfəri vəzifədən azad edib
Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb
Masazırda çökən yolla bağlı rəsmi açıqlama yayıldı
FIFA referisi UEFA-dan təyinat alıb
Masallıda fərdi yaşayış evində yanğın - Ölənlər var (Yenilənib)
Arda Gülər: “Çox xoşbəxtik"
Ağdərədə mina partlayıb, yaralı var - Üç qurum birgə məlumat yaydı
AFFA 3 klubu yarışlardan kənarlaşdırıb - SƏBƏB
Masazırda yeni çəkilən yol çöküb - FOTOLAR
İstanbulda zəlzələ olub
Rusiya kəşfiyyatı: “Ukrayna sülh təkliflərini qəbul etməlidir”
İran Parlamenti: “ABŞ-la danışıqlar aparılmayacaq və…”
Tramp ABŞ-ı NATO-dan çıxarır – "Bunu Putin də bilir”
Vilayət Eyvazov 356 vətəndaşı qəbul etdi, rəislərə tapşırıqlar verdi - Nazir polis olmaq istəyənlərin sıra baxışını da keçirib (VİDEO)
Qərb Sənaye Parkı yaradılacaq - Prezident sərəncam imzaladı
AFFA Vaqif Cavadovu yeni vəzifəyə təyin edib
Sabah hava necə olacaq? - Proqnoz
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı qalmaqal böyüyür - Bir nəfər axtarışa verildi
İraqın Ərbil şəhərinə dron hücumu olub – Evlərdən biri vurulub
Türkiyədə çörəyin qiyməti qalxdı - Açıqlama
İSTİNTAQ İDARƏLƏRİ BİRLƏŞDİRİLİR - Nələr olacaq?
İnstitut direktoru vəzifədən azad olunub
Sumqayıtda 46 yaşlı qadın bıçaqlanıb
Apreldə hava necə olacaq? - AYLIQ PROQNOZ
Magistraturaya qəbul imtahanı: ərizə qəbulu başlayıb
Nökerquli Ataquliyev Bakıda belə qarşılandı - FOTOLAR
BORCLARLA BAĞLI ARTAN MÜBAHİSƏLƏR... - Ali Məhkəmə izahat xarakterli açıqlama yaydı
TRAMPDAN YENİ ANONS: “2-3 həftəyə İrandan çəkiləcəyik” - "Onlar öz başlarına çarə qılsınlar, bizlik deyil"
Aparcı mətbuat katibi təyin edildi