Mütəxəssislərdən De Byazinin millidə qalmasına reaksiya: "Artıq bəhanələrə yer olmayacaq"
03-12-2021 [14:57]
AFFA İcraiyyə Komitəsinin (İK) qərarı ilə Canni De Byazi Azərbaycan millisindəki işini daha 10 ay davam etdirəcək.
Mia.az Report-a istinadla bildirir ki, italiyalı baş məşqçi ilə müqavilənin yenilənməsi futbol ictimaiyyətində birmənalı qarşılanmayıb. Qərarla razılaşmayanların sayı razılaşanlardan heç də az deyil.
De Byazinin rəhbərliyi altında milli komanda 2022-ci il dünya çempionatının seçmə mərhələsində cəmi 1 xal qazanıb. Daha əvvəl isə onun komandası UEFA Millətlər Liqasında cəmi 6 xal toplayaraq, qrupdan çıxa bilməyib.
Nəticələrin istənilən səviyyədə olmamasının obyektiv səbəbləri də var. Baş məşqçinin əsas fəaliyyəti pandemiya dövrünə təsadüf edib, xəstəlik halları, tam həcmdə məşqlərin olmaması, çempionatların yeni bərpa olunması və azarkeşlərin buraxılmaması kimi ciddi əsaslar gətirmək olar.
Bəs, görəsən, Canni De Byazi ilə müqavilə müddətinin 2022-ci ilin oktyabrınadək artırılması nə dərəcədə doğru qərardır və bu, milli komanda üçün nə vəd edir?
"Yeni əcnəbi mütəxəssisin təyinatı vaxt itkisi olacaqdı"
AFFA Məşqçilər Komitəsinin üzvü Şahin Diniyev "Report"a açıqlamasında bildirib ki, qərara hörmətlə yanaşmaq lazımdır: "Qərarı biz yox, İcraiyyə Komitəsi verib. Yəqin ki, De Byazi onların qarşısında hesabat verib, öz fəaliyyət planını təqdim edib, komitə də hər şeyi incələyib. Yerli baş məşqçi olmayacaqdısa, italiyalının qalması normaldır. Çünki yeni əcnəbi mütəxəssisin təyinatı, onun bura gəlib futbolçuları tanıması, buraya uyğunlaşması həm vaxt itkisi, həm də mümkün uğursuzluq fonunda həmin şəxs üçün yaxşı bəhanə olardı. Yenə biz uduzacaqdıq. Amma saytlardan oxuduğum qədərilə De Byazinin qarşısına konkret hədəf qoyulub: Millətlər Liqasından birinci yerlə pley-offa vəsiqə qazanmaq lazımdır. Bu, yaxşı haldır. Orada müzakirə olunan, amma bizim bilmədiyimiz məsələlər var. Bəzi şeylərə yaxşı bələd deyilik. Əlbəttə, 1 xal qənaətbəxş deyil. Amma görünən odur ki, baş məşqçinin işi diqqətlə analiz olunub və onun qalmasına yekdilliklə qərar veirlib".
"De Byazinin özü də bilir ki, artıq bəhanə olmayacaq"
55 yaşlı mütəxəssisin sözlərinə görə, artıq De Byazinin özünə də bəhanələrə yer olmadığını bilir: "Bundan sonra hər hansı səbəb, bəhanə olmayacaq ki, mən futbolçuları tanımırdım, mentalitetə bələd deyildim. Artıq nə pandemiya var, nə müharibə şəraitindəyik. Şükürlər olsun, qalib ölkəyik. Hardasa pandemiyaya da qalib gəlmişik. Yəni, əvvəlki böyük problemlər yoxdur. Millətlər Liqasında qrupa 3-cü səbətdən düşəcəyik. Artıq qarşımızda yalnız 1-ci və 2-ci səbətin yığmaları olacaq. Düzdür, onlar da zəif rəqiblər deyil. Ümumiyyətlə, biz bu gün özümüzü güclü yığma adlandıra bilmərik. Vəziyyətimiz bəllidir. De Byazi hər şeyi öz üzərinə götürüb və burada qalmağa razılaşaraq müqavilə bağlayıbsa, müsbət haldır. Bu ölkənin vətəndaşı olduğumuz üçün, millinin sükanı arxasında kimin çalışmasından asılı olmayaraq, komandaya uğurlar arzulamalıyıq. Yeni baş məşqçi təsdiqlənibsə, dəstəkləməliyik".
"Bizim problemlərimiz aşağıdan gəlir"
Baş məşqçi ilə 10 aylıq müqavilə imzalandığını deyən Diniyev bu müddətdə böyük nəticələr gözləməyin düzgün olmadığını də etiraf edib: "Ən azından döyüşkən, rəqibləri ilə başabaş oynayan, başqalarının qarşısında əlacsız qalmayan komanda görmək istəyirik. Artıq futbolçuları, mentaliteti tanıyırsa, De Byazi bu cür kollektivi yaratmalıdır. Səhv limiti yoxdur. Millinin baş məşqçisi kim olursa-olsun, onu müdafiə etməliyik. Çünki belədə həm də öz yığmamızı müdafiə edirik. İnanıram ki, hər şey yaxşı olacaq. Biz hər zamanı problemi baş məşqçidə axtarırıq. Bəlkə də bundan sonra 3-5 xal artıq toplayacağıq. Amma yalnız ora fokuslanmağımız düzgün deyil. Bizim problemlərimiz aşağıdan gəlir. Uşaq futbolunda islahatlar olsa, yaxşı icraçılar hazırlansa, millinin başındakı mütəxəssisdən asılı olmayaraq, biz 13 - 17 xaldan danışacağıq. Amma hər şey birdən-birə düzəlməyəcək".
"Artıq "filan rəqib reytinqdə bizdən irəlidədir" söhbəti edilməyəcək"
AFFA-nın məşqçi kurslarının maarifləndirmə üzrə direktoru Aslan Kərimov deyib ki, İK-in qərarının doğru və ya yanlış olduğunu zaman göstərəcək: "İcraiyyə Komitəsinin qərarlarına qarışa bilmirik, çünki qəbul edən biz deyilik. Qərarın doğru və ya yanlış olduğunu danışmağın mənası yoxdur. Görünən odur ki, De Byazinin 10 aylıq iş planı var və bunu AFFA-ya təqdim edib, qarşısına konkret hədəflər qoyulub. Bundan sonra görülən işlərin nəticəsi qərarın səhv və ya düz olduğunu göstərəcək. Hamımızın istəyi yığmanın uğur qazanmasıdır. Ümid edirəm ki, ən azından Millətlər Liqasında indiyə qədərkindən daha yaxşı çıxış edib uğur qazana biləcəyik. Yüz faiz əminəm ki, bu turnirdə dişimizə uyğun rəqiblər olacaq. Artıq "filan rəqib reytinqdə bizdən irəlidədir" söhbəti olmayacaq. Heç bir bəhanəyə lüzum qalmayacaq. Lazım gəlsə, daha çox tənqid edəcəyik. Qələbələr olsa, arxasında duracağıq".
"De Byazi pandemiya şəraitində və çətin şərtlərdə işə başladı"
Mütəxəssis De Byazinin tanışlıqla bağlı hər hansı probleminin olmayacağını söyləyib: "Yeni əcnəbi baş məşqçi gətirsəydilər, deyəcəkdi ki, oyunçuları tanımırdım, mənə bu qədər vaxt lazımdır. Bunları əvvəlki təcrübədən bilirik. Amma artıq De Byazidən suallarımıza konkret cavab ala biləcəyik. 1 ildən çoxdur milli komanda ilə işləyir, çempionatdakı futbolçuların hamısına bələddir. Yəni, tanımaqla bağlı hər hansı problemi olmayacaq. Yerli mütəxəssis olmayacaqdısa, De Byazinin qalması məqsədəuyğundur. Artıq mənim əcnəbi və ya yerli baş məşqçi tərəfdarı olmağım önəm kəsb etmir. Ona görə də nə isə deməyim mənasızdır. Qərar verilibsə, ondan üz döndərmək yox, bacardığımız köməyi göstərməliyik. İstənilən halda baş məşqçiyə dəstək verməyə hazırıq. Burada başqa söhbət ola bilməz".
Kərimov italiyalı baş məşqçinin Azərbaycan millisindəki ilk fəaliyyətinin çətin dövrə təsadüf etdiyini vurğulayıb: "De Byazinin hesabatında hansı arqumentlərin olduğunu bilmirəm. Onun yığmaya baş məşqçi təyin olduğu dövrü yada salsaq, səhv etmirəmsə, birbaşa birinci oyuna gəlib çatdı. Pandemiya şəraitində və çətin şərtlərdə işə başladı. Bu mənada haqlı ola bilər. Bunu hardasa qəbul edə bilərəm".
MASAZIRDA EVLƏR SU ALTINDA QALIB - VİDEO
SABİQ DEPUTATIN HƏBSDƏ VƏZİYYƏTİ AĞIRLAŞIB: "Oksigen aparatı qoşulub" - Həyat yoldaşı Prezidentə müraciət etdi
"Havadaikən bizə məlumat verdilər..." - İtaliya ABŞ qırııclarına enişə icazə verməyib
“Space”də yeni təyinat - Pərvin İsmayılova direktoru təyin edilib
65 yaşlı qadını zorlayıblar - Baş prokurorluq açıqlama yaydı
"Patent haqqında" qanun dəyişdi - Prezident təsdiqlədi
Bakıda qardaş qardaşı güllələyib (Yenilənib)
Taksilərlə bağlı daha bir dəyişiklik - Sərəncam imzalandı
Sabahın hava proqnozu açıqlandı
Prezident İlham Əliyevdən daha bir sərəncam - Dəyişiklik
ONLARA PREZİDENT TƏQAÜDÜ VERİLƏCƏK - Fərman + DETALLAR
ÇİN XİN başçısı Pakistan XİN başçısı ilə bir arada: “İrana hücum dərhal dayanmalıdır”
Xocavəndə növbəti köç olub
İran: “BƏƏ, Bəhreyn və Küveytdə ABŞ-ın…” - İsrailə aid gəmi vurulub
CHP sədri Kosovoya səfərini son anda təxirə saldı - Bələdiyyə sədrinin həbsinə görə
Amerikada sorğu: əhali Donald Trampın fəaliyyətindən narazıdır
“Göztepe” komandası dağıldı - 11 oyunçu ilə yol ayrıldı
Türkiyədə FETÖ əməliyyatı: saxlanılanlar var
Zaur Axundov ev dustaqlığında qaldı - Həbs müddəti uzadıldı
İsmayıllıda ağır qəza: iki nəfər ölüb, xəsarət alanlar var
Araz Ağalarov həyat yoldaşından ayrılıb - Yenidən evləndi (FOTO)
Dövlət katibi: “Müctəba Xameneinin hakimiyyətdə qalıb-qalmayacağı qeyri-müəyyəndir"
ABŞ-ın Venesueladakı səfirliyi açıldı - 7 ildən sonra
Türkiyədə daha bir CHP-li bələdiyyə sədri tutulub - FOTO
Jurnalist ADSEA-ya su matoru aldı, icra başçısının rayondan xəbəri olmadığını iddia etdi: "Bu qədər məmur məsuliyyətsizliyi..."
YAP-ın QURULTAYININ VAXTI DƏQİQLƏŞDİ
16.7 MİLYONA BAŞA GƏLƏN 22 KM-lik YOL ELƏ GÜNƏ DÜŞDÜ Kİ... - 5 yaşayış massivinə gediş-gəliş qapadıldı (VİDEO)
Prezident bu fotonu paylaşdı
Xarici İşlər Nazirliyi bəyanat yaydı
Tramp İranda kiminlə təmasda olduqlarını açıqladı, Ali Dini Liderin isə… - “Bir həftə içində çox şeylər bəlli olacaq”
Livan Prezidenti: “Ölkənin cənubdakı vəziyyət faciəlidir”
Montella: “Özümü həqiqətən də türk kimi hiss edirəm”
İsrail parlamentindən şok qərar - Fələstinli məhbuslar edam olunacaq
Pezeşkian yeni şərt irəli sürdü: “Müharibənin bitməsi İran xalqının təhlükəsizliyi və…”
31 mart - Azərbaycanlıların Soyqırımı Günüdür
Tehran yenə bombalanır – Paytaxtda partlayış səsləri artıb
"FIFA Series – 2026": millimiz qalib gəldi (YENİLƏNİB)
ANAMA əməkdaşı Xocalıda qəzada ölüb
Xalq artisti Rasim Balayev dəfn edildi - Yenilənib