Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
03-12-2021 [00:03]
Qoç - başlanmış işləri yekunlaşdırmaq üçün daha çox münasib olan neytral gündür. Bu gün hətta ən enerjili və yorulmaz adamlar da hərəkətdən daha çox düşünməyə meyllidirlər. Odur ki, bu gün möhtəşəm qələbələr gözləməyə dəyməz.
Buğa - sabit emosional fon komfortlu ünsiyyəti təmin edir. Qarşılıqlı anlaşma olmasa da, münaqişələr də olmaycaq. Romantik görüşlərə böyük ümidlər bəsləməyə dəyməz. Lakin müxtəlif dostluq tədbirləri (birlikdə teatra getməkdən tutmuş təbiət qoynuna atılmaq və aktiv istirahətə qədər) çox yaxşı keçəcək.
Əkizlər - həddindən artıq ziddiyyətli gündür. Gücünüzü düzgün hesablamaq çətin olacaq. Gözlənilməz təsadüf, hadisələrin ağlasığmaz şəkildə inkişafı planlarda köklü dəyişikliklərə vadar edəcək. Yersiz inadkarlıq göstərməyin, güzəştə getməyə hazır olun.
Xərçəng - sizin üçün uğursuz və çətin gündür. Qurduğunuz planlar həyata keçməyəcək, çətin və birmənalı olmayan vəziyyətə uyğunlaşmalı, ətrafdakıların dolaşıq qarşılıqlı münasibətlərindən baş çıxarmalı olacaqsınız.
Bu gün işiniz çox olacaq. Özü də onların hamısı çətin işlərdir və günün yorucu olacağı təəccüblü deyil. Dincəlməyə vaxt tapın. Gücünüzü bərpa etmək üçün işlərdən ayrılmalısınız.
Şir - ünsiyyət üçün əlverişli gün deyil. Hətta köhnə müttəfiqlər, bir-birlərinə yaxın insanlar arasında da münaqişələr yarana bilər. Maliyyə və mülk məsələlərini həll etmək məsləhət deyil. Belə danışıqların ciddi mübahisələrə, davamlı münaqişələrə səbəb olması ehtimalı var.
Qız - gününüz maraqlı keçəcək. Yaradıcılıq potensialınız yüksək olduğundan nə özünüz bekar oturacaq, nə də başqalarına vaxtlarını boş keçirməsinə imkan verəcəksiniz. Yeni tanışlıqlar, xoş görüşlər mümkündür. Gün kübar məclisləri ziyarət etmək üçün əlverişlidir.
Mağazaları gəzmək olar. Amma yalnız özünüzə nəsə almalısınız. Çünki hədiyyə seçmək üçün münasib gün deyil. Bundan başqa, imicinizlə bağlı eksperimentlər, çətin kosmetik prosedurlar məsləhət deyil.
Tərəzi - uğurlar və qələbələr vəd edən gözəl gündür. Yaradıcılıq potensialınız çox yüksəkdir. Ona görə də bədxahlarınız və rəqibləriniz maneəçilik törətməyə çalışsalar belə, istənilən məqsədinizə çata biləcəksiniz. Maraqlı görüşlər, məhsuldar iş danışıqları mümkündür.
İstənilən romantik münasibətə başlamaq üçün münasib gündür. Onların hansı istiqamətdə inkişaf edəcəyi isə sizdən asılıdır. Gün iri bazarlıqlar üçün əlverişlidir.
Əqrəb - çox maraqlı məsələnin həlli ilə məşğul olacaqsınız. Əgər onun öhdəsindən layiqincə gəlsəniz, maraqlı təkliflər və karyera yüksəlişi özünü çox gözlətməyəcək. Yeni partnyorların axtarışı, əməkdaşlığa başlamaq üçün pis gün deyil. Bu gün insanlarla dil tapmaq, onları öz tərəfinizə çəkmək asan olacaq.
Maliyyə mənzərəsi əlverişlidir, investisiyalar və alış-veriş üçün pis gün deyil. Xüsusilə günün ikinci yarısında sevgidə bəxtiniz gətirəcək. Bu vaxt bəzi Əqrəblər romantik görüşə yollanacaq, bəziləri isə sevdikləri şəxslə münasibətlərdə yeni məqamlar aça biləcəklər.
Oxatan - gün kifayət qədər sakit keçəcək. Heç nə planlarınızı həyata keçirilməsinə mane olmur və bu, sevindirməyə bilməz. Çətin vəzifələrə, irimiqyaslı layihələrə girişmək olar. Siz köməkçi, müttəfiq və həmfikirləri asanlışla tapacaqsınız.
Həddindən artıq fiziki yük məsləhət deyil. İdmanla məşğul olmağı ya təxirə salmaq ya da təcrübəli məşqçinin nəzarəti altında məşğul olmaq lazımdır. Yaxınlarınızla ünsiyyət, münaqişələrin həlli, uzun sürən mübahisələrə son qoyulması üçün əlverişli gündür.
Oğlaq - çox uğurlu və istənilən başlanğıc üçün münasib gündür. Bu gün istənilən işin öhdəsindən gəlməyə, rəqiblərinizi üstələməyə və yeni səviyyəyə yüksəlməyə qadirsiniz. Həm özünüzün, həm də başqalarının ideyalarının həyata keçirilməsi üçün əlverişli gündür. Bu gün həm yaxşı rəhbər, həm də nöqsansız icraçı ola bilərsiniz. Bunu yalnız istəmək lazımdır.
Həyat potensialınız yüksək olacaq. Bu günə istənilən əyləncə planlaşdıra bilərsiniz. Əhval-ruhiyyəniz o qədər yüksəkdir ki, hər şey zövqünüzcə olacaq.
Dolça - bu gün ümidlərinizi doğrultmayacaq. Çox darıxdırıcı və sönük gündür. Yeni işlər, yeni təəssüratlar arzulasanız da, təəssüf ki, ulduzlar bunu təklif etməyə hazır deyillər. Bunun əvəzində xeyli yeknəsək iş, qaranlıq, bədxah adamlarla görüşlər, işdəki atmosferi yaxşılaşdırmaq üçün əbəs səylər olacaq.
Şəxsi həyatda isə işlər bir qədər yaxşıdır. Ən azı bu sahədə səyləriniz hədər olmayacaq. Yaxınlarınız sizə anlayışla yanaşacaq, sevdiyiniz şəxs diqqətdə xəsislik etməyəcək. Günün ikinci yarısına təyin olunan romantik görüşlər pis keçməyəcək.
Balıqlar - günün ritminə uyğunlaşmaq, enerjinizi dinc məcraya yönəltmək çətin olacaq. Nəsə faydalı və vacib işlə məşğul olmaq istəsəniz də, bunun məhz hansı iş olduğunu müəyyənləşdirə bilməyəcəksiniz. Üstəlik, ideyalarınız dəstək qazanmayacaq. İdeyalarınızın həyata keçirilməsində nə qədər çox israr etsəniz, bir o qədər tez bir zamanda tək qalacaqsınız.
Gün idmanla məşğul olmaq və aktiv istirahət üçün əlverişlidir. Səfərlər planlaşdırmaq olar. Hətta, sükan arxasında olsanız da, yol sizi yormayacaq.
Milli.Az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi