3 sürücü narkotik qəbul edərək avtobus idarə edirmiş... - 70-ə yaxın sürücü cəzalandırıldı
30-11-2021 [14:01]
Koronavirus pandemiyasının geniş miqyasda yayılmasının qarşısının alınması məqsədi ilə Daxili İşlər Nazirliyinin müvafiq Baş İdarə və İdarələrinin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, həmçinin Abşeron rayonunun kənd və qəsəbələrindən paytaxt istiqamətində hərəkət edən sərnişin avtobuslarında reydlər keçirilib.
Daxili İşlər Nazirliyindən Mia.az-a verilən məlumata görə, avtobuslarda yalnız polis əməkdaşını görən zaman tənəffüs yollarını qoruyan maskalardan istifadə edən bununla da virusun yayılmasına şərait yaradan sürücü və sərnişinlərin aşkar edilməsi üçün tədbirə mülki geyimli əməkdaşlar da cəlb olunub. Sumqayıt şəhərindən paytaxta doğru hərəkət edən avtobuslarda aparılan yoxlamalar zamanı nəqliyyat vasitəsinin salonunda olarkən maskadan istifadə etməyən şəxslər mülki geyimli polislər tərəfindən müəyyən edilib. Onlar barəsində inzibati tədbir görülüb.
Xırdalan şəhərindən paytaxt istiqamətində hərəkət edən avtobuslarda keçirilən tədbir zamanı sanitar-karantin qaydalarına əməl etməyən sürücü və sərnişinlər də aşkar edilib. Tənəffüs yollarını qoruyan maskalardan istifadə etməyən şəxslərlə profilaktik söhbətlər aparılıb barələrində inzibati tənbeh tədbirləri tətbiq olunub.
Abşeron rayonu Qobu qəsəbəsindən paytaxt istiqamətində hərəkət edən sərnişin avtobuslarında aparılan yoxlamaq zamanı isə polis əmədkaşları tərəfindən daha ciddi qayda pozuntuları aşkar edilib.
Belə ki, 567 saylı marşurut xətti ilə Qobu qəsəbəsindən paytaxt istiqamətində hərəkət edən sərnişin avtobuslarında nəzarət-profilaktik tədbirlər həyata keçirilən zaman sürücü və sərnişinlər arasında pandemiya qaydalarına əməl edilmədiyi məlum olub. Eləcə də, sürücülərdən bir neçəsinin peyvənd olunmadan sərnişindaşıma fəaliyyəti ilə məşğul oldqları müəyən edilib.
Aparılan yoxlamaq zamanı həmin xətt üzrə hərəkət edən 3 avtobusun sürücüsünün nəqliyyat vasitəsini sərnişinlərin həyatını təhlükə altına qoyaraq narkotik vasitələrin təsiri altında idarə etdiyi aşkarlanıb. Həmin sürücülərin idarə etdiyi avtobuslar xəttdən kənarlaşdırılıb, özləri isə saxlanılaraq Qobu Polis Bölməsinə gətiriliblər. Onların etdiyi qanun pozuntusuna hüquqi qiymət verilməsi üçün toplanan materiallar məhkəməyə göndərilib.
Keçirilən sonuncu profilaktik tədbir zamanı Sumqayıt şəhəri və Abşeron rayonundan paytaxt istiqamətində hərəkət edən 70-ə yaxın sürücü və sərnişin sanitar-karantin rejiminə əməl etmədiyi üçün barələrində inzibati tədbir görülüb.
Bir daha vətəndaşları qayda və tələblərə əməl etməyə çağırır və bildirirk ki, ictimai nəqliyyatda polis əməkdaşları tərəfindən gücləndirilmiş nəzarət-profilaktik tədbirlər bundan sonra da mütəmadi olaraq davam etdiriləcək.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi