Azərbaycan vətəndaşı İstanbul aeroportunda dava saldı (VİDEO)

img

25-02-2014 [14:35]


Azərbaycan vətəndaşı Türkiyənin İstanbul şəhərində yerləşən Atatürk Havalimanında dava salıb. AzVision.az türk mətbuatına istinadən xəbər verir ki, o Bakıdan İstanbula gedərək oradan da digər ölkəyə uçmalı imiş. Lakin o, havalimanına düşərkən həddindən artıq sərxoş vəziyyətdə olub.

Belə ki, Azərbaycan vətəndaşı havalimanının əməkdaşına sual verib, aldığı cavab onu qane etmədiyindən həmin şəxsə hücum edib, daha sonra isə özünü yerə çırpıb. Qana bulanan həmyerlimiz ətrafdakı şəxslərə də qışqırıb, təhqir edib.

Hadisə yerinə polis əməkdaşları gələrək, çətinliklə də olsa onu sakitləşdirməyə çalışıblar. Bu vaxt isə o polis əməkdaşının başına təpiklə vurub.

Havalimanına gələn təcili yardım əməkdaşları ilk müayinədən sonra azərbaycanlının burnunun qırıldığını bildiriblər. İlk tibbi yardımdan sonra polislərin nəzarəti ilə xəstəxanaya aparılıb.




Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA