"Moskva deyir: "Sərhədi mənim dediyim yerdə axtarın, özünüz tapın"" - Soçidə qazandıqlarımız və itirə biləcəklərimiz
27-11-2021 [16:37]
Bahəddin Həzi,
Bizimyol.info-nun Baş redaktoru
***
Soçi bəyanatı irəliyə doğru bir addım kimi şərh edilir. Burda Azərbaycan üçün əsas iki məsələ önəmlidir. Biri Ermənistanla sərhədin müəyyənləşməsi üzrə ikitərəfli komissiya yaradılmasıdır. Yəni Ermənistanla Azərbaycan öz aralarında razılığa gələcək. Təbii ki, Rusiyadakı xəritə ilə. Moskva deyir: "Sərhədi mənim dediyim yerdə axtarın, özünüz tapın". Daha doğrusu, "siz axtarın, mən "tapım""...
İkinci mühüm nəticə Naxçıvana, oradan da Türkiyəyə avtomobil və dəmir yollarının açılması haqqında bənddir. Biz ona "Zəngəzur dəhlizi" deyirik. Sənədə bu adla yazılmasa da.
Ancaq bəyanatın preambula hissəsindəki "Dağlıq Qarabağ münaqişəsi" ifadəsi bizim əleyhimizə olan ən əsas məqamdır.
Bu, əvvəla, regionda vəziyyəti idarə etmək üçün Rusiyanın əlində bir alətdir - istəyəndə hərbi münaqişəni alovlandıracaq, istəyəndə söndürəcək: "Dağlıq Qarabağ münaqişəsi" ifadəsini daim diri saxlamaq Ermənistanın Qarabağa nəzəri iddiası üçün psevdohüquqi fürsəti açıq qoymaqdır. Bu da istəyəndə Minsk Qrupunu " - yəni "status" danışıqlarını "diriltmək" təhdidi ilə Qarabağda "sülhməramlı" hərbi kontingentin müddətini uzatmağa xidmət edəcək.
Həmin o hərbi kontingent nə üçündür? Əlbəttə ki, hər iki ölkəni və bütövlükdə bölgəni təsir, lazım olduqda təzyiq altında saxlamaq üçün.
Kimdəsə Rusiyanın bölgədən könüllü çəkiləcəyi - 4 ildən sonra çıxıb gedəcəyi haqda illüziya varsa, o, proseslərin daxili məntiqini anlamır. Axırıncı dəfə Rusiya Azərbaycandan gedəndə 6 rayonumuz işğal olunmuş, ölkədə hökumət devrilmiş, cənub bölgələrimizdə separatçı rejim qurulmuşdu. Bunu yəqin ki, yaxşı xatırlayırıq. Rusiya 1993-cü ildə yenidən gəlmək üçün... getmişdi, indi də yenidən getmək üçün gəlməyib.
Bəli, bu sənəddə bizim xeyrimizə olmayan çox ciddi müddəalar var və bunlar haqqında bir az əvvəl yazdım. Ancaq siyasətdə istədiyinin hamısına və istədiyin zaman nail olacaqsan deyə bir şey yoxdur.
Bismarkın dediyi kimi: "Siyasət - mümkün olanı əldə etmək sənətidir". Soçidə indikindən daha çoxunu əldə edə bilərdikmi?! Ən azı mübahisəlidir. Bəli, ərazi bizimdir, onun üzərində suverenlik hüququmuz var. Ancaq orda bizdən kiçik, bizdən böyük güclərin də maraqları var. Və o maraqlar toqquşur. Bizim bu gün edə bildiyimiz: əldə edə bildiyini qorumaq, böyük güclərin maraqlarını bacardıqca uzlaşdırmaq, bunun alınmadığı məqamlarda da böyük maraq müharibələrinə meydan olmamaq. Və, təbii ki, mümkün olduqca yeni nəticələr əldə etmək...
Buna nail olmaq da asan deyil, biləsiniz. Azərbaycan çox nazik bir xəttin üzərində hərəkət edir, odlu halədən keçir. Kiçik bir ehtiyatsızlıq böyük fəlakətlərə yol açır. Baxın, Türkiyə kimi bir gücün zəif yerini necə tapırlar istəyəndə. O başqa məsələ ki, Türkiyə bu böhranı fürsətə çevirmək üçün addımlar atır (geniş mövzudur).
Biz: "Rusiya kimdir ki, bizə diqtə edir?!" "Moskva Ermənistanı sülhə məcbur etsin, ya da biz döyüşlə axıra qədər gedək" və sair deyə bilərik. Bunlar haqlı fikirlərdir. Ancaq siyasət reallıqların dərki, nəzərə alınması və mümkün olduqca öz xeyrinə dəyişdirilməsi cəhdi deməkdir.
Belə şərhlər var ki, Azərbaycan Soçidə istədiyini alıb. Bəli, istədiyinin hamısını ala bilmədi. Ancaq ala biləcəklərini aldımı, ya almadımı?! Bunun üzərində mübahisələr, təbii ki, var və olacaq da. Bu mübahisələri susdurmaq doğru olmaz; indi əldə olunan nəticələrə şübhələr bir sonrakı mərhələdə daha çoxunu əldə etməyə güc, imkan və motivasiya yaradır. Əldə olunanlarla cəmiyyətin dərhal və bütövlükdə razılaşaraq oturması diplomatik prosesdə dövlətin əlini zəiflədər. Təqdir üçün də yer var, tənqid üçün də. Ordumuz gedə bildiyi qədər addım-addım gedir, diplomatiya da həmçinin. Hə, sürət yavaşdır, zaman çox gedir. Bunlar hamısı doğrudur. Ancaq...
Soçi diplomatik mübarizənin daha bir raundu idi; qazandığımız xallar da var, itirdiyimiz xallar da var. "Hər şey çox gözəldir" və "Hər şey çox pisdir" yanaşmalarının hər ikisi ifratdır.
Müxalifət deyəcək: "Hakimiyyətdə mən olsaydım, daha çox nəticə əldə edərdim", hakimiyyət deyəcək: "Biz olmasaydıq, daha pis olardı".
Bu mübahisə də olacaq və normaldır. İstənilən halda bu mübahisələrə qiyməti ən obyektiv hakim verəcək: Xalq.
Və bir də Tarix var...
MİA.AZ
AHİK-DƏ DƏYİŞİKLİKLƏR
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər