Qanunsuz tikilmiş obyektlər: necə sənədləşdirilməli? - Əmlak Komitəsi açıqlama yaydı
05-12-2025 [20:57]
Azərbaycanda qeyri-yaşayış obyektlərinin sənədləşdirilməsi üçün sadələşdirilmiş prosedur üzrə müraciət müddəti yekunlaşmaqdadır.
Mia.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti məlumat yayıb.
Bildirilib ki, Prezidentin 14 iyun 2023-cü il tarixli "Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında" fərmanının icrasına başlanıldığı dövrdən indiyə qədər 5 557 daşınmaz əmlak obyektinin istismarına icazə verilib. Onlardan 4 196 obyekt üzrə mülkiyyət hüquqları dövlət reyestrində rəsmiləşdirilərək hüquq sahiblərinə çıxarış təqdim olunub. İstismarına icazə verilən obyektlərə çıxarışların təqdim olunması davam etdirilir.
Fərmana əsasən tikinti-quraşdırma işləri 2023-cü il iyunun 1-nə qədər başa çatmış, şəhərsalma və tikinti qanunvericiliyinin ayrı-ayrı tələblərinə tam riayət olunmadan inşa olunmuş qeyri-yaşayış təyinatlı obyektlərin istismarına icazə sənədinin verilməsi ilə bağlı müraciətlərin qəbulu Fövqəladə Hallar Nazirliyinin regional mərkəzlərində davam edir. 1 yanvar 2026-cı il tarixinə qədər sözügedən quruma müraciət edən obyekt sahibləri sadələşdirilmiş prosedurdan yararlanmaq hüququna malik olacaqlar.
Bu prosedura əsasən, ilkin sənədlər təqdim edildikdən sonra müraciətlər xüsusi elektron portal üzərindən qeydiyyata alınır. Tələb olunan tam sənədlər paketinin təqdim edilməsindən sonra məlumatlar müvafiq müayinələrin aparılması üçün aidiyyəti dövlət qurumlarına yönləndirilir. Aidiyyəti dövlət qurumlarının müsbət rəyi olarsa, obyektlərin istismarına icazə sənədi verilir. Obyekt sahibləri bu sənəd əsasında çıxarışın alınması ilə bağlı müraciət edə bilərlər.
Obyektlərin qanuniləşdirilməsi sahibkarlara mülkiyyət hüquqlarının tam rəsmiləşdirilməsi, aktivlərin girov qoyulması yolu ilə maliyyə resurslarına çıxış imkanlarının genişlənməsi, həmçinin təhlükəsizlik və istismar standartlarına uyğunluğun təmin edilməsi kimi mühüm üstünlüklər yaradır. Fərmanın icrası nəticəsində rəsmiləşdirilmiş qeyri-yaşayış obyektlərinin ümumi bazar dəyəri təxminən 4 milyard manat təşkil edir ki, bu da ölkə iqtisadiyyatına əlavə kapitallaşma və biznes fəaliyyətinin rəsmiləşdirilməsi baxımından əhəmiyyətli töhfədir.
Bununla yanaşı, adıçəkilən fərmanla Nazirlər Kabinetinə 2026-cı il 1 iyuna qədər istismar icazəsi olmayan qeyri-yaşayış binalarında torpaq və tikinti qanunvericiliyinin tələbləri pozularaq inşa edilməsindən yaranan problemlərin aradan qaldırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin təşkil olunması tapşırılıb.
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib