BP "Bakı-Supsa" və BTC-də operatorluğunu təhvil verir - Şirkət yayılan xəbəri təsdiqlədi
05-12-2025 [22:05]
BP şirkəti, "Bakı-Supsa" və "Bakı-Tbilisi-Ceyhan" (BTC) neft kəmərlərində operatorluğun Azərbaycan, Gürcüstan və Türkiyənin müvafiq dövlət qurumlarına verilməsi ilə bağlı danışıqlar aparır.
Reyting.az xəbər verir ki, bu barədə "BP Azerbaijan" şirkətindən "Report"a məlumat verib.
Şirkətdən bildirilib ki, boru kəmərlərinin idarə olunmasına dair müvafiq razılaşmalara əsasən, ixrac neft və qaz kəmərlərində operatorluq əvvəlcədən müəyyən olunub və bu funksiya həmin razılaşmalarda daha əvvəl razılaşdırılmış müddətlərdə aidiyyəti hökumətə və ya dövlət qurumlarına təhvil verilir.
"Bu razılaşmalara əsasən, 2021-ci ildə Cənubi Qafqaz Boru Kəmərinin operatorluğu həm Azərbaycanda, həm də Gürcüstanda SOCAR-a təhvil verilib. Eyni razılaşmalara uyğun olaraq, Qərb ixrac boru kəməri (Bakı–Supsa) və Bakı–Tbilisi–Ceyhan boru kəmərinin operatorluğunun da Azərbaycan, Gürcüstan və Türkiyənin müvafiq qurumlarına əvvəlcədən razılaşdırılmış müddətlərdə verilməsi nəzərdə tutulur", - BP-dən bildirilib.
Qeyd olunub ki, hazırda BP şirkəti bu istiqamətdə tələb olunan işlərin vaxtında planlaşdırılması üçün aidiyyəti dövlət qurumları ilə müzakirələr aparır.
Gürcüstan KİV-lərinin ölkədəki BP nümayəndəliyinə istinadən yazdığı məlumatlara görə, müvafiq razılaşmalar imzalandığı təqdirdə operatorluğun təhvil verilməsi prosesinin 2026-cı ilin ilk yarısının sonuna qədər başa çatdırılması planlaşdırılır.
Operatorluq funksiyalarının təhvil verilməsi Səngəçal terminalına şamil olunmur. Şirkət həmçinin "Azəri-Çıraq-Günəşli" və "Şahdəniz" yataqları blokunun, eləcə də BTC kəmərinin (BP-nin payı 30,1 % təşkil edir) operatoru olaraq qalacaq.
Bakı-Tbilisi-Ceyhan boru kəməri 13 iyul 2006-cı ildə istifadəyə verilib və ümumi uzunluğu 1 768 km-dir: 443 km Azərbaycan, 249 km Gürcüstan, 1 076 km isə Türkiyə ərazisindən keçir. Hazırda BTC vasitəsilə "Azəri-Çıraq-Günəşli" yataqlarının nefti, "Şahdəniz" kondensatı, SOCAR xammalı, həmçinin Qazaxıstan və Türkmənistan nefti nəql olunur.
BTC Co. şirkətinin səhmdarları bunlardır: BP (30,1 %), SOCAR (32,97 %), MOL (8,9 %), TPAO (6,53 %), Eni (5 %), "TotalEnergie" (5 %), "Itochu" (3,4 %), "Inpex" (2,5 %), "ExxonMobil" (2,5%) və ONGC (BTC) Limited (3,1 %).
"Bakı-Supsa" - "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan hasil olunan neftin nəqli üçün nəzərdə tutulan ixrac marşrutudur və 1999-cu ilin aprelində istismara verilib. Neft kəmərinin uzunluğu 837 km-dir: bunun 775 km-i diametri 21 düym (530 mm) olan yeni boru kəmərindən, 55 km-i isə rekonstruksiya olunmuş kəmərdən ibarətdir. Kəmərin illik ötürücülük qabiliyyəti 7 milyon tondan çox (gündə 145 min barel) təşkil edir. Bu istiqamət üzrə nəql 2022-ci ilin yazında dayandırılıb və hazırda Azərbaycan neftinin bütün həcmi BTC kəməri ilə ixrac olunur.
AHİK-DƏ DƏYİŞİKLİKLƏR
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər