Müseyib bəy Axıcanov kim olub? - Tarixi faktlar...
06-12-2025 [14:05]
Müseyib bəy Əxicanov (Axıcanov) Qəhrəman bəy oğlu 12 oktyabr 1892-ci ildə Cavad qəzasının Tomarxanlı kəndində (indiki İmişli rayonu ərazisində) anadan olub. Sonradan onun yaxın və uzaq qohum əqrabası indiki İmişli rayonu Cəfərli kəndi yaxınlığına köçmüşlər və həmin ərazi hazırda Axıcanlı kəndi adlanır.
Yeri gəlmişkən, qeyd edim ki, Kür çayının indiki İmişli rayonu ərazisi sahillərində 1940-cı illərə qədər Tomarxanlı kəndi də daxil olmaqla, 12 kiçik kənd olub. Həmin kəndlərdən biri də Axıcanlı adlanıb. İndiki Cəfərli kəndi ilə birləşən Axıcanlı kəndi sonrada yaranmış, eyni adlı başqa bir kənddir.
Müseyib bəy Axıcanov Azərbaycan Xalq Cümhuriyyətinin tanınmış siyasi xadimi, Azərbaycan milli azadlıq hərəkatının fəal iştirakçılarından biri, Azərbaycan Parlamentinin üzvü, Zaqafqaziya seyminin Müsəlman fraksiyasının, Zaqafqaziya Federasiyasının süqutundan sonra isə Azərbaycan Milli Şurasının üzvü, Bakı quberniyasının general- qubernatoru olmuşdur.
Müseyib bəy Axıcanov Rəşid bəy Axundzadə ilə bir yerdə Kiyev Müqəddəs Vladimir Universitetinin Hüquq fakültəsini bitirib. (Ukraynanın əsas və ən böyük ali məktəblərindən biri, həmçinin milli elm və mədəniyyət mərkəzi, Ukraynanın ən qədim universiteti). O, Yusif Vəzir Çəmənzəminlinin ən yaxın dostlarından biri olub.
1918-ci ildə türk ordusu Bakını alandan sonra Fəthi bəy Bakının qubernatoru olanda Axıcanov onun müavini (1918) vəzifəsində çalışıb, sonra isə Bakının qubernatoru (noyabr 1918 - fevral 1919) və Cümhuriyyət parlamentinin ("Müsavat" və bitərəflər fraksiyasının) üzvü olub.
Məhəmməd Əmin Rəsulzadə 1954-cü ilin 28 mayında Ankarada Kültür Dərnəyindəki çıxışında "adları və xatirələri hamımıza əziz olanların" sırasında Fətəli Xan Xoyski, Nəsib bəy Yusifbəyli, Həsən bəy Ağayev, Səməd Paşa Mehmandarov, Abuzər bəy və Şeyxzamanovla yanaşı Müseyib bəy Axıcanovun da adını çox böyük ehtiramla çəkmişdi.
Məmməd Əmin Rəsulzadə Müseyib bəy Axıcanovu Azərbaycanın İstiqlal Şəhidi adlandırmışdır.
Müseyib bəy Axıcanov görkəmli bəstəkarımız Süleyman Ələsgərovun doğmaca xalası oğludur.
Axıcanov bolşeviklər hakimiyyətə gələndən sonra həbs olunaraq 30 aprel 1920 - ci ildə (bəzi mənbələrdə 6 iyun1920-ci il) 27 yaşında Nargin adasında güllələnib.
Qeyd edək ki, İmişli rayonunda hazırda onun soyadı ilə adlanan Axıcanlı kəndində Axıcanlı kənd tam orta məktəbi uzun illər fəaliyyət göstərib. 2024- 2025- ci dərs ilində həmin məktəbin adı dəyişdirilərək Cəfərli kənd 3 saylı tam orta məktəbi adlanmışdır.
Xatırladım ki, həmin vaxt hansı kənddə bir neçə məktəb varsa onların adı sıra sayı ilə əvəz edilmişdir. Məsələn, həmin vaxt Sarxanlı kəndi ilə bitişik olan Buludlu kəndində də Buludlu kənd tam orta məktəbin adı dəyişdirilərək Sarxanlı kənd 3 saylı məktəb adlanmışdır.
Bu dəyişikliklər hansı məntiqlə edilməsindən asılı olmayaraq tarixi adların ləğv edilməsi baxımından məqsədəuyğun deyil.
Vahid Tağıyev,
Təhsil eksperti
MİA.AZ
AHİK-DƏ DƏYİŞİKLİKLƏR
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər