"ƏGƏR SƏRHƏDLƏR BU XƏRİTƏ İLƏ MÜƏYYƏN EDİLƏRSƏ..." - Azərbaycan-Ermənistan arasındakı sərhəd problemi necə həll olunacaq?
23-11-2021 [15:04]
Ötən ay Rusiya Prezidenti Vladimir Putin “Valday” Beynəlxalq Diskussiya Klubunda Ermənistan-Azərbaycan sərhədlərinin dəqiqləşdirilməsinin Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahındakı xəritələr əsasında aparılmalı olduğunu bildirmişdi.
Bundan sonra Rusiya arxivlərindəki mövcud xəritələrlə bağlı müxtəlif fikirlər yayılmağa başladı.
Bəs, əslində söhbət hansı xəritələrdən gedir?
İctimai Televiziyanın Rusiyadakı müxbiri bu ölkənin arxivlərində araşdırma aparıb, ötən əsrin 23-cü ilindən başlayaraq, 85-ci ilinə qədər müxtəlif dövrlərə aid xəritələri və arxiv sənədlərini aşkar edib. Rusiya arxivlərindəki xəritələr və sənədlərin görüntüləri ilk dəfə İctimai Televiziyada yayımlanıb. Bu barədə İTV-yə açıqlama verən tarixçi alim Oleq Kuznetsov bildirib ki, Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası üçün iki xəritə əsas götürülə bilər. Bunlardan biri 1921-ci il Qars müqaviləsində əksini tapmış sərhədlər Azərbaycanla Ermənistan arasında delimitasiya və demarkasiya prosesi üçün əsas ola bilər.
İkinci xəritə isə 1925-ci ildə tərtib edilmiş Zaqafqaziya Federativ Sosialist Respublikasının xəritəsidir. Ona görə də sərhədlərin müəyyənləşməsi zamanı bu iki xəritə başlanğıc kimi götürülə bilər. Rusiya isə Ermənistana sərhədlərin delimitasiyası və demarkasiyasını sıfırdan başlamağı təklif edib.
Qeyd edək ki, 1925-ci ildə Azərbaycan SSR-in ərazisi 92 min kvadrat kilometrdən artıq olub. Əgər həmin dövrün xəritələri tətbiq edilərsə, o zaman Ermənistan ərazisinin xeyli hissəsi Azərbaycana qaytarılmalıdır. Bu halda Azərbaycanın ərazisi ən azı 92 min kv.km təşkil etməlidir. Belə olan halda Ermənistan hökumətinin nə üçün 1920-ci illərin, əsasən də 1929-cu ilin xəritəsini təklif etməsi sual doğurur.
Mia.az-ın məlumatına görƏ politoloq İlqar Vəlizadə Cebhe.info-ya açıqlamasında bildirdi ki, delimitasiya və demarkasiya prosesi 1975-1976-cı illərdə tərtib edilmiş sonuncu topoqrafik xəritələr üzərində aparılmalıdır:
“Çünki Azərbaycan Respublikası və Ermənistan Respublikası dövlət müstəqilliyini həmin xəritələrdəki sərhədlər çərçivəsində qurub. SSRİ dağılanda BMT hər iki ölkənin müstəqlliyini bu sərhədlər daxilində tanıyıb. Doğrudur, 1975-ci ildən sonrakı illərdə sərhədlərə müxtəlif dəyişikliklər edilirdi, tərəflər arasında torpaq mübadilələri olurdu. Əfsuslar olsun ki, Azərbaycan torpaqları Ermənistana verilirdi. Yaxud müxtəlif rayonların sahələri yaylaq, qışlaq sahələri kimi qonşu respublikanın istifadəsinə verilib. Sovetlər İttifaqı dağılanda digər SSRİ respublikaları kimi BMT Azərbaycanı da bu sərhədlər daxilində tanıyıb. Bunu təsdiq edən xəritələr isə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahında saxlanılır. Çünki SSRİ dövründə bu xəritələr məxfi sənəd hesab olunurdu. Qalan təkliflər isə mülahizələrdir”.
O bildirib ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan sərhədlərin 1920-ci illərin xəritələri əsasında tərtib edilməsini təklif edib:
“Məsələ kimin nə istəməsində deyil. SSRİ dağılanda hansı respublika hansı sərhədlərlə müstəqillik qazanıbsa, o, bizim üçün əsas olmalıdır. Delimitasiya prosesi gedəndə komissiya yaradılır. Sərhəd xəttinin keçəcəyi yeri müəyyən edilmiş xəritə əsasında həmin komissiya təyin edir. 1975-1976-cı illərin xəritəsi əsas götürülərsə, yerində müəyyən dəyişikliklər və ərazi mübadiləsi aparıla bilər. Beynəlxalq təcrübədə belə hallar var.
Amma 1975-ci ildən sonra bir sıra Azərbaycan əraziləri kolxoz və sovxoz təsərrüfatını inkişaf etdirmək adı altında Ermənistana verilib. 1982-ci ildə Qazax rayonunun 3 min hektar torpaq sahəsi, 1984-cü ildə Laçın rayonu ərazisindəki Qaragöl gölünün suvarma məqsədilə ayrılmış 74 faiz hissəsi Ermənistana verilib. Bundan başqa, Zəngilan, Qubadlı, Cəbrayıl və Laçın rayonlarının işğala qədər Şərqi və Qərbi Zəngəzurda böyük otlaq sahələri olub. Sonradan həmin ərazilər Ermənistanın inzibati ərazisinə qatılıb. 1974-cü ilə qədər Zəngilan rayonunun bəzi kolxoz və sovxozlarının heyvan sürüləri Zəngəzur dağının Yağlıdərə, Vişlan düzü kimi yaylarından otlaq kimi istifadə edib. Lakin 1975-ci ildən sonra adıçəkilən torpaqlar Ermənistan ərazisi kimi rəsmiləşdirilib. Ona görə hətta sərhədlərin delimitasiyası və demarkasiyası 1975-1976-cı illərin xəritəsi əsasında aparılsa belə, yenə də Ermənistan müəyyən əraziləri Azərbaycana qaytarmalıdır".
İlqar Vəlizadənin sözlərinə görə, sözügedən ərazilər təsərrüfat məqsədilə verildiyi üçün xəritələrdə öz əksini tapmayıb. Ona görə də həmin torpaqlar Azərbaycan ərazisi sayılır:
“Bu torpaqlar hüquqi baxımdan Azərbaycana məxsusdur. Çünki o ərazilər SSRİ Nazirlər Sovetinin qərarı əsasında təsərrüfat xidməti məqsədilə ayrılıb. Amma inzibati -ərazi quruluşunda dəyişiklik baş vermıyib. Ona görə də bu məsələlər detallarına qədər öyrənilməlidir. Ermənilər nə üçün sərhədlərin 1920-ci illərin xəritəsi əsasında müəyyənləşdirilməsini istəyir? 1928-ci ildə SSRİ-nin atlası nəşr olunmuşdu. Həmin atlasda Ermənistanın ərazisi Laçın rayonu istiqamətində az qala Dağlıq Qarabağ Muxtar Vilayətinin sərhədlərinə birləşir. Ona görə də ermənilər indi xəyal qururlar ki, Qarabağa status veriləcək, yenə də DQMV-in sərhədləri bərpa olunacaq və beləliklə, 1928-ci ilin xəritəsinə əsasən Ermənistan qondarma qurumla birbaşa əlaqə quracaq. Bu halda Laçın dəhlizinə ehtiyac qalmayacaq. Yəni belə cəfəng ideya ilə özlərini aldadırlar. Ancaq bu məsələ onların istəyi ilə müəyyənləşməməlidir. Burada prinsiplər əsas rol oynamalıdır. MDB-nin digər ölkələri kimi Azərbaycan və Ermənistan da SSRİ-dən çıxanda malik olduqları sərhədləri tanımalıdır”.
Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan SSRİ dövründə rayon icraiyyə komitələrinin və SOV.İKP Plenumunun qərarları ilə torpaq sahələrinin qonşu respublikaya verilməsinin hüquqi baxımdan düzgün olmadığını bildirib. Bu baxımdan, Sovet dövrünün xəritələrinin hüquqi əsasa malik olmadığını deyib.
İlqar Vəlizadə isə hesab edir ki, Paşinyan məsələyə savadsız yanaşma nümayiş etdirir:
"Paşinyan bisavad adamdır. O, dərin biliyə malik deyil. Sovet dövründə idarəetmə orqanlarının fəaliyyəti prinsipi var idi. Eyni zamanda, sərhədlərin müəyyənləşdirilməsinə dair qərarlar olub. Həmin qərarların icrası mütləq idi. Respublikaların sərhədləri də məhz bu qərarlar əsasında formalaşıb. Paşinyan bu qərarları inkar edirsə, bu, onun savadı ilə bağlı problemdir. Bu cür yanaşma gülünc görünür. Oleq Kuznetsovun 1925-ci ilin xəritəsi ilə bağlı söylədiyi fikirlər də onun subyektiv mövqeyidir. MDB-nin, ATƏT-in BMT-nin sənədləri var. BMT-nin saytında müxtəlif ölkələrin xəritələri yerləşdirilib. Ona nəzər salmaqla sərhədlərin delimitasiya və demarkasiyasını həyata keçirmək olar. Məsələn, Azərbaycan- Gürcüstanın sərhədinin demarkasiyası 1963-cü ildə tərtib edilmiş topoqrafik xəritələr əsasında aparılır. Həm Azərbaycan, həm Ermənistan sərhədləri olduğu kimi bərpa etməlidir. Bundan sonra düşünmək olar ki, ərazi mübadiləsinə ehtiyac var, yoxsa yox. Rusiyanın təklif etdiyi sıfır nöqtəsi isə 1920-ci illəri nəzərdə tutmur. Bu, Sovetlər İttifaqının son illərində mövcud olmuş inzibati xəritələri, yəni sərhəd münaqişəsi yaranmazdan əvvəlki dövrü əsas götürməlidir. Bu prosesi həyata keçirmək üçün yalnız topoqrafik xəritələrdən deyil, təsərrüfat xəritələrindən də istifadə etmək olar”.
İranın keçmiş XİN başçısı ağır yaralanıb – Həyat yoldaşı isə hadisə yerində həlak olub
Polşa MN: “ABŞ olmadan NATO, NATO olmadan güclü ABŞ ola bilməz”
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İranın yeni lideri Trampa meydan oxudu, dirəniş mesajı verdi: “Qəti şəkildə elan edirəm ki…”
Aralıq dənizində zəlzələ olub - 4.7 bal gücündə
Küveyt MN: “Son 24 saat ərzində İranın 3 kruiz raketi və…”
İrandan İsrailə növbəti hücum olub
Paşinyan Putinlə görüşdə: "İrəvan Qarabağı Azərbaycanın tərkibində tanıyıb, üstəlik..."
Putinlə Paşinyan görüşdü - VİDEO
Eldar Əzizov Ramana qəsəbəsində - FOTO
Özbəkistanın Baş naziri Azərbaycana gəlib
Xalq artisti Zaur Rzayevin səhhəti barədə - AÇIQLAMA
"Mənim ömürlük sədr olmaq fikrim yoxdur" - Anar Rzayev
Sabahkı hava ilə bağlı - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Tramp: “İran atəşkəs istəyir, lakin…”
“Kontakt Home” mağazalar şəbəkəsindən şikayətlər artıb - Açıqlama
İcra başçısı 32 nəfəri vəzifədən azad edib
Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb
Masazırda çökən yolla bağlı rəsmi açıqlama yayıldı
FIFA referisi UEFA-dan təyinat alıb
Masallıda fərdi yaşayış evində yanğın - Ölənlər var (Yenilənib)
Arda Gülər: “Çox xoşbəxtik"
Ağdərədə mina partlayıb, yaralı var - Üç qurum birgə məlumat yaydı
AFFA 3 klubu yarışlardan kənarlaşdırıb - SƏBƏB
Masazırda yeni çəkilən yol çöküb - FOTOLAR
İstanbulda zəlzələ olub
Rusiya kəşfiyyatı: “Ukrayna sülh təkliflərini qəbul etməlidir”
İran Parlamenti: “ABŞ-la danışıqlar aparılmayacaq və…”
Tramp ABŞ-ı NATO-dan çıxarır – "Bunu Putin də bilir”
Vilayət Eyvazov 356 vətəndaşı qəbul etdi, rəislərə tapşırıqlar verdi - Nazir polis olmaq istəyənlərin sıra baxışını da keçirib (VİDEO)
Qərb Sənaye Parkı yaradılacaq - Prezident sərəncam imzaladı
AFFA Vaqif Cavadovu yeni vəzifəyə təyin edib
Sabah hava necə olacaq? - Proqnoz
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı qalmaqal böyüyür - Bir nəfər axtarışa verildi
İraqın Ərbil şəhərinə dron hücumu olub – Evlərdən biri vurulub
Türkiyədə çörəyin qiyməti qalxdı - Açıqlama
İSTİNTAQ İDARƏLƏRİ BİRLƏŞDİRİLİR - Nələr olacaq?
İnstitut direktoru vəzifədən azad olunub
Sumqayıtda 46 yaşlı qadın bıçaqlanıb
Apreldə hava necə olacaq? - AYLIQ PROQNOZ
Magistraturaya qəbul imtahanı: ərizə qəbulu başlayıb
Nökerquli Ataquliyev Bakıda belə qarşılandı - FOTOLAR