Ceyhun Bayramov Koreya Prezidenti yanında Şimali İqtisadi Əməkdaşlıq Komitəsinin sədri ilə görüşüb
22-11-2021 [15:46]
Bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Koreya Prezidenti yanında Şimali İqtisadi Əməkdaşlıq Komitəsinin sədri Çong Soo Park ilə görüşü baş tutub.
XİN-dən Mia.az-a verilən məlumata görə, görüş zamanı Koreya Respublikası ilə ölkəmiz arasındakı mövcud əməkdaşlıq səviyyəsindən məmnunluq ifadə olunub, yeni istiqamətlər üzrə əməkdaşlığın perspektivləri müzakirə edilib.
Görüşdə tərəflər Azərbaycan və Koreya Respublikası arasında əməkdaşlıq gündəliyinin bir çox məsələləri üzrə, xüsusilə də energetika, infrastruktur, nəqliyyat, informasiya texnologiyaları, alternativ enerji, investisiya, tikinti, təhsil sahələrində əməkdaşlığın inkişaf etdirilməsi ətrafında fikir mübadiləsi aparıblar.
Koreya Respublikasının iqtisadi əməkdaşlıq baxımından ölkəmiz tərəfindən prioritet ölkə kimi qiymətləndirildiyini qeyd edən nazir Ceyhun Bayramov dövlət səviyyəsində qarşılıqlı səfərlərin intensivliyinin artırılmasının mövcud münasibətlərə daha da təkan verilməsi baxımından mühüm əhəmiyyətə malik olduğunu bildirdi.
Daha sonra Nazir Ceyhun Bayramov 1 il bundan öncə baş vermiş Vətən müharibəsi nəticəsində Azərbaycanın öz ərazi bütövlüyünü təmin etdiyi və nəticədə, bölgədə yaranmış reallıqların yeni nəqliyyat bağlantılarının inkişafı üçün əlverişli şərait yaratdığı barədə həmkarını məlumatlandırıb. Bu xüsusda, qarşı tərəfə Azərbaycanın təşəbbüsü və iştirakı ilə Şərq-Qərb, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı istiqamətində həyata keçirilən infrastruktur layihələri haqqında məlumat verilib, işğaldan azad olunmuş ərazilərdə aparılan geniş miqyaslı quruculuq işlərinə diqqət çəkilib.
Şimali İqtisadi Əməkdaşlıq Komitəsinin sədri Çong Soo Park Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ilə keçirdiyi görüşü məmnunluqla qeyd edərək, görüş zamanı gələcək əməkdaşlıq planlarına dair əsas prioritet məsələlərin müzakirə oldunduğunu və bunun ölkələrimiz arasındakı əməkdaşlığın yeni mərhələyə yüksəlməsinə təkan verəcəyinə inamını ifadə etdi.
Görüş zamanı tərəflər, habelə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.
İranın keçmiş XİN başçısı ağır yaralanıb – Həyat yoldaşı isə hadisə yerində həlak olub
Polşa MN: “ABŞ olmadan NATO, NATO olmadan güclü ABŞ ola bilməz”
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İranın yeni lideri Trampa meydan oxudu, dirəniş mesajı verdi: “Qəti şəkildə elan edirəm ki…”
Aralıq dənizində zəlzələ olub - 4.7 bal gücündə
Küveyt MN: “Son 24 saat ərzində İranın 3 kruiz raketi və…”
İrandan İsrailə növbəti hücum olub
Paşinyan Putinlə görüşdə: "İrəvan Qarabağı Azərbaycanın tərkibində tanıyıb, üstəlik..."
Putinlə Paşinyan görüşdü - VİDEO
Eldar Əzizov Ramana qəsəbəsində - FOTO
Özbəkistanın Baş naziri Azərbaycana gəlib
Xalq artisti Zaur Rzayevin səhhəti barədə - AÇIQLAMA
"Mənim ömürlük sədr olmaq fikrim yoxdur" - Anar Rzayev
Sabahkı hava ilə bağlı - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Tramp: “İran atəşkəs istəyir, lakin…”
“Kontakt Home” mağazalar şəbəkəsindən şikayətlər artıb - Açıqlama
İcra başçısı 32 nəfəri vəzifədən azad edib
Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb
Masazırda çökən yolla bağlı rəsmi açıqlama yayıldı
FIFA referisi UEFA-dan təyinat alıb
Masallıda fərdi yaşayış evində yanğın - Ölənlər var (Yenilənib)
Arda Gülər: “Çox xoşbəxtik"
Ağdərədə mina partlayıb, yaralı var - Üç qurum birgə məlumat yaydı
AFFA 3 klubu yarışlardan kənarlaşdırıb - SƏBƏB
Masazırda yeni çəkilən yol çöküb - FOTOLAR
İstanbulda zəlzələ olub
Rusiya kəşfiyyatı: “Ukrayna sülh təkliflərini qəbul etməlidir”
İran Parlamenti: “ABŞ-la danışıqlar aparılmayacaq və…”
Tramp ABŞ-ı NATO-dan çıxarır – "Bunu Putin də bilir”
Vilayət Eyvazov 356 vətəndaşı qəbul etdi, rəislərə tapşırıqlar verdi - Nazir polis olmaq istəyənlərin sıra baxışını da keçirib (VİDEO)
Qərb Sənaye Parkı yaradılacaq - Prezident sərəncam imzaladı
AFFA Vaqif Cavadovu yeni vəzifəyə təyin edib
Sabah hava necə olacaq? - Proqnoz
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı qalmaqal böyüyür - Bir nəfər axtarışa verildi
İraqın Ərbil şəhərinə dron hücumu olub – Evlərdən biri vurulub
Türkiyədə çörəyin qiyməti qalxdı - Açıqlama
İSTİNTAQ İDARƏLƏRİ BİRLƏŞDİRİLİR - Nələr olacaq?
İnstitut direktoru vəzifədən azad olunub
Sumqayıtda 46 yaşlı qadın bıçaqlanıb
Apreldə hava necə olacaq? - AYLIQ PROQNOZ
Magistraturaya qəbul imtahanı: ərizə qəbulu başlayıb
Nökerquli Ataquliyev Bakıda belə qarşılandı - FOTOLAR