Baş prokuror yanında Elmi-Məsləhət Şurasının geniş tərkibdə iclası keçirilib
17-11-2021 [17:15]
Noyabrın 16-da Baş prokuror Kamran Əliyevin dəvəti ilə ölkəmizdə rəsmi səfərdə olan Belarus İstintaq Komitəsinin sədri Dmitri Qoranın rəhbərlik etdiyi nümayəndə heyəti hüquq sistemimizə daxil olan müxtəlif dövlət orqanları, eləcə də ölkəmizin aparıcı elm və təhsil müəssisələri, hüquq mühafizə orqanları akademiyaları nümayəndələrinin təmsil olunduğu Azərbaycanın Baş prokuroru yanında məşvərətçi orqan olan Elmi-Məsləhət Şurasının növbəti iclasında iştirak ediblər.
Mia.az Baş Prokurorluğun Mətbuat Xidmətinə istinadla bildirir ki, Elmi-Məsləhət Şurasının iclasını açan Baş prokuror ölkəmizin geosiyasi, diplomatik, hüquqi müstəvidə əldə etdiyi uğurlar, Şuranın fəaliyyəti ilə bağlı qarşıya qoyulan hədəflər, prokurorluq orqanlarının beynəlxalq əlaqələrinin, o cümlədən Belarus İstintaq Komitəsi ilə qurulan səmərəli əməkdaşlığın açdığı yeni imkanlar barədə məlumat vermişdir.
Belarus İstintaq Komitəsinin sədri Dmitri Qora öz çıxışında hər iki qurum arasında olan əməkdaşlıq əlaqələrinin hazırki vəziyyətindən razılığını ifadə edərək, istintaq və məhkəmə təcrübəsinə aid aktual hüquqi problemlərin müzakirəsi üçün əlverişli platforma olan Elmi-Məsləhət Şurasının fəaliyyətinə uğurlar arzu etmişdir.
Daha sonra yerli və xarici həmkarlar İnternet şəbəkəsindən istifadə edilməklə törədilən cinayətlərin açılması və araşdırılması ilə bağlı perspektiv istiqamətlər, milli qanunvericilik kontekstində qanunsuz varlanmanın kriminallaşdırılması imkanları, kompüter təhlükəsizliyi sistemi ilə bağlı cinayət və cinayət prosessual qanunvericilikdə yeniliklər, habelə informatorların müdafiəsi ilə bağlı çıxış və təqdimatlar etmişlər.
Həmçinin, Elm-Tədris Mərkəzi tərəfindən hazırlanmış Baş Prokurorluğun Elektron Kitabxanasının təqdimatı həyata keçirilmişdir.
Qeyd edilmişdir ki, Elektron Kitabxananın imkanlarından prokurorluq əməkdaşları ilə yanaşı, internet məkanı üzərindən geniş oxucu kütləsi, o cümlədən müxtəlif dövlət orqanları, elm-təhsil müəssisələri əməkdaşları, tələbələr tərəfindən istifadə edilməsi nəzərdə tutulmuşdur.
Elektron Kitabxanada nəşrlərin təsnifat bölgüsünün prokurorluğun fəaliyyətinə uyğun olması, nəşrlərin ətraflı axtarış sisteminin olması, yeni nəşr edilmiş və ən çox oxunan nəşrlərin ayrıca təsvir olunması, tərəfdaş kitabxanalara və digər faydalı saytlara keçid üçün linklərin qoyulması bu resursun səmərəliliyini daha da artırmış olur.
Daha sonra, Baş Prokurorluğun Hüquqi təminat və insan hüquqları məsələləri idarəsi tərəfindən yaradılmış İnsan Hüquqları üzrə Sənədlərin Axtarış Portalı-nın (İHSAP) təqdimatı həyata keçirilmişdir.
Axtarış Portalında “Qərarlar” “Konvensiyalar”, “Ədəbiyyatlar”, “Metodiki Sənədlər”, “Prokurorluq və insan hüquqları”, “Faydalı Məlumatlar” və “Faydalı Linklər” tematikaları üzrə bölmələr müəyyən edilmişdir.
Axtarış Portalında həm sözə görə, həm də ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyasının maddələri, Avropa Şurasına üzv olan ölkələrin adları, eləcə də xüsusi dairəsi müəyyən edilmiş açar sözlər üzrə axtarış aparılması imkanları da yaradılmışdır.
Yekunda vahid istintaq və məhkəmə təcrübəsinin formalaşması ilə bağlı müxtəlif hüquqi məsələləri özündə əks etdirən mövzular üzrə Şuranın üzvləri tərəfindən ətraflı və faydalı müzakirələr aparılmış, qarşıda duran vəzifələr müəyyən edilmişdir.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi