Zahid Oruc: ”Xankəndinin dövlət büdcəsində ayrıca sətirlə göstərilməsi..." - Pensiya siyasəti sadə və sabit olmalıdır" - VİDEO
16-11-2021 [21:27]
"Parlamentdə Hökumətlə birgə büdcə müzakirələrinin aparıldığı bir zamanda Azərbaycan Ordusu Ermənistanla 500 kilometrdən artıq yeni sərhədlər boyunca milli təhlükəsizliyimizi möhkəmləndirən tədbirlər həyata keçirir".
Mia.az xəbər verir ki, bu sözləri Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri, deputat Zahid Oruc Mili Məclisdə büdcə ilə bağlı müzakirələr zamanı deyib.
O bildirib ki, bütün hakimiyyət orqanlarına öz işlərini yüksək əminlik və inam əsasında qurmağa imkan verən Silahlı Qüvvələrimizə ən yüksək ehtiramı ifadə edərək, müzakirə olunan ali sənədi Təhlükəsizlik və Quruculuq büdcəsi olmasını arzulayıb:
"Biz Qələbəmizi iqtisadiyyata, elmə, sosial sferaya, idarəetməyə, bir sözlə milli həyatın bütün sahələrinə daşımalı, onu Qalibiyyət büdcəsinə çevirməli, 26 sentyabra qədər müxtəlif sahələrdə hökm sürən neqativləri aradan qaldırmaq üçün fürsət olmalıdır.
İlk növbədə, Ali Maliyyə sənədində Qarabağ münaqişəsinin başa çatdığı müddəasının təsdiqi olaraq Xankəndi və digər şəhərlərin sənəddə əks olunması vacibdir. Ermənistanın Qarabağla iqtisadi-maliyyə əlaqələri separatizmin davamıdır, yəni, İrəvandan verilən mavi yanacaq, elektrik xəttinin kəsilməsi və maliyyə yardımının aradan qaldırılması iqtisadi suverenliyimizin bütöv ərazimizdə təsdiqi olacaq, bölgədə yaşamaq istəyən hər kəsin Konstitutisiyamızı tanıdıqları şəraitdə tamhüquqlu vətəndaşlar kimi hüquqi, sosial, iqtisadi inteqrasiyasını mümkün edəcək, Azərbaycanın hər parçasına maliyyə siyasəti baxımından vahid yanaşdığını sübut edəcəkdir.
İkincisi, müstəqil iqtisadi mərkəzlərə görə ötən illərdə bölgələrin iqtisadi-sosial inkişafına 50 milyard manatdan artıq vəsait xərclənsə də ölkəmizdə coğrafi-iqtisadi qeyri-mütənasiblik davam edir.Ölkə ərazisinin cəmi 7%-nə və əhalinin 30%-nə malik Bakı-Abşeron yarımadasında 2019-cu ildə ümumi məhsul buraxılışının 75%-i, ölkə üzrə əhalinin illik ümumi gəlirin 62 %-i, ölkə üzrə ümumi sənaye istehsalının 89 %-i, iqtisadiyyata ümumi kredit qoyuluşunun 85%-i paytaxtda cəmlənmişdir.2010-2019-cu illərdə 154.0 milyard manatlıq əsaslı vəsait qoyuluşunun 67%-i Bakı şəhərinə yatırılıb. Bu vəziyyət regionların paytaxtdan daimi asılılığına və Bakı-Abşeron zonasına əhali axınına səbəb olur. Paytaxtın əmək, mənzil, qida və nəqliyyat sisteminə təzyiq son iki ildə daha da artıb. Hökumət büdcə siyasəti ilə iqtisadiyyatın tarazlı olmayan ərazi quruluşunu dəyişərək, 2-ci, 3-cü, 4-cü böyük şəhərləri formalaşdıra bilər. Bölgələrə iqtisadi müstəqillik verməsək, təşəbbüskarlıq zəif olacaq və sovet dövründəki kimi hamı mərkəzdən qərar və pul gözləyəcək.
3-cüsü, 2012-ci ildə qəbul edilən "Azərbaycan 2020: Gələcəyə baxış inkişaf konsepsi" yasında 2020-ci ilə qədər minimum əmək haqqı orta aylıq əmək haqqının 60 faizinə çatdırılmalıydı. DSK-nın məlumatına görə orta aylıq əmək haqqı 707 manat, minimum əmək haqqı isə 250 manat-yəni, 25 faiz az, 35 faizlik nəticəyə nail olunub. Əlbəttə, növbəti ilin büdcəsində minimum əmək haqqı, yaşayış minimumu və istehlak səbəti kimi təməl meyarlarının yaxşılaşdırılması üçün hansı addımları ata biləcəyimizi indi elan etməliyik.Hökumət xalqa ünvanlı yardımdan çox, azad sahibkarlığın qarşısıındakı baryerləri açmalıdır ki, dövlətə yardımı iş adamları özləri etsin.
4-cü məsələ təhsillə bağlıdır. Biz haqlı olaraq müharibəni 5-ci nəsil texnologiyaları ilə qazandığımızla öyünürük. Lakin təkcə hərbi meydanda deyil, bütün sahələrdə elm və təhsil siyasəti bizə 5-ci nəsil texnologiyaları və süni intellekt məhsullarını inkişaf etdirməyə imkan verməlidir.Statistika Komitəsinə görə, əhalinin hər 1000 nəfərinə düşən ali təhsillilərin sayı 199 nəfərdir. Bu nisbət Belarusda 282, Rusiyada 277, Qazaxıstanda 307, hətta Qırğızıstanda 325 olduğu halda, orta Avropa göstəricisi 400 nəfərə bərabərdir.Biz hələ keyfiyyətdən danışmırıq.Göründüyü kimi, insan kapitalı gələcəyimiz üçün ixtisaslı və əmək bazarının tələblərindən geri qalır.Hökumət azad torpaqlarda Qafqazın Harvardı sayıla biləcək müasir bir Universitetin yaradılmasını elan edə və istifadəyə verilən modern hava limanlarının-müasir insfrastrukturun imkanları çərçivəsində belə bir ali təhsil ocağının qurulmasına indidən başlaya bilər. Biz Qarabağı Elm məkanına çevirə bilsək, orada Şuşa qədər güclü qalalar qurduğumuza əmin ola bilərik!".
Zahid Orucun sözlərinə görə, Komitə müzakirələri zamanı biz pensiyalar məsələsinə toxunmuşduq. Hesablama Palatasının rəyində 37-ci səhifədə deyilir ki, Azərbaycanda yaşa görə mövcud 716 min nəfər pensiyaçıdan 163 mini işləməkdə davam edir:
"Sual vermək artıqdır, hamı bilir ki, pensiya amnistiyasının böyük müsbət təsirləri müqabilində yüz minlərlə adam hələ də sığorta stajını və sığorta kapitalını toplaya bilmir.Hər nazir dəyişdikcə yenilədiyimiz sabit olmayan pensiya qanunvericiliyi, mürəkkəb hesablama sisteminə malik təqaüd siyasətinin nəticəsidir. Pensiya siyasəti sadə və sabit olmalıdır. Ötən 3 ildə əlillik və pensiya təyinatı ilə bağlı 211 min nəfəri də biz o hüquqdan məhrum etmişik və indi onlara hansı iqtisadi-sosial alternativ yaratdığımız Müharibədə Qələbədən sonra Hökumətin qarşısında ən böyük vəzifə kimi dayanır.
Nəhayət, Azərbaycana xarici hücumların intensivləşməsi Büdcə müzakirələrini apardığımız günlərdə dərin təhlilləri bizdən tələb edir. Azərbaycan məğlub olanda, bizimlə işi olanlar az idi. İndi Qalib Azərbaycanın dostları ilə bərabər, rəqibləri də artır. Ona görə də ölkəmizin beynəlxalq mənafelərini qorumağa, lobbi maraqlarımızı qanuni şəkildə müdafiə etməyə rəsmi, açıq, hüquqi mənbələrdən vəsaitin ayrılması məqsədəuyğun olar.
Xatırladaq ki, ABŞ-ın bir illik lobbi siyasətinə xərclədiyi vəsait 3.49 milyard dollardır.
İnanırıq ki, büdcə müzakiələri zamanı səslənən hər bir səmərəli fikrin dövlət mənafeyinə xidmət çərçivəsində uğurlu bir qanun layihəsinə səs verəcəyik!".
Mia.az
İranın keçmiş XİN başçısı ağır yaralanıb – Həyat yoldaşı isə hadisə yerində həlak olub
Polşa MN: “ABŞ olmadan NATO, NATO olmadan güclü ABŞ ola bilməz”
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İranın yeni lideri Trampa meydan oxudu, dirəniş mesajı verdi: “Qəti şəkildə elan edirəm ki…”
Aralıq dənizində zəlzələ olub - 4.7 bal gücündə
Küveyt MN: “Son 24 saat ərzində İranın 3 kruiz raketi və…”
İrandan İsrailə növbəti hücum olub
Paşinyan Putinlə görüşdə: "İrəvan Qarabağı Azərbaycanın tərkibində tanıyıb, üstəlik..."
Putinlə Paşinyan görüşdü - VİDEO
Eldar Əzizov Ramana qəsəbəsində - FOTO
Özbəkistanın Baş naziri Azərbaycana gəlib
Xalq artisti Zaur Rzayevin səhhəti barədə - AÇIQLAMA
"Mənim ömürlük sədr olmaq fikrim yoxdur" - Anar Rzayev
Sabahkı hava ilə bağlı - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Tramp: “İran atəşkəs istəyir, lakin…”
“Kontakt Home” mağazalar şəbəkəsindən şikayətlər artıb - Açıqlama
İcra başçısı 32 nəfəri vəzifədən azad edib
Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb
Masazırda çökən yolla bağlı rəsmi açıqlama yayıldı
FIFA referisi UEFA-dan təyinat alıb
Masallıda fərdi yaşayış evində yanğın - Ölənlər var (Yenilənib)
Arda Gülər: “Çox xoşbəxtik"
Ağdərədə mina partlayıb, yaralı var - Üç qurum birgə məlumat yaydı
AFFA 3 klubu yarışlardan kənarlaşdırıb - SƏBƏB
Masazırda yeni çəkilən yol çöküb - FOTOLAR
İstanbulda zəlzələ olub
Rusiya kəşfiyyatı: “Ukrayna sülh təkliflərini qəbul etməlidir”
İran Parlamenti: “ABŞ-la danışıqlar aparılmayacaq və…”
Tramp ABŞ-ı NATO-dan çıxarır – "Bunu Putin də bilir”
Vilayət Eyvazov 356 vətəndaşı qəbul etdi, rəislərə tapşırıqlar verdi - Nazir polis olmaq istəyənlərin sıra baxışını da keçirib (VİDEO)
Qərb Sənaye Parkı yaradılacaq - Prezident sərəncam imzaladı
AFFA Vaqif Cavadovu yeni vəzifəyə təyin edib
Sabah hava necə olacaq? - Proqnoz
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı qalmaqal böyüyür - Bir nəfər axtarışa verildi
İraqın Ərbil şəhərinə dron hücumu olub – Evlərdən biri vurulub
Türkiyədə çörəyin qiyməti qalxdı - Açıqlama
İSTİNTAQ İDARƏLƏRİ BİRLƏŞDİRİLİR - Nələr olacaq?
İnstitut direktoru vəzifədən azad olunub
Sumqayıtda 46 yaşlı qadın bıçaqlanıb
Apreldə hava necə olacaq? - AYLIQ PROQNOZ
Magistraturaya qəbul imtahanı: ərizə qəbulu başlayıb
Nökerquli Ataquliyev Bakıda belə qarşılandı - FOTOLAR