Yanukoviçin istefası təsdiqləndi: Kiyev nümayişçilərin əlinə keçdi - CANLI YAYIM, (YENİLƏNİB)

img

22-02-2014 [18:24]


Ukrayna prezidenti Viktor Yanukoviçin istefa verməsi haqqında məlumatı onun rəhbərlik etdiyi "Regionlar" Partiyasından olan deputat Yuri Miroşniçenko da təsdiqləyib.

Musavat.com-un "Euronews" telekanalına istinadən verdiyi məlumata görə, Ukrayna paytaxtı tam şəkildə nümayişçilərin nəzarətinə keçib.

Son məlumatlara görə, Ukraynanın Prezident Administrasiyası da müxalifətçilərin əlindədir.

Yaxın dəqiqələrdə prezident V.Yanukoviçin istefa barədə yazılı bəyanatının mətninin rəsmən yayılacağı gözlənilir.

Ancaq V.Yanukoviçin hazırda Xarkovda, yoxsa, Rusiyada olması tam dəqiqliyi ilə məlum deyil.

Daha bir məlumata görə, xalqa divan tutan "Berkut"un komandiri də daxil olmaqla, Ukraynanın 4 güc struktirinin rəhbərləri Ali Radaya gələrək, bundan sonra ölkədə cərəyan edən siyasi proseslərə müdaxilə etməyəcəklərini bəyanlayıblar.


* * * * *
17:05


Ukrayna prezidenti Viktor Yanukoviç bu gün günorta saatlarında istefaya getdiyini açıqlayıb. Onun bu barədə Xarkovda qərar verdiyi bildirilir.

Musavat.com-un məlumatına görə, bu barədə xəbəri Ukraynanın kanal9 televizya kanalı yayıb.

Onun istefa bəyanatı Ali Radanın iclas salonunda oxunacaq.

Avromeydandakı nümayişçilər prezidentin istefa bəyanatını sevinclə qarşılayıblar.
Musavat.com

6480DƏFƏ O

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA