Amerikalı diplomat: “İstanbul zirvə görüşünün nəticələri regionda böyük dəyişikliklərə səbəb olacaq” - "Türkiyə Xəzər bölgəsində vacib oyunçudur”
15-11-2021 [11:38]
“Türk Dövlətləri Təşkilatı regionda iqtisadi inkişafın və sabitliyin katalizatoru rolunu oynaya bilər”.
Bunu ABŞ-ın Atlantik Şurasının böyük elmi işçisi, beynəlxalq ekspert Metyu Brayza bildirib.
O deyib ki, bu il noyabrın 12-də İstanbulda keçirilmiş zirvə görüşündə Türk Şurasının adı Türk Dövlətləri Təşkilatına dəyişdirildi: “Hesab edirəm ki, bu, üzv və müşahidəçi dövlətlər arasında əməkdaşlığın yeni və daha intensiv mərhələsini əks etdirir. Bu təşkilat Aralıq və Qara dənizdən, Xəzər dənizi və onun hüdudlarından kənaradək uzanan regionda iqtisadi inkişafın və sabitliyin katalizatoru rolunu oynaya bilər”.
Ekspert Türkmənistanın Türk Dövlətləri Təşkilatına müşahidəçi kimi qəbul edilməsini alqışladığını bildirib: “Bu addımın regional əməkdaşlığı daha da möhkəmləndirəcəyini gözləyirəm. Türkmənistan və Azərbaycan artıq logistika sahəsində vacib oyunçular kimi birgə fəaliyyət göstərərək malların Avropadan Mərkəzi Asiyaya və onun hüdudlarından kənara və əksinə, etibarlı daşınmasını təmin edir”.
Onun sözlərinə görə, İkinci Qarabağ müharibəsindən sonra bu imkanlar daha da genişləndi, regionun təhlükəsizliyi isə daha sabit və öncədən müəyyən edilən hala gəldi.
“Müharibənin başa çatması haqqında 2020-ci il 10 noyabr tarixli bəyanat və onun “Bölgədəki nəqliyyat əlaqələri bərpa edilir” bəndi yeni iqtisadi artım imkanları üçün yol açmış oldu. Nəticədə, Zəngəzur dəhlizi layihəsi yüklərin avtomobil yolları və son nəticədə, dəmir yolu vasitəsilə daşınması üçün yeni marşrutun əsasını qoyur. Bu həmçinin potensial olaraq, gələcəkdə boru xətti vasitəsilə karbohidrogen ehtiyatlarının daşınmasına şərait yaradır. Bu cür yeni tranzit əlaqələri yeni iş yerlərinin yaradılmasına şərait yaradacaq, yeni investisiyaların stimullaşdırılması baxımından vacib əhəmiyyətə malik olacaq, iqtisadi artımı stimullaşdıracaq, həmçinin bütün Böyük Xəzər bölgəsində regional iqtisadi əməkdaşlığa imkan yaradacaq, bu isə Azərbaycan və Ermənistan arasında sülhün möhkəmləndirilməsi və saxlanmasına öz töhfəsini verəcək”, - M.Brayza diqqətə çatdırıb.
Ekspert həmçinin ötən həftə İstanbulda keçirilmiş zirvə görüşünün Türkiyə və Azərbaycan arasında əməkdaşlığın görünməmiş səviyyəyə çatdığını bir daha nümayiş etdirdiyini qeyd edib: “Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Prezidenti İlham Əliyevə Türk dünyasının Ali Ordenini təqdim edərkən Azərbaycan İkinci Qarabağ müharibəsindəki qələbəsi ilə bağlı dediyi xoş sözlərdə də görmək olar. Təhlükəsizlik Şurası 1993-cü ildən etibarən Ermənistanın, təxminən, 30 il ərzində qanunsuz olaraq işğal etdiyi Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxmasını tələb edirdi. Bu səbəbdən, Azərbaycanın İstanbulda keçirilmiş zirvə görüşü zamanı Türk Dövlətləri Təşkilatına sədrliyi Türkiyəyə təhvil verməsi həm simvolik, həm də strateji əhəmiyyətə malikdir. NATO-da ikinci ən böyük orduya, nəhəng və şaxələndirilmiş sənaye bazasına və 80 milyonluq əhaliyə malik Türkiyə həqiqətən də Türk Dövlətləri Təşkilatında və bütün Böyük Xəzər bölgəsində vacib oyunçudur”/Report.
İranın keçmiş XİN başçısı ağır yaralanıb – Həyat yoldaşı isə hadisə yerində həlak olub
Polşa MN: “ABŞ olmadan NATO, NATO olmadan güclü ABŞ ola bilməz”
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İranın yeni lideri Trampa meydan oxudu, dirəniş mesajı verdi: “Qəti şəkildə elan edirəm ki…”
Aralıq dənizində zəlzələ olub - 4.7 bal gücündə
Küveyt MN: “Son 24 saat ərzində İranın 3 kruiz raketi və…”
İrandan İsrailə növbəti hücum olub
Paşinyan Putinlə görüşdə: "İrəvan Qarabağı Azərbaycanın tərkibində tanıyıb, üstəlik..."
Putinlə Paşinyan görüşdü - VİDEO
Eldar Əzizov Ramana qəsəbəsində - FOTO
Özbəkistanın Baş naziri Azərbaycana gəlib
Xalq artisti Zaur Rzayevin səhhəti barədə - AÇIQLAMA
"Mənim ömürlük sədr olmaq fikrim yoxdur" - Anar Rzayev
Sabahkı hava ilə bağlı - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Tramp: “İran atəşkəs istəyir, lakin…”
“Kontakt Home” mağazalar şəbəkəsindən şikayətlər artıb - Açıqlama
İcra başçısı 32 nəfəri vəzifədən azad edib
Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb
Masazırda çökən yolla bağlı rəsmi açıqlama yayıldı
FIFA referisi UEFA-dan təyinat alıb
Masallıda fərdi yaşayış evində yanğın - Ölənlər var (Yenilənib)
Arda Gülər: “Çox xoşbəxtik"
Ağdərədə mina partlayıb, yaralı var - Üç qurum birgə məlumat yaydı
AFFA 3 klubu yarışlardan kənarlaşdırıb - SƏBƏB
Masazırda yeni çəkilən yol çöküb - FOTOLAR
İstanbulda zəlzələ olub
Rusiya kəşfiyyatı: “Ukrayna sülh təkliflərini qəbul etməlidir”
İran Parlamenti: “ABŞ-la danışıqlar aparılmayacaq və…”
Tramp ABŞ-ı NATO-dan çıxarır – "Bunu Putin də bilir”
Vilayət Eyvazov 356 vətəndaşı qəbul etdi, rəislərə tapşırıqlar verdi - Nazir polis olmaq istəyənlərin sıra baxışını da keçirib (VİDEO)
Qərb Sənaye Parkı yaradılacaq - Prezident sərəncam imzaladı
AFFA Vaqif Cavadovu yeni vəzifəyə təyin edib
Sabah hava necə olacaq? - Proqnoz
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı qalmaqal böyüyür - Bir nəfər axtarışa verildi
İraqın Ərbil şəhərinə dron hücumu olub – Evlərdən biri vurulub
Türkiyədə çörəyin qiyməti qalxdı - Açıqlama
İSTİNTAQ İDARƏLƏRİ BİRLƏŞDİRİLİR - Nələr olacaq?
İnstitut direktoru vəzifədən azad olunub
Sumqayıtda 46 yaşlı qadın bıçaqlanıb
Apreldə hava necə olacaq? - AYLIQ PROQNOZ
Magistraturaya qəbul imtahanı: ərizə qəbulu başlayıb
Nökerquli Ataquliyev Bakıda belə qarşılandı - FOTOLAR