Partiya sədrindən sərt açıqlama: "Bu gün həyat yoldaşına əlavə maaş istəyirlərsə, sabah oğluna, biri gün..."
13-11-2021 [18:31]
Xəbər verdiyimiz kimi, Azərbaycan Xarici İşlər Nazirliyi ölkənin xaricdəki diplomatik nümayəndəliklərində işləyən diplomatlarla bağlı yeni təklif verib.
“Xarici İşlər Nazirliyi xaricdəki diplomatik nümayəndəliklərdə işləyən diplomatlarla bağlı bizə müraciət ediblər. Təklif edirlər ki, səfirlərin, diplomatların həyat yoldaşlarına da maaş təyin olunsun”, – deyə maliyyə naziri Samir Şərifov bildirib.
Mia.az-ın məlumatına görə, Ağ Partiyanın sədri Tural Abbaslı vurğulayıb ki, səfirliklər, konsulluqlar təmsil olunduğu ölkədə daim öz ölkəsinin maraqlarını təmin etməyə çalışamalı olan bir qurumdur:
"Bizə dost olmayan ölkələrdə belə səfirliklərimiz fəaliyyət göstərir. Onlar orada Azərbaycanın marağını, dəyərlərini, obrazını, kimliyini müdafiə edən bir orqandır. Amma təəssüf ki, bu təklifi verən adamlar bizim diplomatik korpusda fəaliyyət göstərir. Siz bir müharibənin ortasındasınız, necə öz rahatlığınız, əlavə firavanlığınızı düşünə bilərsiniz? Heç kimə sirr deyil ki, Azərbaycan səfirləri dünyanın harasında olursa-olsunlar çox yüksək səviyyədə yaşayırlar. Yəni kasıblıq, yoxsulluq çəkmirlər”.
Tural Abbaslı qeyd edib ki, əgər buna biznes kimi baxırlarsa, aldıqları məvacibdən daha çox məvacib təklif olunsa, oradakı fəaliyyətlərini, postlarını təhvil verəcəklər: “Bu gün həyat yoldaşına əlavə maaş istəyirlərsə, sabah oğluna, biri gün atasına da maaş verin deyəcəklər. Bu, savaş ruhuna, diplomatik danışıqlara uyğun deyil. Ən azından bunu təklif edənlər Topçubaşovdan utanmalıdır. Topçubaşov Azərbaycanın müstəqilliyini tanıtmağa çalışdığı Paris Sülh Konfransında xaricdə qaldığı müddətdə heç bir maaş istəmirdi. Sadəcə xahiş edir ki, heç olmasa qaldığım otelin pulunu ödəyin, işimi görüm. Topçubaşovun “davamçıları” bu gün deyirlər ki, bizim yoldaşlarımıza da maaş verin. Bu, utancverici təklifdir.
Digər tərəfdən, əgər kiminsə həyat yoldaşına maaş veriləcəksə, bu maaşlar ilk öncə cəbhə xəttində fəaliyyət göstərən zabitlərin həyat yoldaşlarına verilməlidir. İllərlə zabitlərimiz ailə-uşaqları ilə rayon-rayon gəzir, ev, yuva qura bilmirlər.
Pandemiya şəraitində bu təklifi hazırlayanları qınayıram. Sabah deyəcəklər, boşanmış səfirlərin həyat yoldaşlarına alimenti də dövlət versin. Bu, Azərbaycanın qalib, vətənpərvərlik, fədakarlıq əhval-ruhiyəsinə qətiyyən uyğun gəlməyən bir təklifdir”.
İranın keçmiş XİN başçısı ağır yaralanıb – Həyat yoldaşı isə hadisə yerində həlak olub
Polşa MN: “ABŞ olmadan NATO, NATO olmadan güclü ABŞ ola bilməz”
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İranın yeni lideri Trampa meydan oxudu, dirəniş mesajı verdi: “Qəti şəkildə elan edirəm ki…”
Aralıq dənizində zəlzələ olub - 4.7 bal gücündə
Küveyt MN: “Son 24 saat ərzində İranın 3 kruiz raketi və…”
İrandan İsrailə növbəti hücum olub
Paşinyan Putinlə görüşdə: "İrəvan Qarabağı Azərbaycanın tərkibində tanıyıb, üstəlik..."
Putinlə Paşinyan görüşdü - VİDEO
Eldar Əzizov Ramana qəsəbəsində - FOTO
Özbəkistanın Baş naziri Azərbaycana gəlib
Xalq artisti Zaur Rzayevin səhhəti barədə - AÇIQLAMA
"Mənim ömürlük sədr olmaq fikrim yoxdur" - Anar Rzayev
Sabahkı hava ilə bağlı - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Tramp: “İran atəşkəs istəyir, lakin…”
“Kontakt Home” mağazalar şəbəkəsindən şikayətlər artıb - Açıqlama
İcra başçısı 32 nəfəri vəzifədən azad edib
Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb
Masazırda çökən yolla bağlı rəsmi açıqlama yayıldı
FIFA referisi UEFA-dan təyinat alıb
Masallıda fərdi yaşayış evində yanğın - Ölənlər var (Yenilənib)
Arda Gülər: “Çox xoşbəxtik"
Ağdərədə mina partlayıb, yaralı var - Üç qurum birgə məlumat yaydı
AFFA 3 klubu yarışlardan kənarlaşdırıb - SƏBƏB
Masazırda yeni çəkilən yol çöküb - FOTOLAR
İstanbulda zəlzələ olub
Rusiya kəşfiyyatı: “Ukrayna sülh təkliflərini qəbul etməlidir”
İran Parlamenti: “ABŞ-la danışıqlar aparılmayacaq və…”
Tramp ABŞ-ı NATO-dan çıxarır – "Bunu Putin də bilir”
Vilayət Eyvazov 356 vətəndaşı qəbul etdi, rəislərə tapşırıqlar verdi - Nazir polis olmaq istəyənlərin sıra baxışını da keçirib (VİDEO)
Qərb Sənaye Parkı yaradılacaq - Prezident sərəncam imzaladı
AFFA Vaqif Cavadovu yeni vəzifəyə təyin edib
Sabah hava necə olacaq? - Proqnoz
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı qalmaqal böyüyür - Bir nəfər axtarışa verildi
İraqın Ərbil şəhərinə dron hücumu olub – Evlərdən biri vurulub
Türkiyədə çörəyin qiyməti qalxdı - Açıqlama
İSTİNTAQ İDARƏLƏRİ BİRLƏŞDİRİLİR - Nələr olacaq?
İnstitut direktoru vəzifədən azad olunub
Sumqayıtda 46 yaşlı qadın bıçaqlanıb
Apreldə hava necə olacaq? - AYLIQ PROQNOZ
Magistraturaya qəbul imtahanı: ərizə qəbulu başlayıb
Nökerquli Ataquliyev Bakıda belə qarşılandı - FOTOLAR