Əli Əsədov MDB-nin iclasında: "Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası və..."
12-11-2021 [17:50]
Müstəqil Dövlətlər Birliyi (MDB) Hökumət Başçıları Şurasının videokonfrans formatında iclası keçirilib.
Nazirlər Kabinetindən Mia.az-a verilən məlumata görə, Azərbaycanın Baş naziri Əli Əsədov iclasda iştirak edib.
Ə.Əsədov iclasın gündəliyində duran məsələlərlə bağlı çıxış edib
Bu il MDB-nin yaradılmasının 30 illiyinin qeyd olunduğunu qeyd edən Baş nazir bildirib ki, ötən müddət ərzində Birlik mürəkkəb formalaşma və inkişaf yolu keçərək beynəlxalq aləmdə layiqli nüfuz qazanıb.
Azərbaycanın ənənəvi olaraq MDB-də iştirakına və Birlik çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığın inkişafına böyük önəm verdiyi vurğulanıb.
A.Əsədov Şura üzvlərinin diqqətini Azərbaycanın 44 günlük Vətən müharibəsində qələbəsinə yönəldib. O bildirib ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə uyğun olaraq, işğal olunmuş ərazilərinin azad edilməsini və ərazi bütövlüyünün bərpasını təmin edib.
Azərbaycan ərazilərinin işğaldan azad edilməsi həmin regionda dəhşətli dağıntıların miqyasını üzə çıxardığı, orada Azərbaycan xalqının tarixi-mədəni və dini irsinin qəsdən məhv edilməsi siyasətinin həyata keçirildiyi, urbisid, kultursid və ekosid törədildiyi qeyd edildi.
Diqqətə çatdırıldı ki, Azərbaycan işğaldan azad edilmiş ərazilərin bərpası, məcburi köçkünlərin öz doğma yurdlarına təhlükəsiz və ləyaqətli qayıdışının təmin edilməsi üçün çox böyük işlər görməlidir.
Əsas vəzifənin işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi olduğunu qeyd edən Baş nazir Ermənistan tərəfindən minalanmış ərazilərin dəqiq xəritələrinin Azərbaycana təhvil verilməsinin vacibliyini vurğulayıb.
Regionda uzunmüddətli sülhə və sabitliyə nail olmaq üçün iqtisadi əlaqələrin bərpasının əhəmiyyəti qeyd edilib. Bununla bağlı bildirilib ki, regionda nəqliyyat kommunikasiyalarının açılması həm Azərbaycanın, həm Ermənistanın, həm də bütün region ölkələrinin maraqlarına cavab verir.
Ə.Əsədov qeyd edib ki, nəqliyyat marşrutlarının açılması təkcə region miqyasında deyil, Birliyə üzv olan bütün dövlətlər arasında ticarət-iqtisadi əlaqələrin inkişafına böyük təkan verəcək. Həmçinin hər iki ölkənin ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası və demarkasiyası prosesinə tez bir zamanda başlanmasının vacibliyi vurğulanıb.
Qeyd olunub ki, Azərbaycan maksimum konstruktivlik və xoşməramlılıq nümayiş etdirərək beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində bir-birinin suverenliyinə və ərazi bütövlüyünə qarşılıqlı hörmət əsasında Ermənistanla münasibətləri normallaşdırmağa, hətta sülh müqaviləsini imzalamağa hazırdır.
Baş nazir, həmçinin Azərbaycanın koronavirus infeksiyası ilə mübarizə sahəsində həyata keçirdiyi təxirəsalınmaz tədbirlərdən söz açıb. Bildirilib ki, Azərbaycan cari ilin yanvar ayından regionda peyvəndlənməyə ilk başlayan ölkələrdən biri olub. Diqqətə çatdırılıb ki, peyvəndlənmə tamamilə könüllülük əsasında həyata keçirilir və vətəndaşlara hansı peyvəndlə vaksinasiya olunmaqları ilə bağlı seçim imkanı verilib.
MDB məkanında əməkdaşlığın bundan sonra da hərtərəfli inkişaf edəcəyinə əminlik ifadə olunub.
Sonra MDB Hökumət Başçıları Şurasının digər üzvlərinin çıxışları oldu, MDB-də iqtisadi əməkdaşlığın aktual məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Ermənistanın Baş nazirinin müavini Mqer Qriqoryan öz çıxışında əsassız olaraq Azərbaycanı Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 2020-ci il 9/10 noyabr tarixli razılaşmalarının icrasını təhlükə altına almaqda ittiham edib. Nəqliyyat kommunikasiyası məsələsinə toxunan M.Qriqoryan bildirib ki, Azərbaycan guya güc tətbiqi hədələri ilə müşayiət olunan dəhliz ideyasını şişirdərək onu təbliğ edir. Ermənistanın Baş nazirinin müavini, həmçinin Azərbaycanı guya erməni “hərbi əsirləri”ni saxlamaqda ittiham edib.
Ümumi fikir mübadiləsindən sonra Baş nazir Ə.Əsədov MDB Hökumət Başçıları Şurasının sədrinə müraciət edərək söz götürüb və Ermənistan tərəfinin yalan dolu ittihamlarına cavab verib. A.Əsədov qeyd edib ki, 44 günlük müharibə artıq başa çatıb və Azərbaycan 30 ilə yaxındır ki, işğal altında olan torpaqlarını azad edib.
Baş nazir bir daha diqqətə çatdırdı ki, Azərbaycan birgə Bəyanatın bütün bəndlərinə tam sadiqdir və bundan sonra da onları yerinə yetirəcəkdir.
Bəyanatın regionda bütün nəqliyyat kommunikasiyalarının açılmasını nəzərdə tutan 9-cu bəndinə toxunan Ə.Əsədov xatırlatdı ki, bu məsələyə Azərbaycanın Baş nazirinin müavini, Rusiya hökuməti sədrinin müavini və iclasda iştirak edən Ermənistanın Baş nazirinin müavinin həmsədrliyi ilə işçi qrup çərçivəsində baxılır. “Bu baxımdan Azərbaycanın guya bu məsələlərin həllini güc tətbiqi və ya hədə-qorxu ilə müşayiət etməsi ilə bağlı bəyanata gəldikcə, zənnimcə, burada artıq şərhə ehtiyac yoxdur. Çunki bu məsələlərə işçi qrup çərçivəsində baxılır, və bu, təkcə Azərbaycanın deyil, regionun digər nümayəndələrinin də bu yaxınlarda bəyan etdiyi kimi, bütün region ölkələrinin maraqlarına cavab verir”.
Baş nazir, həmçinin M.Qriqoryanın rəsmi Bakının guya erməni “hərbi əsirləri”ni əsirlikdə saxlaması ilə bağlı böhtan dolu açıqlamasına da cavab verdi. Ə.Əsədov bəyan etdi ki, Azərbaycan hərbi əsirlərlə bağlı birgə Bəyanatın müvafiq bəndinə tam əməl edir. Baş nazir Rusiya Xarici İşlər Nazirliyinin 2021-ci il 9 noyabr tarixli bəyanatına istinad edərək bildirdi ki, Rusiya sülhməramlılarının iştirakı ilə 2020-ci il dekabrın 2-dən ümumilikdə 122 hərbi əsir və saxlanılan şəxs geri qaytarılıb. Onlardan 105-i Ermənistana, 17-si isə Azərbaycana qaytarılıb.
Vurğulandı ki, üçtərəfli Bəyanatın imzalanmasından iki həftədən artıq müddət keçəndən sonra Ermənistan tərəfindən 62 nəfərdən ibarət silahlı qruplaşma təxribat törətmək məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin arxa cəbhəsinə, artıq işğaldan azad edilmiş ərazilərə atılıb və onlar tərksilah edilərək Azərbaycan hərbçiləri tərəfindən saxlanılıb. Qeyd edildi ki, bütün beynəlxalq konvensiyalara uyğun olaraq, bu şəxslər hərbi əsir sayıla bilməz.
Baş nazir bildirdi ki, buna baxmayaraq, Azərbaycan həmin şəxslərdən 29-nu Ermənistan tərəfinə qaytarıb, bu qrupdan olan digər 33 nəfər isə törətdikləri cinayətlərə görə Azərbaycan məhkəmələri tərəfindən müxtəlif müddətlərə məhkum edilib.
Həmçinin qeyd olundu ki, cari ilin sentyabrın 23-də BMT Baş Assambleyasının 76-cı Sessiyasında Azərbaycan öz ərazisində artıq Dağlıq Qarabağ adında inzibati ərazi vahidinin olmadığını bəyan etmişdir. “Azərbaycanda Qarabağ iqtisadi rayonu və Şərqi Zəngəzur iqtisadi rayonu var”, - Ə.Əsədov çıxışını yekunlaşdırıb.
İclas zamanı MDB Hökumət Başçıları Şurasının növbəti iclasının 2022-ci ilin mayında Qazaxıstan Respublikasında keçirilməsinə dair qərar qəbul edilib.
Sonda bir sıra sənədlər imzalanıb.
İranın keçmiş XİN başçısı ağır yaralanıb – Həyat yoldaşı isə hadisə yerində həlak olub
Polşa MN: “ABŞ olmadan NATO, NATO olmadan güclü ABŞ ola bilməz”
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İranın yeni lideri Trampa meydan oxudu, dirəniş mesajı verdi: “Qəti şəkildə elan edirəm ki…”
Aralıq dənizində zəlzələ olub - 4.7 bal gücündə
Küveyt MN: “Son 24 saat ərzində İranın 3 kruiz raketi və…”
İrandan İsrailə növbəti hücum olub
Paşinyan Putinlə görüşdə: "İrəvan Qarabağı Azərbaycanın tərkibində tanıyıb, üstəlik..."
Putinlə Paşinyan görüşdü - VİDEO
Eldar Əzizov Ramana qəsəbəsində - FOTO
Özbəkistanın Baş naziri Azərbaycana gəlib
Xalq artisti Zaur Rzayevin səhhəti barədə - AÇIQLAMA
"Mənim ömürlük sədr olmaq fikrim yoxdur" - Anar Rzayev
Sabahkı hava ilə bağlı - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Tramp: “İran atəşkəs istəyir, lakin…”
“Kontakt Home” mağazalar şəbəkəsindən şikayətlər artıb - Açıqlama
İcra başçısı 32 nəfəri vəzifədən azad edib
Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb
Masazırda çökən yolla bağlı rəsmi açıqlama yayıldı
FIFA referisi UEFA-dan təyinat alıb
Masallıda fərdi yaşayış evində yanğın - Ölənlər var (Yenilənib)
Arda Gülər: “Çox xoşbəxtik"
Ağdərədə mina partlayıb, yaralı var - Üç qurum birgə məlumat yaydı
AFFA 3 klubu yarışlardan kənarlaşdırıb - SƏBƏB
Masazırda yeni çəkilən yol çöküb - FOTOLAR
İstanbulda zəlzələ olub
Rusiya kəşfiyyatı: “Ukrayna sülh təkliflərini qəbul etməlidir”
İran Parlamenti: “ABŞ-la danışıqlar aparılmayacaq və…”
Tramp ABŞ-ı NATO-dan çıxarır – "Bunu Putin də bilir”
Vilayət Eyvazov 356 vətəndaşı qəbul etdi, rəislərə tapşırıqlar verdi - Nazir polis olmaq istəyənlərin sıra baxışını da keçirib (VİDEO)
Qərb Sənaye Parkı yaradılacaq - Prezident sərəncam imzaladı
AFFA Vaqif Cavadovu yeni vəzifəyə təyin edib
Sabah hava necə olacaq? - Proqnoz
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı qalmaqal böyüyür - Bir nəfər axtarışa verildi
İraqın Ərbil şəhərinə dron hücumu olub – Evlərdən biri vurulub
Türkiyədə çörəyin qiyməti qalxdı - Açıqlama
İSTİNTAQ İDARƏLƏRİ BİRLƏŞDİRİLİR - Nələr olacaq?
İnstitut direktoru vəzifədən azad olunub
Sumqayıtda 46 yaşlı qadın bıçaqlanıb
Apreldə hava necə olacaq? - AYLIQ PROQNOZ
Magistraturaya qəbul imtahanı: ərizə qəbulu başlayıb
Nökerquli Ataquliyev Bakıda belə qarşılandı - FOTOLAR