Bakıda şəhid kapitan Nəcəf Şikarovun adına park və xatirə lövhəsinin açılışı olub
11-11-2021 [14:35]
Bakının Xətai rayonunda Vətən müharibəsi şəhidi kapitan Nəcəf Şikar oğlu Şikarovun adına parkın və qəhrəmanın xatirə lövhəsinin açılışı olub.
Mia.az xəbər verir ki, şəhidin vaxtilə yaşadığı General Şıxlinski küçəsi 49 ünvanında keçirilən mərasimdə Xətai Rayon İcra Hakimiyyətinin (RİH) rəsmiləri, şəhidin ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Daha sonra dövlət himni səsləndirilib.
Mərasimdə məktəblilərin ifasında ədəbi-bədii kompozisiya nümayiş etdirilib.
Çıxış edənlər şəhidin qəhrəmanlığından, vətənpərvərliyindən söz açıblar, onunla bağlı xatirələrini bölüşüblər.
Qeyd edək ki, Nəcəf Şikarov 1985-ci il yanvarın 24-də Şamaxı şəhərində anadan olub. Xətai rayonunda 24 nömrəli tam tam orta məкtəbdə, 1999-2002-ci illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. Daha sonra təhsilini Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məкtəbində (AAHM) davam etdirib. N.Şikarov 2007-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində xidmətə başlayıb.
O, Qarabağ uğrunda gedən döyüşlərdə xüsusi şücaəti ilə seçilib. Şuşa-Xocavənd döyüşlərində iştirak edib. Füzuli rayonunun Alxanlı kəndi istiqamətində mühasirəyə düşən əsgər və zabit heyətinə yardım etmək üçün düşmən səngərinə daxil olub. İki ermənini silahla, digərini əlləri ilə boğaraq öldürüb. Lakin düşmən gülləsi onu şəhidlik zirvəsinə ucaldıb. Onun nəşi İkinci Fəxri xiyabanda torpağa tapşırılıb.
N.Şikarov Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən, ölümündən sonra "Vətən uğrunda", "Qarabağ" ordeni, "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.
Xatırladaq ki, Nəcəf Şikarovun atası da Birinci Qarabağ döyüşlərində iştirak edib, üç dəfə yaralanmasına baxmayaraq, döyüşlərə yenidən qayıdıb.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi