Azərbaycan Rusiyadan cavab gözləyir – Vəziyyət gərginləşməyə doğru gedir
11-11-2021 [09:17]
"Ermənistanın müdafiə naziri Arşak Karapetyanın rus sülhməramlılarının müvəqqəti nəzarətindəki Azərbaycan ərazilərinə səfəri çox böyük bir təxribatdır".
Mia.az xəbər verir ki, bunu Milli.Az-a açıqlamasında politoloq Fərhad Məmmədov deyib.
O bildirib ki, Azərbaycan hakimiyyəti Rusiyaya vaxt verir ki, Paşinyanın bu təxribatlarının qarşısı alınsın:
"Digər təxribatları - əsgərlər arasında atışmalar və yaxud mülki şəxslərin iştirakı ilə olan insidentlər, bunlar hamısı xüsusi planlaşdırılmamış, anidən əmələ gələn məsələlər ola bilər. Amma Ermənistanın hökümət üzvü, ələxsus müdafiə naziri və XİN rəhbəri, - hanıslar ki, Azərbaycan-Ermənistan münasibətlərində məhz bu iki vəzifə xüsusi önəm daşıyır, - Azərbaycan ərazisinə qanunsuz səfəri birbaşa olan təxribatdır.
Biz görürük ki, vacib sənədlərin qəbul olunması ərəfəsində bu prosesi dayandırmaq, ləngitmək üçün Ermənistan rəhbərliyi bir neçə xırdalı-böyüklü təxribatlara gedib. Həm Kəlbəcərdə mülki texnikanın atəşə tutulması fonunda, həm Qaragöl ətrafında baş verən son hadisələr fonunda bunu gördük. Ən böyük təxribat isə təbii ki, müdafiə naziri Arşak Karapetyanın Azərbaycan ərazisinə səfəri idi. Çünki Ermənistan rəhbərliyi çox yaxşı bilir ki, Azərbaycanın buna reaksiyası necə olacaq. Bu da öz növbəsinə son həftələr ərzində yaranmış müsbət dinamikaya xələl gətirə bilər.
Maraqlısı ondan ibarətdir ki, Azərbaycan Müdafiə Nazirliyi və Xarici İşlər Nazirliyi öz bəyanatlarında ancaq Ermənistan tərəfini təxribatda günahlandırdı. Rusiya sülhməramlılarının fəaliyyəti ilə bağlı isə narazılıq formasında heç bir ifadə yer almadı. Bəyanatlarda Ermənistanın Rusiya sülhməramlılarının fəaliyyətinə kölgə saldığını ifadə etdi. Amma keçmiş bəyanatlarda Qarabağla bağlı olan problemli məsələlərin işıqlandırılması zamanı Azərbaycan tərəfi Ermənistanın adını çəkmirdi, ancaq Rusiya sülhməramlılarının qarşılarına bir iddia kimi məsələ qaldırırdı. Bu indiki forma onu göstərir ki, Azərbaycan Rusiyadan cavab gözləyir. Çünki məhz Rusiyadan (Peskov tərəfindən - red) üçtərəfli görüşün olması haqqında məlumatlar daxil olmuşdu, məhz Rusiyanın baş nazirinin müavini bu yaxınlarda İrəvana səfər edib, Nikol Paşinyanla görüşmüşdü və yenidən kommunikasiyaların açılması ilə bağlı tam təfsilatı ilə məlumat vermişdi.
Belə görünür ki, Azərbaycan hakimiyyəti Rusiyaya vaxt verir ki, Paşinyanın bu təxribatlarının qarşısı alınsın və o, nəhayət götürdüyü öhdəlikləri həyata keçirsin, yəni kommunikasiyların açılması ilə bağlı prosesə start versin. Düşünürəm ki, bu müddət çox qısa bir müddət olacaqdır və daha sonra əgər Rusiya tərəfindən hər hansısa bir addım atılmasa Azərbaycan artıq birtəfərli qaydada öz tədbirlərini həyata keçirəcək. Çünki keçmiş bəyanatlarda Rusiya sülhməramlılarının fəaliyyət(sizliy)inə qarşı fikirlər səsləndirilirdi, bu dəfə bu fikirlər səsləndirilmədi. Elə bir təəssürat yaranır ki, Rusiya Ermənistanı təhrik edir, stimullaşdırır ki, o, bu sənədləri qəbul etsin, Ermənistan onu etmir. Əksinə olaraq təxribatlar törədir ki, bu proses baş verməsin, günahı da Azərbaycanın üzərinə atsınlar. Azərbaycan da elə bil ki, Rusiyaya belə bir imkan yaradır ki, Ermənistanı kosntruktiv yola çəksin.
Doğrusu hazırki vəziyyət mənə 2020-ci ilin yaz aylarını xatırladır. Nə vaxt ki, Lavrov bildirmişdi ki, masa üzərində mərhələli plan var və müzakirə olunur. 2 saatdan sonra Ermənistanın XİN rəhbəri Lavrovun açıqlamasını yalanlamışdı, demişdi ki, elə bir sənəd yoxdur. Və bu, açıq aydın o demək idi ki, Ermənistan hətta danışıqlardan imtina edir. İndiki vəziyyət də həmin vəziyyəti xatırladır. Ermənistanın bu təxribatı da həmin hərəkətlərin təkrarıdır. Onun nəticəsi də müharibə ilə nəticələndi və Ermənistan ağır məğlubiyyətə uğradı. Ermənistani Azərbaycan nəyə ümid edir, onu zaman göstərəcək".
Təhməz Əsədov
Milli.Az
İranın keçmiş XİN başçısı ağır yaralanıb – Həyat yoldaşı isə hadisə yerində həlak olub
Polşa MN: “ABŞ olmadan NATO, NATO olmadan güclü ABŞ ola bilməz”
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İranın yeni lideri Trampa meydan oxudu, dirəniş mesajı verdi: “Qəti şəkildə elan edirəm ki…”
Aralıq dənizində zəlzələ olub - 4.7 bal gücündə
Küveyt MN: “Son 24 saat ərzində İranın 3 kruiz raketi və…”
İrandan İsrailə növbəti hücum olub
Paşinyan Putinlə görüşdə: "İrəvan Qarabağı Azərbaycanın tərkibində tanıyıb, üstəlik..."
Putinlə Paşinyan görüşdü - VİDEO
Eldar Əzizov Ramana qəsəbəsində - FOTO
Özbəkistanın Baş naziri Azərbaycana gəlib
Xalq artisti Zaur Rzayevin səhhəti barədə - AÇIQLAMA
"Mənim ömürlük sədr olmaq fikrim yoxdur" - Anar Rzayev
Sabahkı hava ilə bağlı - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Tramp: “İran atəşkəs istəyir, lakin…”
“Kontakt Home” mağazalar şəbəkəsindən şikayətlər artıb - Açıqlama
İcra başçısı 32 nəfəri vəzifədən azad edib
Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb
Masazırda çökən yolla bağlı rəsmi açıqlama yayıldı
FIFA referisi UEFA-dan təyinat alıb
Masallıda fərdi yaşayış evində yanğın - Ölənlər var (Yenilənib)
Arda Gülər: “Çox xoşbəxtik"
Ağdərədə mina partlayıb, yaralı var - Üç qurum birgə məlumat yaydı
AFFA 3 klubu yarışlardan kənarlaşdırıb - SƏBƏB
Masazırda yeni çəkilən yol çöküb - FOTOLAR
İstanbulda zəlzələ olub
Rusiya kəşfiyyatı: “Ukrayna sülh təkliflərini qəbul etməlidir”
İran Parlamenti: “ABŞ-la danışıqlar aparılmayacaq və…”
Tramp ABŞ-ı NATO-dan çıxarır – "Bunu Putin də bilir”
Vilayət Eyvazov 356 vətəndaşı qəbul etdi, rəislərə tapşırıqlar verdi - Nazir polis olmaq istəyənlərin sıra baxışını da keçirib (VİDEO)
Qərb Sənaye Parkı yaradılacaq - Prezident sərəncam imzaladı
AFFA Vaqif Cavadovu yeni vəzifəyə təyin edib
Sabah hava necə olacaq? - Proqnoz
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı qalmaqal böyüyür - Bir nəfər axtarışa verildi
İraqın Ərbil şəhərinə dron hücumu olub – Evlərdən biri vurulub
Türkiyədə çörəyin qiyməti qalxdı - Açıqlama
İSTİNTAQ İDARƏLƏRİ BİRLƏŞDİRİLİR - Nələr olacaq?
İnstitut direktoru vəzifədən azad olunub
Sumqayıtda 46 yaşlı qadın bıçaqlanıb
Apreldə hava necə olacaq? - AYLIQ PROQNOZ
Magistraturaya qəbul imtahanı: ərizə qəbulu başlayıb
Nökerquli Ataquliyev Bakıda belə qarşılandı - FOTOLAR