Məktəblinin dostunu görəndə “dovşana”, yeni kadrları görəndə “əjdahaya” dönən direktorlar...
10-11-2021 [18:01]
Elşən Qafarov,
Təhsil eksperti
***
Ötən əsrdə dünyada, o cümlədən hələ Sovet imperiyası tərkibində olan Azərbaycanda ümumi təhsil məktəblərinin direktorları adətən daha yaradıcı və ya qabaqcıl müəllimlər arasından təyin olunardı.
Direktorların işə müsabiqə yolu ilə təyin olunması ilk dəhə keçən əsrin 50-ci illərində ABŞ-da başlandı. Aparılmış tədqiqatların nəticəsində məlum olmuşdur ki , heç də yaradıcı və ya qabaqcıl müəllim həmişə uğurlu məktəb direktoru ola bilmir.
Direktorların idarəetmə bacarıqları onların liderlik və psixoloji biliklərinin yoxlanılması yolu ilə həyata keçirilmiş, müsabiqədən keçən namizədlər isə müxtəlif kurslara və təlimlərə cəlb olunmaqla məktəblərə təyinatları həyata keçirilmişdir.
Artıq 70-ci illərdə ABŞ-da pedaqoji sahədə kadr hazırlayan ali məktəblərdə təhsilin idarə edilməsi fənni (School menecment) tədris olunmağa başlanılır.80-ci illərdə bu preses Avropa , eləcə də təhsili inkişaf etməkdə olan digər ölkələrə yayılmışdır.
Azərbaycanda ümumitəhsil məktəblərinin rəhbər işçiləri üçün hələ sovet dövründə, eləcə də müstəqillik dövründə müxtəlif təlimlər və kurslar təşkil olunsa da, məktəb direktorlarının müsabiqə yolu ilə işə qəbulu prosesi 2014-cu ildə, Mikayıl Cabbarovun Təhsil naziri olduğu dövrdə başlandı.
İlk olaraq, “Uğur Sertifikatı”, “Bu günün və sabahın direktorları” və digər adlar altında keçmiş Qafqaz Universiteti, Xəzər Universiteti, İqtisadiyyat Uniersiteti ( UNEC), hətda bir əlavə təhsil mərkəzi ilə birlikdə təlimlər təşkil olundu. Bu təlimlər Bakı şəhərində ( 1 dəfə Gəncə şəhərində təşkil olunmuşdu) təşkil olunduğuna görə, yalnız Bakı və Sumqayıt şəhərlərində yerləşən məktəblərdə, o cümlədən bu şəhərlərdə yerləşən hazırda işğaldan azad olunan rayonların məktəblərində çalışan təhsilverənlərin qoşulmaq imkanı olurdu.
İlk dəfə Azərbaycan Respublikasında məktəb direktorların işə qəbulu mərkəzləşmiş qaydada Təhsil nazirinin 3 mart 2017-ci il tarixli 126 №-li əmri ilə həyata keçirilməyə başlandı.İndiyə dək 4 müsabiqə keçirilib.(4-cu müsabiqə- ( Azərbaycan Respublikasının Təhsil nazirinin 23 sentyabr 2020-ci il F-449 №-li əmri ilə təsdiq olunub) hələ başa çatmayıb).
Ölkədə 4432 ümumi təhsil müəssəsi var və keçən 4 il ərzində məktəb direktorlarının ən azı 70%-i yenilənib.
Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan məktəblər üzrə direktor vəzifəsinə vakansiya yalnız son iki ildə çıxarılıb. (2019-cu ildə 3 məktəb üzrə , 2020-ci ildə 35 məktəb üzrə).
Nəzərə alsaq ki, Bakı şəhəri üzrə Təhsil İdarəsinə tabe olan 316 məktəb üzrə tədris və tərbiyə üzrə direktor müavinləri , o cümlədən UBTR, psixoloq, ÇHR, kitabxanaçı, hətta laborant (?) vəzifəsi üzrə vakant yerlər mərkəzləşdirilmiş müsabiqə yolu ilə təyin edilir.
Belə mənzərə yaranır ki, təhsili idarəetmə qrumlarının son illərdə gördükləri əsas işlərdən biri imtahan keçirtmək olub. Biz hələ MİQ imtahanı, “daimiləşmə imtahanı“ (???), “səriştəli metodist”, “ məktəb inspektoru” və s. müxtəlif adlarla keçirilən və aylarla davam edən imtahan və müsabiqələri demirik.
Sual yaranır: bu imtahan və müsabiqələri keçirən qrumlar imtahan yolu ilə təyin etdikləri kadrların sonrakı talehi ilə maraqlanırlarmı?
2021-ci ildən başlayaraq ilk dəfə istər Təhsil Nazirliyi DİQ müsabiqəsində, istərsə də Bakı şəhəri üzrə Təhsil İdarəsi direktor müavinləri müsabiqəsində uğur qazanan namizədlərə işə başlamamışdan öncə təlimlər təşkil etdilər. Alqışlayırıq. Amma bu təlimlərin qiymətləndirilməsi aparılmadığından , təlimlərdə kimin nəyi öyrəndiyi də məlum olmadı.
Bu yazımda diqqətinizi Bakı şəhəri üzrə məktəblərdə vakansiyaya çıxarılmış məktəblərə təyinat almış direktor müavinlərinin əksəriyyətinin qarşılaşdığı çətinliklərdən yalnız bir neçəsi üzərində durmaq istərdim.
Yeni təyinat almış direktor müavinləri təhsil idarəsi tərəfindən məktəblərə təqdim olunmadı.
”Gedin təyin olunduğunuz məktəbə deyin ki, biz bu gündən bu məktəbdə direktor müaviniyik” deyə tapşırıqla məktəbə göndərilən həmin müavinlərin əksəriyyəti məktəb direktorları tərəfindən ilk gündən gözümçıxdıya salınıb. Belə direktorlar düşünürlər ki, həmin müavinlər məktəbə təhsil idarəsi tərəfindən “xəfiyyə” kimi göndərilib. (düşüncəyə və yanaşmaya baxın!) Bir çox məktəblərdə məktəb direktorları “ictimai əsaslarla” özlərinə direktor müavini təyin idarək müsabiqə yolu ilə gələn müavinləri işdən faktiki uzaqlaşdırıblar.Direktor müavinləri üçün nəzərdə tutulmuş otaqlara buraxmırlar. Onları təhqir etməkdən və müəllimlərin yanında aşağılamaqdan belə çəkinmirlər.
Bakı şəhəri üzrə Təhsil İdarəsi vəziyyətə nəzarət edə bilmir.Təyinat almış direktor müavinləri ilə maraqlanan yoxdur. Təhsil idarəsində Daxili Nəzarət sektoru az-çox işini qurmaq istəyən məktəbləri qarşı müxtəlif “əməliyyatlar” keçirtməklə başı qarışıb. ( Bu barədə sonrakı yazılarımın birində ). Bəzi məktəblərdə direktor özbaşınalıqlarını gözardına vurmaqla əslində belə vəziyyətlərin artması və kəskinləşməsi üçün şərait hazırlayır.
Nə etməli? - İlk növbədə Təhsil Nazirliyində, və ya Bakı şəhəri üzrə Təhsil İdarəsində yeni təyin olunan kadrlar üçün yarana biləcək metodiki və ya yuxarıda göstərdiyimiz bu və ya digər məsələlərlə bağlı dəstək məqsədi ilə əməkdaş ayrılmalı, telefon nömrələri verilməlidir.
Təhsili idarəetmə orqanlarının əmri ilə məktəbə təyin olunmuş kadrları “qəbul etməyən “ direktorları ən sərt qaydada cəzalandırılmalı və ictimailəşməlidir.
Sonda üzümü yeni təyinat alan kadrları təhqir edən, aşağılayan, onları vəzifələri üzrə əmək funksiyalarını yerinə yetirməyə mane olan direktorlara tutub demək istəyirəm ki, Məktəblinin Dostunu görəndə “dovşana” çevrilib, yeni direktor müavinləri və ya müəllimləri görəndə “əjdahaya” çevrilməkdənsə, rəhbərlik etdikləri məktəblərdə olan kütləvi nöqsanları aradan qaldırsınlar!
MİA.AZ
GENERAL İDARƏ RƏİSİ TƏYİN EDİLDİ - Xidmətdə növbəti dəyişiklik
64 yaşlı kişi dəm qazından ölüb
"Ramiz Mehdiyev dedi ki, onun evindəki telefonu kəsin" - "Yeni Azərbaycan" qəzeti tarixi faktları yazır
Abşeron İcra Hakimiyyətində bəzi şöbələr ləğv olunub - Yeni sektorlar yaradılıb, təyinatlar var
İcra başçısı Allahverdi Dəmirovun oğluna yeni vəzifə verdi
Təranə Salıfova icraçı direktorun müavini təyin edilib
Sumqayıt İH-də dəyişiklik olub
Sabiq deputat şikayətini geri götürdü - Məhkəmə iclası
İsrail Qəzzanı bombaladı: daha 9 nəfər öldü
Braziliyada avtobus qəzasına görə üç günlük matəmelan olunub
Bu ay 4 bürcə "günəş doğacaq"?
Azərbaycan kuboku: bu gün 1/4 final mərhələsinə start veriləcək
Mərkəzi Bank uçot dərəcəsini azaldıb, bəs illik inflyasiya? - QƏRAR
72500 manat borcu var, lakin... - İnstitut 7.8 milyon manatlıq tenderin qalibi oldu
"Sürüşmə təhlükəsi var" - Yol polisi sürücülərə xəbərdarlıq edib
Türkiyədə iqtidar partiyasının qərargahına hücum olub - Açıqlama
Azərbaycan nefti cüzi bahalaşdı
Azərbaycanın Körfəz strategiyası: səssiz, amma dərin... - TƏHLİL
GƏNCƏDƏ SENSASİYALI OLAY: "Kəpəz"in bakılı futbolçusu vuruldu, vəziyyəti ağırdır - Ona zərbəni kim endirib? (YENİLƏNİB)
İlham Əliyevlə Paşinyan geniş tərkibdə görüşüblər - BƏƏ-də + FOTOLAR
Günəşdə ard-arda 4 partlama olub - Nələr gözlənilir?
SpaceX və xAI birləşir: süni intellekt orbitə daşınır - Dünya inanılmaz, ancaq gerçək dəyişikliklərə hazırlanır
ABŞ-İran danışıqları nə vaxt olacaq? - Ağ Evdən açıqlama
Qəddafinin varisi öldürüldü, yoxsa... - Müşaviri və rəsmi agentlik "hə", ordu isə "yox" deyir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
ABŞ-dan İranın hərbi həmləsinə - Reaksiya
Myanmada zəlzələ oldu - 5.9 bal gücündə
İsrail və Azərbaycan süni intellekt sahəsində əməkdaşlıq edəcək - Netanyahunun iştirakı ilə memorandum imzalandı
NATO Baş katibi Kiyevdə: "Yerdə qoşunlar, havada reaktiv təyyarələr, Qara dənizdə gəmilər..." - "Qış soyuq ola bilər, amma yaz mütləq gələcək"
Polkovnik və digər iki nəfərin məhkəməsi davam edir
"Gənclərbirliyi"nin keçmiş futbolçusu geri döndü
MEDİA-nın Müşahidə Şurasının 2026-cı il üzrə ilk iclası keçirilib
"Biz heç bir qanunsuz işlə məşğul olmuruq" - Ümid Abuzərli
Mərkəzi Hərbi-Həkim Komissiyasının sabiq rəisi saxlanılıb
Mədəniyyət naziri ABŞ diplomatı ilə görüşüb
Sosial mediada saxta kredit elanları... - Haker şəbəkəsi zərərsizləşdirildi (DETALLAR)
Azərbaycan Kuboku: təyinatlar bəlli oldu
"Beşiktaş" hücum xəttini gücləndirir - Daha bir transfer xəbəri var
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Fransada təxminən 4,2 milyon bomj var - Hesabat