Zəfər Günümüz Moldovaya səs saldı – FOTOLAR
10-11-2021 [15:58]
Azərbaycanın Moldovadakı Səfirliyində 8 noyabr – Zəfər Günü münasibətilə təntənəli mərasim keçirilib.
Mia.az xəbər verir ki, Moldovanın Xarici İşlər Nazirliyinin, Ali qanunverici orqanının nümayəndılərinin, diplomatik korpus təmsilçilərinin, ictimai-siyasi xadimlərin, aparıcı media qurumlarının əməkdaşlarının və Moldovada yaşayan soydaşlarımızın iştirak etdiyi mərasimdə əvvəlcə Azərbaycanın və Moldovanın Dövlət Himnləri səsləndirilib, torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edən Azərbaycanın Moldovadakı Fövqəladə və Səlahiyyətli səfiri Qüdsi Osmanov Zəfər Gününün Şuşanın işğaldan azad olunduğu tarixdə qeyd olunmasından söz açaraq, bu şəhərin Azərbaycan tarixində və mədəni inkişafında bənzərsiz yer tutduğunu vurğulayıb.
Səfir Azərbaycan torpaqlarının 30 illik işğal tarixinə nəzər salaraq Ermənistan silahlı qüvvələrinin münaqişə dövründə törətdiyi təxribatlara, diversiya qrupları tərəfindən həyata keçirilmiş terror aktlarına da diqqət yönəldib. Q.Osmanov qeyd edib ki, ötən ilin iyul ayında Ermənistan silahlı qüvvələri Azərbaycanla sərhəd zonada genişmiqyaslı təxribatlar törədib ki, bunun da nəticəsində dinc əhali arasında ölənlər olub. “Azərbaycan Ordusu 2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına qarşı əks-hücum əməliyyatları həyata keçirmək məcburiyyətində qaldı və bunun da nəticəsində torpaqlarımızın 30 illik işğalına son qoyuldu. Erməni əsgərləri öz torpaqlarında döyüşmürdü. Onlardan fərqli olaraq Azərbaycan əsgərləri öz tarixi torpaqlarının azadlığı uğrunda mücadilə aparırdı. Onlar Vətən uğrunda döyüşürdülər və öz canları, qanları hesabına həmin əraziləri işğaldan azad etdilər. Bu gün Azərbaycan Dövləti işğaldan azad olunmuş şəhər və rayonlarımızı yenidən dirçəldir” – deyə, Q.Osmanov vurğulayıb.
Səfir çıxışında Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sülhpərvər siyasətindən söz açaraq, onun müəllifi olduğu strateji xəttin qayəsində regionda sülhün təmin olunması, insanların əminəmanlıq içində yaşaması məqsədinin dayandığını xüsusi vurğulayıb.
Daha sonra çıxış edən Moldova Parlamentinin hakim Hətəkət və Həmrəylik Partiyasından olan deputatı Vitali Jakot Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəklədiklərini deyib və işğaldan azad olunmuş torpaqlarda tezliklə normal həyat şəraitinin bərpa olunacağına ümid etdiyini bildirib. O, həmçinin Azərbaycan və Moldova arasında bütün sahələr üzrə dialoqun bundan sonrada da inkişaf etmısində maraqlı olduqlarını dilə gətirib.
Tədbirdə qardaş Türkiyənin Moldovadakı səfiri Gürol Sökmənsener çıxış edərək Azərbaycan xalqını şanlı qələbə münasibətilə təbrik edib və qeyd edib ki, Türkiyə “İki dövlət bir millət” həqiqətinə uyğun olaraq bundan sonra da qardaş Azərbaycanın yanında olacaq.
“Mən Azərbaycanın işğaldan azad olunmuş torpaqlarına səfər etmişəm. Orada gördüklərim məni dəhşətə gətirdi. İşağal dövründə Azərbaycanın şəhər və rayonları tamamilə dağıdılıb, yelə bir edilib” – Bu fikirləri isə mərasimdəki çıxışında Moldovanın tanınmış yazıçı və publisisti İqor Volnıntski dilə gətirib. Natiq qeyd edib ki, qələbənin əldə olunmasına görə Azərbaycan xalqının və Azərbaycanın dostlarının sevincini bölüşür və heyrətlənir ki. işğal olunmuş ərazilərin bərası istiqamətində hazırda genişmiqyaslı işlər aparılır.
Mərasimdə Moldovanın xalq artisti Konstantin Moskoviç, eləcə də xarici ölkələrin diplomatik missiyalarının təmsilçiləri və Moldovanın ictimaiyyət nümayəndələri çıxış edərək Azərbaycan üçün əlamətdar tarix münasibətilə öz səmimi fikirlərini ifadə ediblər.
Mərasim iştirakçıları daha sonra Ümumilli Lider Heydər Əliyevin səfirliyin qarşısında olan büstünün önünə tər çiçəklər qoyublar. Ardınca Moldovadakı səfriliyimiz tərəfindən hazırlanmış, Zəfər Gününə həsr olunan Xatirə barrelyefinin təntənəli açılışı olub. Səfir Qüdsi Osmanov mərmər barrelyefin üzərində həkk olunmuş Dəmir Yumruq və Xarıbülbül simvollarının mənası barədə qonaqlara ətraflı məlumat verərək bu simvolların qələbəni və sülhü tərənnüm etdiyini bildirib. Bundan başqa, barrelyefdə Azərbaycan Prezidenti İlham Əliyevin “Qarabağ Azərbaycandır! Bundan sonra biz qalib ölkə və müzəffər xalq kimi yaşayacağıq” ifadəsi və “Bizim gücümüz bizim birliyimizdədir” şüarı üc dildə - Azərbaycan, rumın və ingilis dillərində öz əksini tapıb.
Barrelyefin qarşısında çıxış edən Ukraynanın Moldovadakı səfiri Marko Şevçenko və Moldovanın Yazıçılar İttifaqının sədri Teo Kiriak Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasını alqışladıqlarını və əldə olunmuş qələbənin böyük hadisə olduğunu vurğulayıblar.
Zəfər Günümüz Moldovaya səs saldı – Azərbaycan səfirliyində Qələbınin birinci ildönümü münasibətilə təntənəli mərasim təşkil olunub.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi