Şirvan şəhərində 9 Noyabr - Dövlət Bayrağı Günü xüsusi təmtəraqla qeyd olunub - FOTOLAR
10-11-2021 [15:48]
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2009-cu il noyabrın 18-də imzaladığı sərəncamı ilə 9 noyabr tarixi Dövlət Bayrağı Günü kimi qeyd olunur.
Mia.az xəbər verir ki, Şirvan şəhərində Azərbaycan xalqının iftixarı olan Dövlət Bayrağı Günü xüsusi təmtəraqla qeyd olunub. Belə ki, ötən ilin sentyabrın 27-də başlayan və 44 gün ərzində davam edən Vətən müharibəsi Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi ilə nəticələnib. Azərbaycan ordusu 30 ildən sonra işğala son qoyaraq şanlı üçrəngli bayrağımız Qarabağda dalğalandırılıb.
9 noyabr-Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü ilə əlaqədar “Bayraq yürüşü” təşkil edilib. Yürüşdə Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, şura üzvləri, İcra Hakimiyyəti aparatının məsul işçiləri, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları, qazilər, idarə, müəssisə, təşkilat rəhbərləri, ziyalılar, gənclər, şəhər sakinləri iştirak edib. Yürüşdən öncə şəhərin Heydər Əliyev Meydanında Ulu Öndərin abidəsi ziyarət edilib, abidə önünə gül-çiçək dəstələri düzülərək əziz xatirəsi ehtiramla yad edilib. “Qarabağ Azərbaycandır!, “Vətən var olsun!”, “Yaşasın Müzəffər Ali Baş Komandan!”, “Yaşasın Azərbaycan ordusu!”, “Şəhidlər ölməz, vətən bölünməz!” şüarları ilə keçirilən yürüş Şəhidlər Xiyabanından Bayraq meydanına qədər davam edib.
Bayraq Meydanında tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub.
S.Hüseynov adına 1 nömrəli tam orta məktəbin tarix müəllimi Elnur Novruzovun Dövlət Bayraq günü ilə əlaqədar geniş məruzəsi dinlənlib.
Sonra Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov bayram günü münasibəti ilə şirvanlıları təbrik edib. Bildirib ki, dövlət bayrağımız bizim milli dəyərimizdir. Elə bir dəyər ki, bizə milli qürur, mənlik, ləyaqət, güc, qüdrət verir. Ərazi bütövlüyümüzün, dünya azərbaycanlılarının mənəvi, mədəni birliyinin, vahidliyinin, bölünməzliyinin simvolu, canımız, qanımız olan müqəddəs bayrağımız bu gün Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun uğurlu əməliyyatları nəticəsində düşmən tapdağından azad olunan qədim yurd yerlərimizdə dalğalanır. Qeyd edib ki, İşğaldan azad edilmiş torpaqlarımızda şanlı Azərbaycan bayrağının dalğalandırılması qəhrəman hərbçilərimizin Prezident cənab İlham Əliyevə məruzəsi ilə birlikdə xalqımıza sevinc bəxş edib. Vətən müharibəsinin başa çatmasından sonra Azərbaycan dövləti artıq öz bayrağının əzəmətli kölgəsi altında Qarabağ və Şərqi Zəngəzurda geniş quruculuq və bərpa işlərinə start verib.
Bayraq Günü ilə bağlı öz təbriklərini çatdırmaq üçün söz Şirvan Apellyasiya məhkəməsinin sədri Vəli Abdullayevə verilib. Bildirib ki, müstəqilliyimizin, milli varlığımız və dövlətçiliyimizin rəmzi olan bayrağımız uğrunda canlarını verən, azadlıq, istiqlaliyyət, müstəqillik yolunda fədakarlıq nümayiş etdirən şəhidlərimizin şəhadəti, əməli, niyyəti bizləri bu bayraq altında birliyə, həmrəyliyə, vətənimizin ərazi bütövlüyü, müstəqilliyi və yüksəlişi uğrunda mübarizəyə səsləyir. Ulu öndərimiz Heydər Əliyevin dediyi kimi: "Kim Azərbaycanı sevirsə, kim Azərbaycanın müstəqil dövlət olmağını istəyirsə, kim Azərbaycanın işğal edilmiş torpaqlarının azad olmasını istəyirsə, kim Azərbaycanın ərazi bütövlüyünü istəyirsə, o, bu bayraq altında birləşməlidir”.
Tədbirin rəsmi hissəsi bitdikdən sonra bədii hissəyə keçid alınıb.
Sadiq Hüseynov adına 1 nömrəli tam orta məktəbin “Günəş” xor birliyi, 2 nömərli tam orta məktəbinin şagirdləri, Şirvan şəhər Mədəniyyət Mərkəzinin əməkdaşı, opera-kamera artisti Azər Həsənov, Uşaq Musiqi məktəbin şagirdləri tədbir iştirakçıları qarşısında çıxış ediblər.
Sonda Torpaqlarımızın müqəddəsliyi uğrunda canından keçən Şirvan şəhərindən olan 157 şəhidin hər birinin əziz xatirəsinə bir şar səmaya yüksəldilib.
Sonra tədbir iştirakçıları Dövlət Bayrağı Günü münasibəti ilə Şəhidlər Xiyabanında 1-ci və 2-ci Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəman oğulların məzarlarını ziyarət edib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi