Zakir Həsənovla Akardan mesajlar: "Bütün dünya bilməlidir ki..." - "Qafqaza sülh gətirəcək prosesin daimi olması..."
08-11-2021 [10:46]
"Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı qələbədə Türkiyəyə siyasi və mənəvi dəstəyinə görə təşəkkür edirəm".
Mia.az xəbər verir ki, bunu Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Zəfər Günü münasibətilə keçirilən konsertdə çıxışı zamanı deyib.
O, bu şanlı qələbənin - Zəfər Gününün qardaş türk xalqı ilə birgə qeyd edildiyini, Azərbaycan-Türkiyə qardaşlığının sarsılmaz olduğunu qonaqların diqqətinə çatdırıb: "Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı qələbədə Türkiyəyə siyasi və mənəvi dəstəyinə görə təşəkkür edirəm".
O bildirib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə keçirilən bu uğurlu əməliyyatla bağlı çoxsaylı təhlillər aparılıb: "Türkiyə müharibə başa çatdıqdan sonra işğaldan azad edilmiş torpaqlarda aparılan böyük işlərdə yaxından iştirak edir. Türkiyə rəhbərliyinə və xalqına dərin təşəkkürümü bildirirəm".
Türkiyənin milli müdafiə naziri Hulusi Akar da Bakıda Zəfər Günü münasibətilə keçirilən tədbirdə çıxış edib.
O deyib: "Bütün dünya bilməlidir ki, Azərbaycan-Türkiyə qardaşlığı əzəldən gəlir, əbədiyyətə qədər uzanır. Dünən də belə idi, bu gün də belədir, sabah da belə olacaq. Qələbə qazanıldı, lakin uzun illərdən sonra Qafqaza sülh gətirəcək prosesin daimi olması üçün yeni mübarizə başlayıb. Bu kontekstdə Şuşa Bəyannaməsi gələcəyə doğru atılmış güclü addımdır. Cənab Prezident İlham Əliyev və möhtərəm Prezidentimiz Rəcəb Tayyib Ərdoğan gələcək nəsillərə sülhü vəsiyyət etmək üçün çox konstruktiv yanaşma nümayiş etdirərək, sabitliyə və əməkdaşlığa əsaslanan yeni dövrün qapısını açıblar. Biz Ermənistan hakimiyyətinin mövcud siyasətlərini bir kənara qoyub bu tarixi fürsətdən, o cümlədən bizim 6-lıq Platforma təklifimizdən istifadə etmələrini gözləyirik. Hər kəs bilməlidir ki, gələcək kin və nifrət üzərində qurula bilməz. Ermənistan düşmənçilikdən əl çəkib gələcəyə baxmalıdır. Bu anlayışla tarixi məsuliyyətimiz çərçivəsində bölgəmizdə sülh, əmin-amanlıq və sabitlik üçün səylərimizi davam etdirəcəyik.
Qəhrəman Azərbaycan Ordusunun qazandığı bu qələbə sırf 44 günlük mübarizə ilə deyil, 30 illik qətiyyət, inamın və əzmkarlığın nəticəsində əldə olunub".
Onun sözlərinə görə, bu, təkcə Ermənistan üzərində qazanılan qələbə deyil: “Bu qələbə həm də uzun illərin haqsızlığa, qanunsuzluğa göz yumanlara, illərdir səssiz qalanlara da ən gözəl cavab oldu. Əziz qardaşlarımız, həmişə olduğu kimi, sevincinizi sevincimiz, kədərinizi kədərimiz olaraq bildiyimiz bu haqlı mübarizənizdə yenə də sizlərlə birlikdə olduq. Millət olaraq can qardaşlarımıza bütün imkanlarımızla dəstək olmağa çalışdıq, çünki biz bir kökdən qidalanan böyük çinarın budaqları kimiyik, böyük millətin övladlarıyıq. Biz Alparslanın, Nizami Gəncəvinin, Nəsiminin, Füzulinin, Dədə Qorqudun nəvələriyik. Bilinməlidir ki, tarixi prosesdə baş verənlər Azərbaycanla Türkiyə arasında bir sıra maneələr qoysa da, dini, dili, milliyyəti bir olan, tarixi qardaşlıq bağları ilə bir-birinə bağlı olan iki ölkə xalqının qəlblərinə heç vaxt qıfıl vurmayıb və vurmayacaq”.
Akar Qarabağ məsələsində hər zaman Azərbaycanın yanında olan Pakistana da təşəkkür edib: “Vətən müharibəsində iştirak edən qəhrəmanlarımız başda olmaqla hazırda quruda, dənizdə və havada, çətin relyef və iqlim şəraitində xidmət edən Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin qəhrəman əsgərlərinin hər birinin alnından öpürəm. Yaşasın Azərbaycan-Türkiyə qardaşlığı!”.
.Mia.az
İranın keçmiş XİN başçısı ağır yaralanıb – Həyat yoldaşı isə hadisə yerində həlak olub
Polşa MN: “ABŞ olmadan NATO, NATO olmadan güclü ABŞ ola bilməz”
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İranın yeni lideri Trampa meydan oxudu, dirəniş mesajı verdi: “Qəti şəkildə elan edirəm ki…”
Aralıq dənizində zəlzələ olub - 4.7 bal gücündə
Küveyt MN: “Son 24 saat ərzində İranın 3 kruiz raketi və…”
İrandan İsrailə növbəti hücum olub
Paşinyan Putinlə görüşdə: "İrəvan Qarabağı Azərbaycanın tərkibində tanıyıb, üstəlik..."
Putinlə Paşinyan görüşdü - VİDEO
Eldar Əzizov Ramana qəsəbəsində - FOTO
Özbəkistanın Baş naziri Azərbaycana gəlib
Xalq artisti Zaur Rzayevin səhhəti barədə - AÇIQLAMA
"Mənim ömürlük sədr olmaq fikrim yoxdur" - Anar Rzayev
Sabahkı hava ilə bağlı - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Tramp: “İran atəşkəs istəyir, lakin…”
“Kontakt Home” mağazalar şəbəkəsindən şikayətlər artıb - Açıqlama
İcra başçısı 32 nəfəri vəzifədən azad edib
Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb
Masazırda çökən yolla bağlı rəsmi açıqlama yayıldı
FIFA referisi UEFA-dan təyinat alıb
Masallıda fərdi yaşayış evində yanğın - Ölənlər var (Yenilənib)
Arda Gülər: “Çox xoşbəxtik"
Ağdərədə mina partlayıb, yaralı var - Üç qurum birgə məlumat yaydı
AFFA 3 klubu yarışlardan kənarlaşdırıb - SƏBƏB
Masazırda yeni çəkilən yol çöküb - FOTOLAR
İstanbulda zəlzələ olub
Rusiya kəşfiyyatı: “Ukrayna sülh təkliflərini qəbul etməlidir”
İran Parlamenti: “ABŞ-la danışıqlar aparılmayacaq və…”
Tramp ABŞ-ı NATO-dan çıxarır – "Bunu Putin də bilir”
Vilayət Eyvazov 356 vətəndaşı qəbul etdi, rəislərə tapşırıqlar verdi - Nazir polis olmaq istəyənlərin sıra baxışını da keçirib (VİDEO)
Qərb Sənaye Parkı yaradılacaq - Prezident sərəncam imzaladı
AFFA Vaqif Cavadovu yeni vəzifəyə təyin edib
Sabah hava necə olacaq? - Proqnoz
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı qalmaqal böyüyür - Bir nəfər axtarışa verildi
İraqın Ərbil şəhərinə dron hücumu olub – Evlərdən biri vurulub
Türkiyədə çörəyin qiyməti qalxdı - Açıqlama
İSTİNTAQ İDARƏLƏRİ BİRLƏŞDİRİLİR - Nələr olacaq?
İnstitut direktoru vəzifədən azad olunub
Sumqayıtda 46 yaşlı qadın bıçaqlanıb
Apreldə hava necə olacaq? - AYLIQ PROQNOZ
Magistraturaya qəbul imtahanı: ərizə qəbulu başlayıb
Nökerquli Ataquliyev Bakıda belə qarşılandı - FOTOLAR