İstanbulda Azərbaycan Diaspor Gənclərinin II Görüşü keçirilir
05-11-2021 [13:56]
İstanbulda Azərbaycan Diaspor Gənclərinin II Görüşü başlayıb.
Tədbir Diasporla İş üzrə Dövlət Komitəsinin Qarabağ Zəfərinin birinci ildönümü ərəfəsində gəncləri bir araya gətirərək onlar arasında diaspor fəaliyyətlərini və qarşılıqlı əlaqələri daha da gücləndirmək, eləcə də gənclərin bu quruma cəlb olunmasına dair layihəsi çərçivəsində keçirilir.
Görüş Azərbaycan və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə öz işinə başlayıb, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərasimdə Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev, Azərbaycan Diasporuna Dəstək Fondunun (ADDF) icraçı direktoru Əkrəm Abdullayev, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) sədri Ədalət Turan, Xaricdə Yaşayan Türklər və Əqraba Topluluqları İdarəsinin (YTB) sədr müavini Sait Yusuf, eləcə də dünyanın 39 ölkəsində yaşayan 60-a yaxın fəal azərbaycanlı gənc iştirak edir.

V.Hacıyev Dövlət Komitəsinin fəaliyyəti, gənclərin rolu, Türkiyə-Azərbaycan arasındaki sıx münasibətlər və 44 günlük Vətən müharibəsi nəticəsində şanlı zəfərin əldə olunmasında gənclərin rolundan danışıb: “Azərbaycan uzun illər davam edən işğaldan sonra öz torpaqlarını azad etdi. 8 Noyabr yalnız Azərbaycan üçün deyil, bütün türk dünyası üçün də Qələbə günüdür. Biz bu zəfərə ağır addımlarla gəlsək də, bu yol gözəl sonluqla başa çatdı. Müzəffər Ali Baş Komandanın qətiyyəti, Azərbaycan əsgərinin gücü və igidliyi nəticəsində qələbə qazandıq. Bu zəfər yalnız Ermənistan deyil, həm də onların havadarları üzərində də əldə edilən tarixi qələbədir. Azərbaycanın bu haqq davasında siz gənclər də öz dəstəyinizi verdiniz. Mitinqlərə çıxdınız, səsinizi ucaltdınız. Bu da Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında xüsusi rol oynadı”
Tədbirdə həmçinin qələbənin əldə olunması yolunda atılan addımlar və hazırda Azərbaycan dövlətinin işğaldan azad edilən torpaqlarda apardığı bərpa və yenidənqurma işlərindən də danışılıb.
Eyni zamanda Dövlət Komitəsinin son üç il ərzində fəaliyyətinə həsr olunan videohesabat və diaspor nümayəndələrinin Şuşaya təşkil olunan üç səfərini özündə əks etdirən videoçarx nümayiş olunub. Həmçinin Azərbaycan Diasporuna Dəstək Fondunun fəaliyyət istiqamətləri, gördüyü işlər və müraciətlərlə bağlı materiallar iştirakçılara təqdim edilib./Report
İranın keçmiş XİN başçısı ağır yaralanıb – Həyat yoldaşı isə hadisə yerində həlak olub
Polşa MN: “ABŞ olmadan NATO, NATO olmadan güclü ABŞ ola bilməz”
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İranın yeni lideri Trampa meydan oxudu, dirəniş mesajı verdi: “Qəti şəkildə elan edirəm ki…”
Aralıq dənizində zəlzələ olub - 4.7 bal gücündə
Küveyt MN: “Son 24 saat ərzində İranın 3 kruiz raketi və…”
İrandan İsrailə növbəti hücum olub
Paşinyan Putinlə görüşdə: "İrəvan Qarabağı Azərbaycanın tərkibində tanıyıb, üstəlik..."
Putinlə Paşinyan görüşdü - VİDEO
Eldar Əzizov Ramana qəsəbəsində - FOTO
Özbəkistanın Baş naziri Azərbaycana gəlib
Xalq artisti Zaur Rzayevin səhhəti barədə - AÇIQLAMA
"Mənim ömürlük sədr olmaq fikrim yoxdur" - Anar Rzayev
Sabahkı hava ilə bağlı - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Tramp: “İran atəşkəs istəyir, lakin…”
“Kontakt Home” mağazalar şəbəkəsindən şikayətlər artıb - Açıqlama
İcra başçısı 32 nəfəri vəzifədən azad edib
Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb
Masazırda çökən yolla bağlı rəsmi açıqlama yayıldı
FIFA referisi UEFA-dan təyinat alıb
Masallıda fərdi yaşayış evində yanğın - Ölənlər var (Yenilənib)
Arda Gülər: “Çox xoşbəxtik"
Ağdərədə mina partlayıb, yaralı var - Üç qurum birgə məlumat yaydı
AFFA 3 klubu yarışlardan kənarlaşdırıb - SƏBƏB
Masazırda yeni çəkilən yol çöküb - FOTOLAR
İstanbulda zəlzələ olub
Rusiya kəşfiyyatı: “Ukrayna sülh təkliflərini qəbul etməlidir”
İran Parlamenti: “ABŞ-la danışıqlar aparılmayacaq və…”
Tramp ABŞ-ı NATO-dan çıxarır – "Bunu Putin də bilir”
Vilayət Eyvazov 356 vətəndaşı qəbul etdi, rəislərə tapşırıqlar verdi - Nazir polis olmaq istəyənlərin sıra baxışını da keçirib (VİDEO)
Qərb Sənaye Parkı yaradılacaq - Prezident sərəncam imzaladı
AFFA Vaqif Cavadovu yeni vəzifəyə təyin edib
Sabah hava necə olacaq? - Proqnoz
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı qalmaqal böyüyür - Bir nəfər axtarışa verildi
İraqın Ərbil şəhərinə dron hücumu olub – Evlərdən biri vurulub
Türkiyədə çörəyin qiyməti qalxdı - Açıqlama
İSTİNTAQ İDARƏLƏRİ BİRLƏŞDİRİLİR - Nələr olacaq?
İnstitut direktoru vəzifədən azad olunub
Sumqayıtda 46 yaşlı qadın bıçaqlanıb
Apreldə hava necə olacaq? - AYLIQ PROQNOZ
Magistraturaya qəbul imtahanı: ərizə qəbulu başlayıb
Nökerquli Ataquliyev Bakıda belə qarşılandı - FOTOLAR