“Tikinti şirkəti “Yaşıl həyəti” məhv etməkdə israrlıdır” - Mirqasımov küçəsində narazılıq bitmir
02-11-2021 [12:50]
Narazı sakinlər: “İlkin və apelyasiya məhkəmələrinin bizim xeyrimizə çıxardığı qərarı qanunsuz kassasiya şikayəti ilə ləğv etməyə çalışırlar; bizi gecə saat 12-də məhkəməyə çağırıblar”
Bakı şəhəri, Nəsimi rayonu Akademik Mirəsədulla Mirqasımov, Xan Şuşinski, İmran Qasımov və Mustafa bəy Topçubaşov küçələrinin kəsişməsində yaşayan sakinlər tikinti şirkətinin onların sakit həyat tərzini pozmasından şikayətçidir.
Sakinlər bildirir ki, hələ sovetlər vaxtından paytaxtın “Yaşıl vadi” adlanan məhəlləsində 5-6 ay öncəyədək firavan yaşasalar da, onların dincliyini “İnvest M. Construction” adlı tikinti şirkəti pozmaqda davam edir.
Mediada daha öncələr də bu haqda yazılıb, lakin tikinti şirkəti sakinləri mülklərindən didərgin salmaqda, “Yaşıl Həyət”i məhv etməkdə israrlıdır.
Sözügedən ərazidə yaşayan sakinlər Musavat.com-a bildiriblər ki, növbəti dəfə ölkə rəhbərliyinə - Prezidentə, Birinci Vitse-Prezidentə müraciət edərək, onlara qarşı edilən qanunsuzluqların qarşısının alınmasını xahiş ediblər.
Sakinlər müraciətində qeyd edir: “Nizamnamə kapitalı cəmi 100 manat olan, xidmət MMC kimi tanınan “İnvest M. Construction” bu layihəyədək tikinti işləri ilə məşğul olmayıb. Əmin deyilik ki, MMC başladığı layihəni icra edib sona çatdıra biləcək. Çünki bu ətrafda 500-dən çox sakin var, onların hamısını evlə, kompensasiya ilə təmin edə bilmək bir şirkətin həll edə biləcəyi iş deyil. Habelə bu, dövlətin pilot layihəsi olmadığı üçün sakinlər işin yekunlaşdırıla bilməsinə inanmırlar. Çünki ərazi çox böyükdür, gələcəkdə bu adamlar evsiz-eşiksiz qalan narazı kontingentə çevrilə bilər. Məsələn, elə təkcə Mirqasımov 4 ünvandakı binada 170 mənzil var.
MMC-nin nə Bakı Şəhər İcra Hakimiyyəti, nə də Nəsimi Rayon icra hakimiyyəti ilə tikintinin deyilən vaxtda yekunlaşacağına dair müqavilə var. Şirkət sadəcə BŞİH-dən bu ətrafdakı 1,55 hektar ərazidə tikinti aparmağa razılıq alıb, heç bir öhdəlik götürməyib. Ən pisi odur ki, BŞİH və Nəsimi İcra hakimiyyətinin nümayəndələri vətəndaşları qorxutmağa çalışırlar, şirkətin “vəkili” rolunda çıxış edirlər.
MMC sakinlərdə xof yaratmaq üçün ərazidə bir neçə yaşayış olmayan mənzilin sahibləri ilə gizli danışıqlara gedərək, bəzilərini aldadaraq, söküntü görüntüsünü yaratmaq məqsədi ilə həmin evlərin qapı-pəncərələrini söküb. Üstəlik qəsdən həmin yararsız hala saldıqları mənzillərdə heyvan iç-çalatı ataraq süni şəkildə üfunət qoxusu yaradıb, sakinləri didərgin salmağa çalışırlar. Həmçinin, burada qapı-pəncərəsi olmayan mənzillər narkomanların və qeyri-əxlaqi hərəkətlər edən ünsürlərin “yuvasına” çevrilib. Uşaqlarımızı həyətə buraxa bilmirik.
Faktiki olaraq zorakı şəkildə - bizim razılığımız alınmadan, yaşıl vadinin taleyi sual altında qalaraq, kompensasiya almadan və qanunsuz şəkildə Mirqasımov küçəsi 4 ünvandakı binanı sökməyə çalışırlar. Bunun qanunsuz olmasını məhkəmə də təsdiq edib və bizim məhkəməyə müraciətimiz təmin edilib.
9 iyul 2021-ci il tarixli məhkəmənin (Bakı İnzibati Məhkəməsinin (hakim Günel Sevdimalıyeva) qərardadında yazılır: “Mirqasımov küçəsi ev 4 ünvanında yerləşən yaşayış binasında hər hansı tikinti-quraşdırma işlərinin, o cümlədən ərazidə tikintiyə hazırlıq işlərinin aparılması, yaşayış binasında köçürülmüş mənzillərin sökülməsi, binaya daxil olan kommunikasiya sistemlərinin sıradan çıxarılması, “İnvest M. Construction” MMC-yə qadağan edilsin. Bakı şəhəri İcra Hakimiyyəti Başçısının “Yaşayış binalarının tikintisi məqsədi ilə torpaq sahəsinin icarə əsasında “İnvest M. Construction” MMC-nin istifadəsinə verilməsi haqqında” 274 saylı 18.02.2020-ci il tarixli sərəncamının icrası həmin hissədə dayandırılsın”.
Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası (sədrlik edən və məruzəçi hakim Azər Hüseynov) da bu qərarı qüvvədə saxladı.
Şirkət isə qanunları pozmaqda davam edib, dövlətin qanununa, məhkəmənin qıərarına tabe olmamaq üçün hər vasitəyə əl atıb. Ərazini abadlaşdırmaq əvəzinə viran qoymaqda davam edib.
İndi isə “İnvest M. Construction” və BŞİH absurd şəkildə kassasiya şikayəti verərək, bizim xeyrimizə çıxarılmış, tam qanini, əsaslı məhkəmə qərarını ləğv etdirməyə və qanunsuz tikinti-söküntü işlərini davam etdirməyə çalışır.
Belə ki, MMC və BŞİH kassasiya şikayəti vermək hüququ olmadığı halda bu addımı atıb və üstəlik də işə baxacaq hakimin BŞİH rəhbərliyinin yaxın qohumu olması haqda bizə məlumatlar daxil olub. Qəribəsi odur ki, məhkəmə sanki biz vətəndaşları ələ salaraq, işə 3 noyabr 00:00-da baxılacağı barədə rəsmi bildiriş göndərib. Gecə saat 12-də bizləri məhkəməyə çağırıblar.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi