Ceyhun Bayramov Sven Sesterin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
01-11-2021 [18:59]
Noyabrın 1-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Estoniya-Azərbaycan Parlamentlərarası Qrupunun sədri Sven Sesterin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
XİN-dən Mia.az-a verilən məlumata görə, görüşdə nazir Ceyhun Bayramov qarşı tərəfi salamlayaraq, ölkələrimiz arasında mövcud olan yüksək səviyyəli əməkdaşlıq münasibətlərini qeyd edib və bu xüsusda, ikitərəfli parlament ölçüsünün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. O, iki ölkənin parlamentlərinin rəhbərləri arasında həyata keçirilən görüşlərin, eləcə də qarşılıqlı ikitərəfli səfərlərin vacibliyini bildirib. Nazir gələn ilin iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü olduğunu vurğulayıb və bununla bağlı müvafiq tədbirlərin həyata keçiriləcəyini qeyd edib.
Nazir Ceyhun Bayramov, həmçinin Azərbaycan və Estoniya arasında iqtisadi-ticarət əməkdaşlığının genişləndirilməsinin əhəmiyyətini səsləndirib.
Nazir Ceyhun Bayramov keçmiş Ermənistan-Azərbaycan münaqişəsinin həlli, 44 günlük Vətən müharibəsi, bu dövr ərzində Ermənistan tərəfindən törədilən müharibə cinayətləri, mülki insanların hədəfə çevrilməsi barədə, eləcə də bölgədə mövcud olan cari vəziyyət haqqında qarşı tərəfə ətraflı məlumat verib. O, Estoniya tərəfinin Azərbaycanın beynəlxalq sərhədləri çərçivəsindəö ərazi bütövlüyünə verdiyi dəstəyə görə qarşı tərəfə təşəkkürünü ifadə edib. Nazir, həmçinin üçtərəfli bəyanatlardan irəli gələn məsələlərdən, habelə bölgədə mövcud olan mina təhlükəsi və doğurduğu ağır nəticələrdən bəhs edib. O, Azərbaycanın beynəlxalq hüququn prinsiplərinə, xüsusilə dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığına hörmət əsasında Ermənistanla münasibətlərin normallaşmasının mümkün olduğunu vurğulayıb.
Estoniya-Azərbaycan Parlamentlərarası Qrupunun sədri Sven Sester ətraflı məlumata görə nazir Ceyhun Bayramova təşəkkürünü ifadə edib. O, ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafı ilə yanaşı, beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin genişləndirilməsinin vacibliyini qeyd edib. Estoniya tərəfindən Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə hörmət ilə bağlı mövqeyin birmənalı xarakter daşıdığı vurğulanıb. Sven Sester azad olunmuş ərazilərin sürətlə inkişafı baxımından mina xəritələrinin təqdim edilməsinin vacib olduğunu bildirib. O, səfəri çərçivəsində mövcud olan vəzyyətlə tanış olmaq məqsədilə azad edilmiş ərazilərə baş çəkəcəklərini və Azərbaycan tərəfindən həyata keçirilən bərpa və yenidənqurma işləri ilə yaxından tanış olacaqlarını bildirib.
Görüş zamanı qarşı tərəfə hazırda Azərbaycanın azad olunmuş ərazilərində aparılan minadan təmizlənmə fəaliyyəti, bərpa və tikinti işləri, infrastruktur layihələri və digər məsələlər ilə bağlı məlumat təqdim edilib.
İranın keçmiş XİN başçısı ağır yaralanıb – Həyat yoldaşı isə hadisə yerində həlak olub
Polşa MN: “ABŞ olmadan NATO, NATO olmadan güclü ABŞ ola bilməz”
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İranın yeni lideri Trampa meydan oxudu, dirəniş mesajı verdi: “Qəti şəkildə elan edirəm ki…”
Aralıq dənizində zəlzələ olub - 4.7 bal gücündə
Küveyt MN: “Son 24 saat ərzində İranın 3 kruiz raketi və…”
İrandan İsrailə növbəti hücum olub
Paşinyan Putinlə görüşdə: "İrəvan Qarabağı Azərbaycanın tərkibində tanıyıb, üstəlik..."
Putinlə Paşinyan görüşdü - VİDEO
Eldar Əzizov Ramana qəsəbəsində - FOTO
Özbəkistanın Baş naziri Azərbaycana gəlib
Xalq artisti Zaur Rzayevin səhhəti barədə - AÇIQLAMA
"Mənim ömürlük sədr olmaq fikrim yoxdur" - Anar Rzayev
Sabahkı hava ilə bağlı - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Tramp: “İran atəşkəs istəyir, lakin…”
“Kontakt Home” mağazalar şəbəkəsindən şikayətlər artıb - Açıqlama
İcra başçısı 32 nəfəri vəzifədən azad edib
Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb
Masazırda çökən yolla bağlı rəsmi açıqlama yayıldı
FIFA referisi UEFA-dan təyinat alıb
Masallıda fərdi yaşayış evində yanğın - Ölənlər var (Yenilənib)
Arda Gülər: “Çox xoşbəxtik"
Ağdərədə mina partlayıb, yaralı var - Üç qurum birgə məlumat yaydı
AFFA 3 klubu yarışlardan kənarlaşdırıb - SƏBƏB
Masazırda yeni çəkilən yol çöküb - FOTOLAR
İstanbulda zəlzələ olub
Rusiya kəşfiyyatı: “Ukrayna sülh təkliflərini qəbul etməlidir”
İran Parlamenti: “ABŞ-la danışıqlar aparılmayacaq və…”
Tramp ABŞ-ı NATO-dan çıxarır – "Bunu Putin də bilir”
Vilayət Eyvazov 356 vətəndaşı qəbul etdi, rəislərə tapşırıqlar verdi - Nazir polis olmaq istəyənlərin sıra baxışını da keçirib (VİDEO)
Qərb Sənaye Parkı yaradılacaq - Prezident sərəncam imzaladı
AFFA Vaqif Cavadovu yeni vəzifəyə təyin edib
Sabah hava necə olacaq? - Proqnoz
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı qalmaqal böyüyür - Bir nəfər axtarışa verildi
İraqın Ərbil şəhərinə dron hücumu olub – Evlərdən biri vurulub
Türkiyədə çörəyin qiyməti qalxdı - Açıqlama
İSTİNTAQ İDARƏLƏRİ BİRLƏŞDİRİLİR - Nələr olacaq?
İnstitut direktoru vəzifədən azad olunub
Sumqayıtda 46 yaşlı qadın bıçaqlanıb
Apreldə hava necə olacaq? - AYLIQ PROQNOZ
Magistraturaya qəbul imtahanı: ərizə qəbulu başlayıb
Nökerquli Ataquliyev Bakıda belə qarşılandı - FOTOLAR