VHP üzvləri Neftçalada İkinci Qarabağ şəhidlərini anıb - FOTOLAR
29-10-2021 [14:30]
Bu gün İkinci Qarabağ Savaşı şəhidləri, baş leytenant Mahmud Təhmasib oğlu Məlikov, Əsgər Mehman Xudaşükür oğlu Əliyev və Əsgər Mais Şakir oğlu Səfərovun anım günləri keçirilib.
Mia.az xəbər verir ki, Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Neftçala Rayon Təşkilatının üzvləri şəhidlərin məzarlarını ziyarət ediblər.
VHP Neftçala Rayon Təşkilatının sədri, Millət Vəkili Sabir Rüstəmxanlının köməkçisi Fərman Hüseynov Vətən Müharibəsinin başlanma tarixindən, müharibə zamanı Ordumuzun və Azərbaycan Xalqının qəhramanlığından danışıb. Bildirib ki, İkinci Qarabağ Savaşı bir qəhramanlıq, şücaət və vətən sevgisi salnaməsidir. Həmin salnaməsini şəhidlərimiz qanlarıyla yazdılar. Canlarını Vətən torpağına qurban verməklə bu torpaqların müqəddəsliyinə, heç kimə verilməyəcəyinə əminlik nümayiş etdirdilər. Biz Azərbaycan Xalq Cümhuriyyətini xalq olaraq müqəddəs amallar üzərində qurduq, Cümhuriyyət qurucuları canlarını verdilər bu yolda. İstiqlalımızı ikinci dəfə bərpa etməklə yenidən Vətən uğrunda can verdik. Qarabağı işğaldan azad etməklə oğullarımız canlarını fəda etdilər. Biz bu ölkəni canımız, qanımız və oğullarımızın qəhrəmanlığı hesabına qurmuşuq.
Tədbirdə çıxış edən yazıçı-publisist Ələkbər Zahidov bildirib ki, 44 günlük savaşda Azərbaycan xalqı bir yumruğa dönərək, “Torpaq uğrunda ölən varsa vətəndir” amalını təsdiqlədilər. On minlərlə gənc İkinci Qarabağ savaşında erməni işğalçılarına qarşı mübarizə aparmaq üçün könüllü müraciət edərək cəbhəyə yollanmaq istəklərini ortaya qoydular. Arxa cəbhədə olanlar həmrəylik göstərərək öz əməlləri ilə ön cəbhədə vuruşanlara əllərindən gələn köməyi əsirgəmədilər, hər cür maddi və mənəvi dəstək verməyə hazır olduqlarını göstərdilər, ölkədə hər kəs milli birlik nümayiş etdirdi. Bütün bunlar bir daha onu göstərdi ki, siyasi, dini, sosial mövqeyindən asılı olmayaraq vətənin ümumi maraqları, Azərbaycan xalqının birliyi hər bir vətəndaş üçün bütün arzu və istəklərdən öndə dayanır. Azərbaycan xalqı öz əzmi ilə bütün dünyaya, sözün həqiqi mənasında, birlik və həmrəyliyini, vətənpərvərliyini nümayiş etdirib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi