Zahid Oruc: ""Freedom House"un hesabatı köləlikdir..."
29-10-2021 [11:38]
"Vətən müharibəsində qələbədən sonra ölkəmizi aşağı reytinqlərdə göstərən, ənənəvi nifrət ideologiyası ilə hərəkət edən beynəlxalq təşkilatların davranışlarında müəyyən dəyişikliyin olacağını gözləyirdik. Dünyada ədalət etalonu sayılmayan "Freedom House"un bu həftə Azərbaycan haqqında verdiyi qiymətləndirmə və onunla eyni dalğada "The National İnterest" dərgisində ölkəmiz əleyhinə dərc olunan böhtan xarakterli məqalədən sonra tam bir həqiqəti dərk edirsən - dövlətimizi 160-cı, 170-ci yerlərdə göstərənlər işğalçılıq siyasətinin ideoloqları, lobbiçilər və xəfiyyə mərkəzləridir".
Mia.az xəbər verir ki, bunu Milli Məclisin bugün keçirilən plenar iclasında deputat Zahid Oruc deyib.
Deputatın sözlərinə görə, ölkəmiz seçki sistemini təkmilləşdirməyə ehtiyac duyur: "Eləcə də qanunların pis işləməsi, vətəndaş hüquqları, hökumətin korrupsiya ilə mübarizəsində problemləri ilk növbədə, prezident dəfələrlə qeyd edir. 2019-cu ildən başlanan yeni hakimiyyət quruculuğunun məhz xalq üçün ədalətli idarəçilik olduğu vurğulanır. Lakin dövlətlərin azadlıq indeksini çıxaran bir təşkilatın və Dmitri Sayms adlı ziddiyətli fiqurun, onun rəhbərlik etdiyi informasiya qurumunun ölkəmizi Həmasın idarə etdiyi Qəzza bölgəsi ilə, yaxud repressiyalara məruz qalan hüsilərin yaşadığı Yəmənlə müqayisə etməsi qəbuledilməzdir. Bildiyiniz kimi, Yəmən şəriət qaydaları ilə idarə olunur. Biz əlbəttə, onların seçiminə hörmətlə yanaşırıq. Lakin dövlətlər üzərində özünü dəyənək kimi hiss etdirmək soyuq müharibə dövrünün qalığıdır.
Ölkəmizin Böyük Britaniya ilə yüksək əlaqələrini yalnız bp-yə bağlamaq, Çinlə artan əməkdaşlığın Azərbaycana BMT-də verdiyi həlledici üstünlüyü qəbahət kimi qələmə vermək, İsraillə uzun illərin partnyorluğunu “neft əvəzinə silah” adlandırmaq, eləcə də dünyəvi Azərbaycanda din adamlarının “sıxışdırılması”na Amerikanın “dözməsini” İrana qarşı planlarla əlaqələndirmək "The National İnterest" və ona informasiya dəstəyi verən platformaların özlərinin azad olmadığını göstərir. Axı "Freedom House" “Azadlıq Evi” deməkdir. Ötən ili qiymətləndirən hesabatda 700 min köçkünün azad olan, lakin mövcud olmayan evi haqqında bir cümlə yazmamaq, bunu insan haqlarının təminatı sahəsində “dünyanın ən böyük hadisəsi” adlandırmamaq köləlikdir, qərəzdir, siyasi möhtəkirlikdir.
İşğala son qoyan yagənə bir xalqın bundan sonra fundamental hüquq və azadlıqların təminatı, sülhə töhfəsini görməmək və dünyada 57-yə yaxın etnik, milli və dövlətlərarası münaqişələrdən birinin həll olunması, 82 milyon qaçqın siyahısından çıxmasını vurğulamamaq, yalnız məhbuslar mövzusuna köklənmək Amerika təşkilatlarını inkivizisiya məhkəmələrinə oxşadır.Məgər Azərbaycan torpaqlarının azadlığı ən böyük reytinqlərə layiq deyil? Doğma evlərə və bütün Qarabağa qayıtmaq bir millətə və dövlətə nüfuz qazandıran hadisə deyilsə, onda bizə işğal, evsiz azadlıq gərək deyil".
İranın keçmiş XİN başçısı ağır yaralanıb – Həyat yoldaşı isə hadisə yerində həlak olub
Polşa MN: “ABŞ olmadan NATO, NATO olmadan güclü ABŞ ola bilməz”
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İranın yeni lideri Trampa meydan oxudu, dirəniş mesajı verdi: “Qəti şəkildə elan edirəm ki…”
Aralıq dənizində zəlzələ olub - 4.7 bal gücündə
Küveyt MN: “Son 24 saat ərzində İranın 3 kruiz raketi və…”
İrandan İsrailə növbəti hücum olub
Paşinyan Putinlə görüşdə: "İrəvan Qarabağı Azərbaycanın tərkibində tanıyıb, üstəlik..."
Putinlə Paşinyan görüşdü - VİDEO
Eldar Əzizov Ramana qəsəbəsində - FOTO
Özbəkistanın Baş naziri Azərbaycana gəlib
Xalq artisti Zaur Rzayevin səhhəti barədə - AÇIQLAMA
"Mənim ömürlük sədr olmaq fikrim yoxdur" - Anar Rzayev
Sabahkı hava ilə bağlı - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Tramp: “İran atəşkəs istəyir, lakin…”
“Kontakt Home” mağazalar şəbəkəsindən şikayətlər artıb - Açıqlama
İcra başçısı 32 nəfəri vəzifədən azad edib
Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb
Masazırda çökən yolla bağlı rəsmi açıqlama yayıldı
FIFA referisi UEFA-dan təyinat alıb
Masallıda fərdi yaşayış evində yanğın - Ölənlər var (Yenilənib)
Arda Gülər: “Çox xoşbəxtik"
Ağdərədə mina partlayıb, yaralı var - Üç qurum birgə məlumat yaydı
AFFA 3 klubu yarışlardan kənarlaşdırıb - SƏBƏB
Masazırda yeni çəkilən yol çöküb - FOTOLAR
İstanbulda zəlzələ olub
Rusiya kəşfiyyatı: “Ukrayna sülh təkliflərini qəbul etməlidir”
İran Parlamenti: “ABŞ-la danışıqlar aparılmayacaq və…”
Tramp ABŞ-ı NATO-dan çıxarır – "Bunu Putin də bilir”
Vilayət Eyvazov 356 vətəndaşı qəbul etdi, rəislərə tapşırıqlar verdi - Nazir polis olmaq istəyənlərin sıra baxışını da keçirib (VİDEO)
Qərb Sənaye Parkı yaradılacaq - Prezident sərəncam imzaladı
AFFA Vaqif Cavadovu yeni vəzifəyə təyin edib
Sabah hava necə olacaq? - Proqnoz
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı qalmaqal böyüyür - Bir nəfər axtarışa verildi
İraqın Ərbil şəhərinə dron hücumu olub – Evlərdən biri vurulub
Türkiyədə çörəyin qiyməti qalxdı - Açıqlama
İSTİNTAQ İDARƏLƏRİ BİRLƏŞDİRİLİR - Nələr olacaq?
İnstitut direktoru vəzifədən azad olunub
Sumqayıtda 46 yaşlı qadın bıçaqlanıb
Apreldə hava necə olacaq? - AYLIQ PROQNOZ
Magistraturaya qəbul imtahanı: ərizə qəbulu başlayıb
Nökerquli Ataquliyev Bakıda belə qarşılandı - FOTOLAR