Zahid Oruc: “Zəngəzura açılacaq yol, Şuşaya aparan Zəfər yolunun davamıdır”.
28-10-2021 [14:39]
Zahid ORUC,
Millət vəkili
***
Azərbaycan xalqı özünün çoxminlillik tarixinin şərəfli dövrünü yaşayır. Sizinlə önündə dayandığımız Xatirə lövhəsi Əbədi Anım və Ehtiram Abidəsidir.
Bir il əvvəl tariximizə Zəfər Savaşı kimi daxil olan haqq davasında xain düşmən qədim Bərdə şəhərinə zərbə vurmaqla məğlubiyyətdən xilas olmaq üçün Azərbaycan ordusu ilə deyil, silahsız xalqı ilə vuruşmaq yolunu tutdu. 44 günlük müharibənin 32-ci günündə belə qəddar cinayət əməlinin ən azı üç səbəbi vardı:
• Ermənistan Gəncə, Bərdə və Tərtər şəhərlərinə raket hücumu ilə müharibənin coğrafiyasını genişləndirərək onu ölkəmizin içərilərinə qədər yayacağını düşünürdü. Lakin dövlətimizin və ordumuzun qətiyyəti müharibəni Qarabağ və onun ətraf ərazilərdən kənara çıxmağa qoymadı.
• İrəvanda düşünürdülər ki, azərbaycanlıları çoxsaylı qətl etmək yolu ilə xalqı dövlətin və Ordunun üzərinə qaldıraraq müharibəni dayandırmaq üçün bu yolla millətdə parçalanma yaradacaqlar. Lakin əksinə, hər belə zərbədən sonra qan və itkilər içərisində əyilməyən Azərbaycan xalqı düşmənə nifrətini artıraraq “yalnız İrəli-yalnız Qələbə” deyərək ermənilərin planlarını alt-üst etdi.
• Düşmənin 3-cü məqsədi belə zərbələrdən sonra Azərbaycan ordusunun güclü silahlarla cavab tədbirləri görüb Ermənistana, onun sərhədlərindən içərilərə doğru eyni atəşi açmağa təhrik edirdi. Bu müharibəyə başqa dövlətləri cəlb etmək planı idi. Lakin Ali Baş Komandan və şanlı Ordumuz Bərdəyə vurulan xain zərbələrin qisasını üstündən bir gün keçməmiş döyüş meydanlarında qəhrəmanlıqla və artıqlaması ilə aldı.
İndi hər kəsə aydındır ki, 28 oktyabrda müqəddəs Şuşaya Zəfər yolunda olan Ordumuzu belə atəşlər dayandırmadı. Qədim və qürurlu Bərdə, onun əzəmətli əhalisi o zərbələrdən mətinliklə, qəhrəmanlıqla çıxdı. Ona görə də müqəddəs şəhidlərimizin xatirəsi qarşısında bütün xalqımız kimi bərdəlilər də düşmən üzərində qələbəyə verdikləri misilsiz töhfə ilə qürur duyurlar. Çünki özünün min illər keçmişində Bərdə qalası belə hücumları və yaraları öz dəyanəti,yenilməzliyi ilə dəf edib. İndi Bərdə azad Ağdama və tarixi şəhərimiz olan Xankəndinə gedən yolların, Böyük qayıdışın əsas ünvanıdır. 100 mindən artıq köçkünlə 30 il ərzində isti ocaqlarını, halal süfrələrini bölüşən Bərdə camaatı ən yüksək ada-qəhrəman şəhər, qəhrəman əhali adına layiqdir.
26 oktyabr 2021-ci il tarixində azad Zəngilan torpağında iki qalib lider-İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın tarixi qərarları Böyük Zəfər Bayramımız qarşısında bütün xalqımıza və bərdəlilərə dərin bir inamı aşılayır-Zəngəzura açılacaq yol, Şuşaya aparan Zəfər yolunun davamıdır. Biz Xankəndindən İrəvana və oradan Naxçıvana, daha sonra İstanbula gedən böyük Qələbə yolunun təməlləri iki liderin, iki dövlətin iradəsi ilə gerçək olacaqdır!
Bir daha 44 günlük müqəddəs savaşda, qürurlu tariximizdə və milli yaddaşlarda qalacaq bu gündə həyatını Şərəf və Ləyaqət savaşı üçün qurban verən hər kəsi ehtiramla anır, Qələbəmizi əbədi və dönməz edən millətimizə, onun bir parçası olan bərdəlilərə sonsuz ehtiramımızı ifadə edirik!
MİA.AZ
İranın keçmiş XİN başçısı ağır yaralanıb – Həyat yoldaşı isə hadisə yerində həlak olub
Polşa MN: “ABŞ olmadan NATO, NATO olmadan güclü ABŞ ola bilməz”
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İranın yeni lideri Trampa meydan oxudu, dirəniş mesajı verdi: “Qəti şəkildə elan edirəm ki…”
Aralıq dənizində zəlzələ olub - 4.7 bal gücündə
Küveyt MN: “Son 24 saat ərzində İranın 3 kruiz raketi və…”
İrandan İsrailə növbəti hücum olub
Paşinyan Putinlə görüşdə: "İrəvan Qarabağı Azərbaycanın tərkibində tanıyıb, üstəlik..."
Putinlə Paşinyan görüşdü - VİDEO
Eldar Əzizov Ramana qəsəbəsində - FOTO
Özbəkistanın Baş naziri Azərbaycana gəlib
Xalq artisti Zaur Rzayevin səhhəti barədə - AÇIQLAMA
"Mənim ömürlük sədr olmaq fikrim yoxdur" - Anar Rzayev
Sabahkı hava ilə bağlı - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Tramp: “İran atəşkəs istəyir, lakin…”
“Kontakt Home” mağazalar şəbəkəsindən şikayətlər artıb - Açıqlama
İcra başçısı 32 nəfəri vəzifədən azad edib
Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb
Masazırda çökən yolla bağlı rəsmi açıqlama yayıldı
FIFA referisi UEFA-dan təyinat alıb
Masallıda fərdi yaşayış evində yanğın - Ölənlər var (Yenilənib)
Arda Gülər: “Çox xoşbəxtik"
Ağdərədə mina partlayıb, yaralı var - Üç qurum birgə məlumat yaydı
AFFA 3 klubu yarışlardan kənarlaşdırıb - SƏBƏB
Masazırda yeni çəkilən yol çöküb - FOTOLAR
İstanbulda zəlzələ olub
Rusiya kəşfiyyatı: “Ukrayna sülh təkliflərini qəbul etməlidir”
İran Parlamenti: “ABŞ-la danışıqlar aparılmayacaq və…”
Tramp ABŞ-ı NATO-dan çıxarır – "Bunu Putin də bilir”
Vilayət Eyvazov 356 vətəndaşı qəbul etdi, rəislərə tapşırıqlar verdi - Nazir polis olmaq istəyənlərin sıra baxışını da keçirib (VİDEO)
Qərb Sənaye Parkı yaradılacaq - Prezident sərəncam imzaladı
AFFA Vaqif Cavadovu yeni vəzifəyə təyin edib
Sabah hava necə olacaq? - Proqnoz
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı qalmaqal böyüyür - Bir nəfər axtarışa verildi
İraqın Ərbil şəhərinə dron hücumu olub – Evlərdən biri vurulub
Türkiyədə çörəyin qiyməti qalxdı - Açıqlama
İSTİNTAQ İDARƏLƏRİ BİRLƏŞDİRİLİR - Nələr olacaq?
İnstitut direktoru vəzifədən azad olunub
Sumqayıtda 46 yaşlı qadın bıçaqlanıb
Apreldə hava necə olacaq? - AYLIQ PROQNOZ
Magistraturaya qəbul imtahanı: ərizə qəbulu başlayıb
Nökerquli Ataquliyev Bakıda belə qarşılandı - FOTOLAR