"BİR AĞIR XƏSTƏNİN MÜALİCƏSİNƏ 10 MİNDƏN ÇOX PUL LAZIMDIR" - Həkim yoluxma ilə bağlı maraqlı faktları açıqladı
27-10-2021 [15:27]
Əhali arasında virusla mübarizə təcrübəsi indi daha da artıb.
Artıq hər kəs koronavirusa yoluxanda hansı dərmanlardan istifadə etmək, hansı analizləri vermək lazım olduğunu bilir. Evdə müalicəsinin bir neçə min manata, həmçinin daha az məbləğə başa gəldiyini deyənlər az deyil.
Maraqlıdır, əslində koronavirusa yoluxan şəxsin xəstəxana və ev şəraitində müalicə xərcləri nə qədər təşkil edir?
Mia.az-ın məlumatına görə, bununa bağlı Cebhe.info-ya danışan pulmonoloq Əsəd Bəydullayev bildirib ki, viruslu xəstələrin müalicəsi onların ağırlıq dərəcəsi, mövcud olan şərtlərdən şasılı olaraq dəyişir:
“İnsan koronavirusa yoluxarsa, sıfırdan başlayaraq, pul xərcləmədən də sağala da, özəl xəstəxananın reanimasiyasına düşüb, 10 min depozit də verə bilər. Dövlət xəstəxanasında müalicə pulsuzdur. Hər halda reanimasion xəstə özəl klinikaya müraciət edir. Hər müalicənin özünəuyğun məzənnəsi var. Ağır xəstənin müalicəsi 10 min manatdan artığa başa gəlir”.
Azərbaycanda 78 yaşlı koronaviruslu yaşlı qadını müalicə edərək sağaldan Əsəd Bəydullayev həmin xanımın da müalicə xərclərinin eyni məbləğ, yəni 10 min manat təşkil etdiyini açıqlayıb: “Həmin xanıma ev şəraitində xüsusi diqqət yetirilməklə yenidən həyata qaytara bildik. Qadının sağalması üçün ailəsi aparat sifariş vermişdi. Aparat təzyiqlə havanı verib ağciyərləri açıq saxlayırdı. Texnikanın qiyməti bəlkə də 1 milyon manatdır, satışda yoxdur. Bununla məşğul olan adamlar var. Yəni xarici ölkələrdən alıb, gətirib müalicə üçün arendiyaya verirlər.
Xəstəliklə bağlı tam mənasız, lazımsız yerə çoxlu pul xərcləmiş adamlar görmüşəm. Həmin adamların müalicəsini ya tibb bacıları, ya qonşuları edib. Yaxud da kiminsə reseptin götürüb, eyni müalicəni təkrar ediblər. İşini bilən mütəxəssisə müraciət etmək lazımdır ki, heç olmasa, lazımsız dərmanlar qəbul etməyəsən, xəstəxanaya düşməyəsən. Bu gün xəstənin məsrəfinin çox çıxmasının səbəbi xəstəxanaya düşənədək “Ora getsəm, öləcəyəm” düşünməsidir. Elə edirlər ki, doğrudan da həmin adamlar xəstəxanaya gedəndə ölürlər. Bu cür şəxslər ölməsə də, onların sağalması çox böyük məsrəfə başa gələ bilər. Xəstəlik aşkar olunduğu halda tez müddətdə həkimə müraciət etmək və müalicə almaq lazımdır.Təbii ki, heç kim qarantiya vermir ki, 3 xəstədən birində ağırlaşma olmayacaq. Bu normaldır”.
Pulmonoloq deyib ki, koronavirusun müalicəsində müşahidə etdiyi ən çox məsrəf aparan şeylərdən biri kompüter tomoqrafiya aparatında müayinədir:
“Hansı ki, insanlar bu aparatdan boşuna keçirlər. Şəxsin pulu çoxdur və ailədə bir nəfərdə virus aşkarlanıb deyə bütün ailəsini yığıb, KT etdirib. Bu, tam mənasız yerədir. Bundan 10 gün sonra həqiqətən də ailədə virusa yoluxma halları başladı. Məcbur olub bir də KT çəkdirdik. Ailə həm maddi, həm də radiasiya cəhətdən ziyana düşdü. Obyektiv məsrəf əslində qorxulu deyil. Bəzən pullar lazımsız yerə xərclənir. Ya kimsə səhlənkarlıq edir, ya da bu işi bilməyən adam edir”.
Əsəd Bəydullayev deyir ki, həkimə vaxtında, erkən müraciət etmək daha məqsədəuyğundur:
“Bu, həm əlavə xərcdən, həm lazımsız dərman qəbulundan, həm də radiasiyadan qoruyacaq. Dünən mənə bir tibb bacısı zəng edib. Baxıram ki, bu adam özü viruslu xəstələrin mülicəsi ilə məşğuldur. Bilmədiklərini məndən soruşmağa çalışır. Buna icazə verilmir, doğru deyil. İnsan bir şeyi təkrar edə bilər, amma nəticə ala bilməz. Dəfələrlə öz yazdığım reseptlərim xəstələrin əlindən çıxıb. Birinə resept yazılır, ailənin digər üzvlərinə də eyni müalicə edilir. Başa düşülmür ki, insan individualdır. Bunu hamıya etmək olmaz, fəsadı çıxacaq. Bu cür şeylərdən qaçılsa, mənə elə gəlir ki, məsrəf də azalar, hər şey də yolunda gedər”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi