Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
23-10-2021 [00:02]
Qoç - Maraq dairəniz genişlənəcək. Bununla belə, uzun müddətdən bəri məşğul olduğunuz işə marağınız azalacaq.
İş yerini dəyişmək və hətta yaşam arealına yeniliklər etmək barədə düşünə bilərsiniz. Əsas məsələ - köklü dəyişikliklərlə tələsməyin. Düşünülməmiş addımlar və tələsik qərarlar yaxşı heç nə vəd etmir.
Şəxsi münasibətlər üçün uğurlu gün deyil. Yaxın ətrafınızdakı insanlarla təmaslarda çox tələbkar, dözümsüz olmayın. Sərt danışmayın.
Davranışınız sevdiyiniz insanla münasibətlərdə böhran yarada bilər.
Buğa - Narahat, amma maraqlı gündür. Yeni problemlər peşəkar həllini tələb edir. Son vaxtlar əxz etdiyiniz biliklər və bacarıqlar, xüsusilə də təcrübə karınıza gələcək.
Əməkdaşlıqla bağlı yeni təkliflər ala bilərsiniz. Karyera müstəvisində irəliləyiş istisna deyil. Yaxınlarınızla ünsiyyətdə həssas olun. Mübahisə və fikir ayrılıqları keçmişdə qalsın.
Bir sıra məsələlərin həllində sizə intuisiya yardım edə bilər.
Uzunmüddətli planlar hazırlamaq, gələcəklə bağlı mühüm qərarlar qəbul etmək olar. Yaşam potensialınızın səviyyəsi yüksəkdir. Səhhətiniz normadadır.
Əkizlər - Asan gün deyil. Bütün işləri ən yaxşı şəkildə görməyə çalışsanız da, problemlərin həlli sürəkli müvəffəqiyyətlərlə müşahidə olunmur. Həmkarlar, sizə yaxın insanlarla qarşılıqlı anlaşmaya nail olmaq çətinləşir.
Ətrafınızdakı insanların sizə iradları var. Bu iradların bəziləri əsaslı deyil.
Günün ikinci yarısı çətin keçəcək. Mürəkkəb sınaqlar zamanıdır. Maliyyə məsələlərinin həllinə ciddi yanaşın. Bədxərclik etməyin. Bahalı əşyalar almaq, əyləncəyə çox pul xərcləmək fikrindən vaz keçin.
Xərçəng - İşgüzar aktivlik azalacaq. Görməli olduğunuz işi süst, ətalətlə yerinə yetirməyin. Belə situasiyada böyük uğurlara nail olmaq asan deyil. Kiçik nailiyyətlər də yetərlidir.
İstirahət barədə düşünün, məzuniyyət günlərini planlaşdırın.
Adət və vərdişlərinizə dəyişikliklər etmək vaxtıdır. Son vaxtlar yaşamınızda problemlər yaradan vərdişdən qurtulun. Sevdiyiniz insan sizi hədiyyə, diqqət nişanələri ilə sevindirə bilər.
Şir - Yüksək işgüzar aktivlik günüdür. Qarşınızda duran çətin məsələlərin həllinə fəal başlayın. Maraqlarınızı təmin edəcək sahələrdə çalışa bilərsiniz. İşdəki uğurlar əhval-ruhiyyənizi yaxşılaşdıracaq. Nikbin olun, depressiyaya qapılmayın.
Gəlir istisna deyil. Heç gözləmədiyiniz mənbədən maliyyə dəstəyi gələ bilər. Əldə etdiyiniz pulları xərcləməyə tələsməyin. Həmin məbləğ çoxdan bəri arzuladığınız işin reallaşdırılması üçün gərəkdir.
Romantik münasibətlər üçün uğurlu gündür. Görüş və danışıqların normal keçməsi üçün xüsusi səy göstərmək gərəkdir.
Köhnə dostlarla görüş sizi sevindirəcək.
Qız - İşgüzar görüşlər normal keçəcək. Mövqeyinizi müdafiə edərək qorumaqla yanaşı, iş prosesində daha sərfəli şərtlərə nail ola bilərsiniz. Potensial tərəfdaşlarla sürətlə bil tapa bilərsiniz. Bu gün başlanacaq əməkdaşlıq emosiyalar üzərində köklənməməlidir. İşgüzar səfər uğurla başa çatacaq.
Müstəqil şəkildə çalışın.
Rəğbət bəslədiyiniz insanlarla münasibətləri qorumaq üçün xüsusi səylər gərək deyil. Sadə olun, təbii davranın. Səmimiliyinizə dəyər veriləcək.
Tərəzi - Əlverişli və yaxşı gündür. Hətta ən çətin işlərin öhdəsindən asanlıqla gələcəksiniz. Ehtiyatlı və sayıq davransanız, maliyyə problemləri yaranmayacaq.
Cazibədar, maraqlı işgüzar təkliflər ala bilərsiniz. Əvvəllər məhsuldar əməkdaşlıq etdiyiniz insanlardan biri sizə perspektivli təkliflə müraciət edəcək.
Ailədə münaqişə və fikir ayrılığı olmayacaq. Yaşlı qohumların məsləhətlərinə qulaq asın.
Ənənələrə sadliq qalın. Ekstravaqant addımlar atmayın.
Əqrəb - Gün peşəkar fəaliyyət müstəvisində uğurlar, rəqiblər və bədxahlar üzərində qələbələr vəd edir. Nüfuzlu şəxslərlə əlaqələr yaradın, hadisələrə təsir imkanlarına malik şəxslə görüşün. Şəxsi münasibətlərdə də problemlər yaranmayacaq. Sizə əziz insanları asanlıqla anlayacaq, başa düşəcəksiniz.
Günün ikinci yarısında əldə edilən razılaşma gəlir vəd edir. Fəqət hazırda maliyyə durumunuz o qədər də yaxşı deyil. Alış-verişdə bədxərclik etməyin. Pulu yalnız gərəkli əşyalara və ya xidmətə sərf edin.
Oxatan - İşgüzar aktivlik səviyyəsi aşağı düşə bilər. Son vaxtlar məşğul olduğunuz işə marağınızın azalması istisna deyil. Bir qədər durun, nəfəs alın və bilin ki, bu işləri sizdən başqa kimsə görəsi deyil. Yardım və dəstəyə bel bağlayıb fatalist olmayın. İnadla, qətiyyətlə irəliləyin.
İşinizə kimsənin mane olmasına, fəaliyyətinizə müdaxilələrə imkan verməyin.
Şəxsi həyatınızda nəyisə dəyişmək zamanıdır. Tələsməyin. Əvvəlcə məqsəd və hədəfi müəyyənləşdirin, sonra fəaliyyət planı hazırlayın. Soyuqqanlı hesab və situasiyaya kənardan baxmaq bacarığı çox faydalıdır.
Oğlaq - Yaşam potensialınızın səviyyəsi bir qədər aşağıdır. İfrat dərəcədə çalışaraq özünüzü yormayın. Sadə, mürəkkəb olmayan işlər sizi usandıra bilər. Tərəfdaş və dostların yardım təkliflərindən imtina etsəniz, daha çox yorula bilərsiniz.
Gəlirlər çox deyil. Amma pul vaxtında gəldiyindən sizi sevindirəcək.
Əhvalınız emosional durumunuzdan asılıdır. Nikbin olun, yaşamınızı rəngarəng edin. Yeni nəsnə, yol, fəaliyyəti sınayın.
Dolça - Başqalarına yetərincə diqqət ayırdığınızdan indi öz işlərinizlə ciddi məşğul olun. Fikir və planlarınızı qaydaya salın, maraqlandığınız işə başlayın. Problemi qeyri-adi yolla həll etmək olar.
Peşəkar fəaliyyət müstəvisində irəliləyiş ciddi deyil. Ruhdan düşməyin, nikbin olun.
Günün ikinci yarısında maraqlı görüşlər istisna deyil. Səmimi olun, təbii davranın. Yeni tanışların xoşuna gələcəksiniz.
Əks cins mənsubu ilə təmaslarda həssas olun.
Balıqlar - Peşəkar fəaliyyət müstəvisində böyük uğur vəd edən gün deyil. Yeni maraqlı tapşırıq və ya sifariş ola bilər.
Ailədə müəyyən problemi həll etmək gərəkdir. Valideynlər uşaqlara daha çox diqqət ayırmalıdırlar.
Qohumlarla dil tapın, küsənləri barışdırın.
Ötənlərdəki hadisələrdən birinə xəyali qayıdış istisna deyil. Vaxtınızı boş işlərə sərf etməyin. Bir zamanlar sizi incitmiş, xətrinizə dəymiş insanı daxili sədlərinizi aşaraq bağışlamağı bacarın.
Milli.Az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi