“Gənclərin ictimai fəallığa təşviqi” layihəsinin icrası başa çatdırılıb
22-10-2021 [10:10]
Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Gənclərin ictimai fəallığa təşviqi” layihəsinin icrası başa çatdırılıb.
Mia.az-ın məlumatına görə, layihənin müəllifi, ictimai fəal Samir Pənəliyev deyib ki, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilməsi nəticəsində ölkəmizdə gənclərin potensialının üzə çıxarılması, onların inkişafı üçün hər cür şərait yaradılıb. Onun sözlərinə görə, bu siyasətin uğurla icra olunmasında Gənclər Fondunun da mühüm xidmətləri var.
Tədbir iştirakçılarını Azərbaycanın müstəqilliyinin 30 illiyi münasibətilə təbrik edən layihə rəhbəri belə möhtəşəm tarixi hadisəyə şahidlik etdiyi üçün xoşbəx olduğunu bildirib:
"28 illik aradan sonra Azərbaycan xalqı Müstəqillik bayramını qələbə ovqatı ilə qeyd etdi. Nəhayət, 28 il sonra bu bayramı ölkəmizin bütün ərazisində qeyd etmək bizə nəsib oldu. Müstəqillik bayramı təkcə paytaxt Bakıda, qədim Şəkidə deyil, həm də cənnət Qarabağda, gözəl Şuşada, qartal duruşlu Laçında, əsrarəngiz gözəlliyi ilə adamın ağlını başından olan ucsuz-bucaqsız Kəlbəcər torpaqlarında qeyd olundu. Bu xoşbəxtliyi Azərbaycan xalqına bəxş edən cənab Ali Baş Komandanımız İlham Əliyevə təşəkkür edir, şəhidlərimizə Uca Allahdan rəhmət, qazilərimizə şəfa diləyirəm. Eşq olsun igid Azərbaycan əsgərinə!"
Daha sonra çıxış edən "Azad Həmfikirlər" Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin sədri Samirə xanım Mustafayeva deyib ki, 44 günlük Vətən müharibəsi yaxın keçmişdə baş verdiyi üçün həmin günləri hamı yaxşı xatırlayır: "Düz bir il əvvəl hərbi komissarlıqların qarşısı dəniz kimi dalğalanırdı. Təkcə gənc və orta nəslin nümayəndələri deyil, yaşlı insanlar da düşmənlə vuruşmaq üçün fürsət gözləyirdilər. Analar öz oğullarını “Ya şəhid ol, ya qazi” deyərək cəbhəyə yola salırdılar. Atalar övladlarının şəhid xəbərini alanda “Vətən sağ olsun!” deyirdilər. Azyaşlı məktəblilər isə atalarının verdiyi qəpik-quruşu ordu üçün yollayırdılar. Bu birlik, bu bərabərlik Azərbaycan xalqının qələbəsini təmin etdi. İndi bizim qarşımızda dayanan əsas vəzifə müharibənin yaralarını sarımaq, ictimai işlərdə yaxından iştirak etməkdir. İndi bizim hər birimiz arxa cəbhənin əsgəri olmalıyıq. Ən əsası isə əsgər kimi ayıq-sayıq olmalıyıq. Bunu bizdən Vətənimizin gələcəyi tələb edir. Hər birinizə can sağlığı və ölkəmizin daha da qüdrətlənməsi istiqamətində apardığınız mübarizədə uğurlar arzulayıram!"
Azərbaycan Təqaüd proqramları Layihəsinin rəhbəri Şahin Sərdarlı gəncləri ictimai həyatda fəal iştirak etməyə çağırıb. Bildirib ki, ictimai maraqları şəxsi maraqlardan üstün tutan gənclər fərdi bacarıqlarını artırmaqla parlaq karyeraya sahib ola bilərlər.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi