Kamran Əliyev yenidən vitse-prezident seçilib
21-10-2021 [22:18]
zərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstəriş və tövsiyələrinə uyğun olaraq Azərbaycan Respublikasının prokurorluq orqanları xarici ölkələrin prokurorluq orqanları və nüfuzlu beynəlxalq təşkilatlar, o cümlədən dünya prokurorlarının ilk və yeganə qlobal təşkilatı olan və 170-dən çox dövlətin üzvü olduğu Beynəlxalq Prokurorlar Assosiasiyası (BPA) ilə səmərəli qarşılıqlı əməkdaşlığını davam etdirir.
Baş Prokurorluğun mətbuat xidmətinin məlumatına görə, 20-21 oktyabr tarixlərində Rusiyanın Sankt-Peterburq şəhərində hibrid formatda BPA-nın İcraiyyə Komitəsinin 52-ci iclası və 26-cı illik ümumi yığıncağı keçirilib. Tədbirlərdə Baş prokurorlar daxil olmaqla, prokurorluq orqanlarının rəhbər şəxsləri, nüfuzlu beynəlxalq təşkilatların yüksək vəzifəli nümayəndələri iştirak ediblər.
Hər iki iclasda ölkəmiz Azərbaycan Respublikasının Baş prokuroru, Assosiasiyanın İcraiyyə Komitəsinin üzvü və vitse-prezidenti Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti tərəfindən təmsil olunub.
Oktyabrın 20-də İcraiyyə Komitəsinin açılış iclasında Assosiasiyanın müvafiq komitələrinə yeni üzvlərin qəbulu həyata keçirilib, dünya prokurorlarının fəaliyyətini təkmilləşdirmək məqsədi daşıyan bir sıra təşkilati məsələlər, həmçinin qurumun fəaliyyətinin təşkili üçün zəruri olan hesabat və sənədlər müzakirə edilib.
İclasda çıxış edən Baş prokuror Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən islahatlar çərçivəsində prokurorluq orqanlarının fəaliyyətinin və strukturunun təkmilləşdirilməsi istiqamətində aparılmış hərtərəfli və institusional tədbirlər, kadr potensialının gücləndirilməsi, yeni nəsil prokurorların formalaşdırılması və peşəkarlığının artırılması, habelə prokurorluğun maddi-texniki bazasının möhkəmləndirilməsi və işçilərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə əlaqədar əldə olunmuş uğurlu nəticələr barədə ətraflı məlumat verib.
BPA-nın İcraçı Direktoru xanım Yanne Holst Hübner tərəfindən ölkəmizin Assosiasiyanın işində fəal iştirakı, təşəbbüskarlığı və səmərəli təmsilçiliyi qeyd olunmaqla Respublika Baş Prokurorluğunun BPA-nın fəaliyyətində verdiyi dəyərli tövhələrə görə təşəkkür ifadə olunub.
Bundan əlavə, BPA-nın Baş konsulu Qari Len Balç tərəfindən Assosiasiyanın elektron səhifəsinin mühüm bölümü olan Korrupsiyaya qarşı Mübarizə aparan Prokurorlar Şəbəkəsinin (NACP) fəaliyyətinin təkmilləşləşdiriməsində Azərbaycan Prokurorluğunun aparıcı rolunu və hərtərəfli dəstəyini vurğulamaqla bu sahədə tərəfdaşlığın uğurla davam etdiyini bildirib.
İcraiyyə Komitəsinin iclası çərçivəsində, Türkiyə Respublikasının Baş Prokurorluğu tərəfindən 2023-cü ildə BPA-nın 10-cu Şərqi Avropa və Orta Asiya Regional Konfransının İstanbulda keçirilməsinə dair irəli sürülmüş təklif müzakirəyə çıxarılaraq sözügedən Konfransın 2023-cü ilin may ayında Türkiyədə keçirilməsinə dair müvafiq qərar qəbul edilib.
Oktyabrın 21-də keçirilmiş Assosiasiyanın 26-cı Ümumi Yığıncağında BPA-nın prioritet istiqamətləri üzrə görülən işlər nəzərdən keçirilib, habelə qurumun Maliyyə nəzarəti və Çətin vəziyyətdə olan prokurorlar komitələrinin protokolları qəbul edilib. Eyni zamanda, həmin komitələrin tərkibi ilə bağlı səsvermə aparılmaqla, BPA-nın İcraiyyə Komitəsinə hazırda müvafiq regionlarda fəaliyyət göstərən və vakant olan regionlar üzrə yeni üzvlərin qəbulu həyata keçirilib.
Ümumi Yığıncaq zamanı keçirilmiş müvafiq seçkilər nəticəsində 2010-cu ildən etibarən BPA-nın İcraiyyə Komitəsinin üzvü, 2018-ci ildən etibarən isə vitse-prezidenti vəzifəsini daşıyan Baş prokuror Kamran Əliyev növbəti dəfə 3 illik müddətə BPA-nın Vitse-prezidenti vəzifəsinə yekdilliklə seçilib.
Göstərilənlərlə yanaşı, nümayəndə heyətinin üzvləri tədbir çərçivəsində təşkil edilmiş müxtəlif iclas və sessiyalara qatılaraq müzakirələrdə fəal və səmərəli iştirak etmiş, eləcə də bir sıra xarici ölkələrin prokurorluq əməkdaşları və beynəlxalq təşkilatların üzvləri ilə ikitərəfli və çoxtərəfli görüşlər keçirib.
İranın keçmiş XİN başçısı ağır yaralanıb – Həyat yoldaşı isə hadisə yerində həlak olub
Polşa MN: “ABŞ olmadan NATO, NATO olmadan güclü ABŞ ola bilməz”
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İranın yeni lideri Trampa meydan oxudu, dirəniş mesajı verdi: “Qəti şəkildə elan edirəm ki…”
Aralıq dənizində zəlzələ olub - 4.7 bal gücündə
Küveyt MN: “Son 24 saat ərzində İranın 3 kruiz raketi və…”
İrandan İsrailə növbəti hücum olub
Paşinyan Putinlə görüşdə: "İrəvan Qarabağı Azərbaycanın tərkibində tanıyıb, üstəlik..."
Putinlə Paşinyan görüşdü - VİDEO
Eldar Əzizov Ramana qəsəbəsində - FOTO
Özbəkistanın Baş naziri Azərbaycana gəlib
Xalq artisti Zaur Rzayevin səhhəti barədə - AÇIQLAMA
"Mənim ömürlük sədr olmaq fikrim yoxdur" - Anar Rzayev
Sabahkı hava ilə bağlı - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Tramp: “İran atəşkəs istəyir, lakin…”
“Kontakt Home” mağazalar şəbəkəsindən şikayətlər artıb - Açıqlama
İcra başçısı 32 nəfəri vəzifədən azad edib
Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb
Masazırda çökən yolla bağlı rəsmi açıqlama yayıldı
FIFA referisi UEFA-dan təyinat alıb
Masallıda fərdi yaşayış evində yanğın - Ölənlər var (Yenilənib)
Arda Gülər: “Çox xoşbəxtik"
Ağdərədə mina partlayıb, yaralı var - Üç qurum birgə məlumat yaydı
AFFA 3 klubu yarışlardan kənarlaşdırıb - SƏBƏB
Masazırda yeni çəkilən yol çöküb - FOTOLAR
İstanbulda zəlzələ olub
Rusiya kəşfiyyatı: “Ukrayna sülh təkliflərini qəbul etməlidir”
İran Parlamenti: “ABŞ-la danışıqlar aparılmayacaq və…”
Tramp ABŞ-ı NATO-dan çıxarır – "Bunu Putin də bilir”
Vilayət Eyvazov 356 vətəndaşı qəbul etdi, rəislərə tapşırıqlar verdi - Nazir polis olmaq istəyənlərin sıra baxışını da keçirib (VİDEO)
Qərb Sənaye Parkı yaradılacaq - Prezident sərəncam imzaladı
AFFA Vaqif Cavadovu yeni vəzifəyə təyin edib
Sabah hava necə olacaq? - Proqnoz
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı qalmaqal böyüyür - Bir nəfər axtarışa verildi
İraqın Ərbil şəhərinə dron hücumu olub – Evlərdən biri vurulub
Türkiyədə çörəyin qiyməti qalxdı - Açıqlama
İSTİNTAQ İDARƏLƏRİ BİRLƏŞDİRİLİR - Nələr olacaq?
İnstitut direktoru vəzifədən azad olunub
Sumqayıtda 46 yaşlı qadın bıçaqlanıb
Apreldə hava necə olacaq? - AYLIQ PROQNOZ
Magistraturaya qəbul imtahanı: ərizə qəbulu başlayıb
Nökerquli Ataquliyev Bakıda belə qarşılandı - FOTOLAR