Astara bazarında yanğını söndürmək mümkün olmur - (Yenilənib)

img

17-02-2014 [17:30]


Fövqəladə Hallar Nazirliyi Astaranın mərkəzi bazarının yanması ilə bağlı rəsmi açıqlama yayıb.

AzVision.az FHN-in rəsmi saytına istinadən xəbər verir ki, Astara şəhərindəki mərkəzi bazarda yanğın hadisəsi baş verib.

Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb. Yanğının söndürülməsi istiqamətində müvafiq tədbirlər görülür.

Əlavə məlumat veriləcək.

* * * * *
17:05

Bazarda yanğının söndürülməsi hələ də mümkün olmayıb. Masallı rayonundan da əlavə qüvvələr hadisə yerinə cəlb olunub. Lakin alov getdikcə şiddətlənib.

* * * * *
16.40

Astara şəhərindəki mərkəzi bazarda başlayan yanğının söndürülməsinə əlavə qüvvələr cəlb edilib.

APA-nın cənub bürosunun məlumatına görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Astara Rayon Yanğından Mühafizə Hissəsindən 4 yanğınsöndürən maşın və canlı qüvvəsi gəlib.
Yanğının əhatə dairəsi genişləndiyindən köməyə Lənkərandakı Yanğından Mühafizə Hissəsindən də daha bir yanğınsöndürən maşın və canlı qüvvə göndərilib. Hazırda yanğının lokallaşdırılması istiqamətində tədbirlər davam etdirilir.
Hadisənin başvermə səbəbləri hələlik məlum deyil.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA