“Startup Turkey 2014″də kimlər iştirak edəcəklər?

img

17-02-2014 [09:51]


Bu il fevralın 20-22-si tarixlərində Türkiyənin Antalya şəhərində "Startup Turkey 2014″ tədbiri keçiriləcək. 3 gün davam edəcək tədbirə dünyanın 20-yə yaxın ölkəsindən 75 startup, 150 investor iştirak edəcək.

Mia.az-a daxil olan məlumata görə, tədbir əsasında seminar-konfranslar, investorlarla startapçılar arasında görüşlər və sair proqramlar keçiriləcək: "Antalyanın "Rixos Hotel”də baş tutacaq tədbirdə yeni ideyalar, yeni startuplar təqdim olunacaq və onların gələcək inkişaf mərhələləri müzakirə ediləcək. "Startup Turkey 2014″ proqramında Qafqaz Universiteti Texnoparkının (QUTechnopark) direktoru dosent İsa Qasımov da iştirak edəcəkdir. Eyni zamanda, bu proqramda Azərbaycandan  Yüksək Texnologiyalar Parkının nümayəndəsi Ülvi Aslanov, həmçinin 7 startap layihəsi də - "MultiBon”, "Manads”, "Modaha”, "Nettrends”, "Socset”, "VitalCV” və "Loupse” - iştirak edəcəkdir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA